Bilik Fondu ilə
A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu
arasında müqavilə imzalanıb
V
Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə
ölkəmizdə səfərdə olan Rusiya
Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili
İnstitutunun rektoru Marqarita Rusetskaya, Dil Testləşdirmə
və Miqrasiya Siyasətinə Yardım Mərkəzinin rəhbəri
Radçenko Oleq sentyabrın 28-də Azərbaycan
Respublikası Prezidenti yanında Bilik Fondunda olublar.
İcraçı direktor Oqtay Səmədov qonaqlara qurumun fəaliyyət istiqamətləri, xüsusilə də ölkə əhalisi arasında xarici dillərin, o cümlədən rus dilinin təbliği istiqamətində görülən işlərlə bağlı məlumat verib, bölgələrimizdə təşkil edilən Bilik evlərində rus dili üzrə keçirilən təlim kurslarından bəhs edib.
M.Rusetskaya Bakıdakı Rus Pravoslav kilsəsində Azərbaycan dilinin tədrisini yüksək dəyərləndirib. Görüşdə, həmçinin rus dilinin, rus xalqının qədim tarixinin və mədəniyyətinin təbliği istiqamətində görüləcək işlər müzakirə olunub, xarici dil kimi rus dilində bilik səviyyəsinin sertifikasiyası sahəsində əməkdaşlığa dair razılaşma ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Rusiya
Federasiyasının A.S.Puşkin adına
Dövlət Rus Dili İnstitutu arasında əməkdaşlığa
dair müqavilə imzalanıb.
Azərbaycan.-2016.-29 sentyabr.- S.5.