Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 362
¹ 362
Bakı şəhəri, 23 sentyabr 2016-cı il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı
ilə təsdiq edilmiş “Dövlət orqanlarının
aparatının (və ya onların fəaliyyətini təmin
edən qurumların) və onun bölmələrinin
adları”nda dəyişiklik edilməsi haqqında
“Azərbaycan
Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili
üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanının
3.4-cü bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, N 12, maddə 1115; 2009, N 2, maddə 153,
N 4, maddə 282, N 7, maddə 605, N 8, maddələr 674, 680, N
10, maddələr 846, 852, 856; 2010, N 1, maddə 60, N 2, maddələr
146, 161, N 10, maddələr 906, 912, N 11, maddə 1040; 2011, N 1,
maddə 66, N 5, maddə 446, N 9, maddələr 856, 862; 2012, N
5, maddə 479, N 8, maddə 818, N 10, maddə 1027, N 11, maddə
1205; 2013, N 1, maddə 74, N 8, maddələr 1014, 1037; 2014, N 1,
maddə 69, N 3, maddə 313, N 6, maddə 736, N 7, maddə 919, N
10, maddə 1308; 2015, N 2, maddə 227, N 5, maddə 611, N 6, maddə
800, N 11, maddə 1414; 2016, N 1, maddə 171, N 2, II kitab, maddə
382, N 3, maddə 608, N 4, maddələr 782, 831, N 5, maddə
955, N 7, maddə 1343; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli
302 nömrəli və 23 avqust tarixli 313 nömrəli qərarları)
ilə təsdiq edilmiş “Dövlət orqanlarının
aparatının (və ya onların fəaliyyətini təmin
edən qurumların) və onun bölmələrinin
adları”na “Azərbaycan Respublikası Təhsil Nazirliyinin
tabeliyində olan:” sözlərindən sonra “Azərbaycan
Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili
üzrə Dövlət Agentliyinin Aparatı” sözləri əlavə
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2016.- 29 sentyabr.- S.5.