V Bakı Beynəlxalq
Humanitar Forumu öz işinə başlayır
Bu
gün V Bakı Beynəlxalq Humanitar Forumu öz işinə
başlayır. Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə
maraq doğuran qlobal xarakterli məsələlərə dair
geniş spektrlı dialoqlar, fikir mübadilələri və
müzakirələr aparmaq məqsədilə hər il
tanınmış dövlət xadimlərini, elmin müxtəlif
sahələri üzrə Nobel
mükafatçılarını və nüfuzlu beynəlxalq
təşkilatların rəhbərlərini, o cümlədən
dünyanın siyasi, elmi və mədəni elitasının
görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.
Budəfəki
forumda 75 ölkədən 400 nəfərdən artıq
nümayəndə iştirak edəcək. Forum çərçivəsində
6 “dəyirmi masa” keçiriləcək.
İştirakçılar “Multikulturalizmin müxtəlif
modelləri: nəzəriyyədən humanist təcrübəyə
doğru”, “İnsanların kütləvi yerdəyişməsi
şəraitində insan kapitalının qorunmasının
önəmi davamlı inkişafın əsası kimi”,
“Jurnalistikanın informasiya dövrünə transformasiyası
və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və
ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və
müasir tibb sahəsində kadr hazırlığı məsələləri:
innovativ və etik problemlər”, “Texnologiyaların
konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin
əsas çağırışları” mövzularında
fikir mübadiləsi aparacaqlar.
Forum
öz işini sentyabrın 30-da başa vuracaq.
Azərbaycan.-2016.-29 sentyabr.- S.2.