Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 363
¹ 363
Bakı şəhəri,
23 sentyabr 2016-cı il
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik
edilməsi haqqında
“Azərbaycan Respublikasının
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
20 aprel tarixli 869 nömrəli Fərmanının
3.4-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, N 8, maddə 861, N 9, maddə
923, N 10, maddə 1021, N 12, maddə
1331; 2009, N 1, maddələr 22, 32, N 2, maddə 150, N 4, maddələr
282, 293, N 8, maddələr 674, 675, 680, N
10, maddələr 846, 852, 856; 2010, N 2, maddələr 146, 161, N 11, maddə
1040; 2011, N 1, maddə 54, N 5, maddə 447, N 9, maddə
855; 2012, N 5, maddə 475, N 8, maddə 817, N 10, maddə
1028, N 11, maddə 1204, N 12, maddələr 1363, 1388; 2013, N 1, maddə 73, N 8, maddələr
1015, 1038, N 10, maddə 1219; 2014, N 1, maddə 69, N 3, maddə
312, N 6, maddə 736, N 7, maddə
918, N 10, maddə 1308; 2015, N 2, maddə 227, N 5, maddə
612, N 6, maddə 799, N 11, maddə
1413; 2016, N 2, II kitab, maddə
381, N 4, maddələr 781, 831, N 5, maddə 955, N 7, maddə
1342; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2016-cı il 11 avqust tarixli 301 nömrəli və 23 avqust tarixli 313 nömrəli qərarları) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin
9.1-ci bəndi aşağıdakı
redaksiyada verilsin və aşağıdakı
məzmunda 9.2-ci bənd
əlavə edilsin:
9.1.Azərbaycan Respublikasının
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi
9.2.Azərbaycan Respublikası
Təhsil Nazirliyinin şəhər (rayon) təhsil
şöbələri
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2016.-
29 sentyabr.- S.5.