Afrika İttifaqı Azərbaycan
ilə əməkdaşlıq əlaqələrinə xüsusi önəm verir
Bu gün V Bakı Humanitar Forumu işə başlıyır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan dövlət başçısı ilk dəfədir Afrika İttifaqından olan nümayəndələrin Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahinin Azərbaycana ilk səfərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev səfərin həmçinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını vurğuladı.
Afrika İttifaqının siyasi məsələlər üzrə
komissarı Aişə Abdullahi Azərbaycan
ilə əməkdaşlıq əlaqələrinə toxunaraq, təmsil etdiyi qurumun bu əlaqələrə
xüsusi önəm verdiyini
dedi. Azərbaycana ilk
səfərindən məmnunluğunu ifadə edən qonaq Bakının çox
gözəl şəhər olduğunu
söylədi. Səfərindən öncə
ölkəmizin tarixi ilə
maraqlandığını deyən Aişə Abdullahi müstəqilliyini bərpa etdikdən
sonra Azərbaycanın bütün
sahələrdə, o cümlədən
davamlı inkişaf, düzgün
idarəçilik, sülhün təmin
olunması kimi məsələlər
baxımından müasir və
nümunəvi bir ölkəyə çevrildiyini qeyd etdi. Aişə Abdullahi bu sahələrdə də Afrika
İttifaqı ilə qarşılıqlı əməkdaşlığın
faydalı ola biləcəyini
vurğuladı.
Azərbaycan.-2016.- 29 sentyabr.- S.2.