Beynəlxalq
müşahidəçilər referendumun
şəffaf və demokratik keçdiyini bəyan etdilər
Sentyabrın 26-da Azərbaycan sabit inkişafına xidmət edəcək və ona yeni töhfələr verəcək Konstitusiya dəyişikliklərinə getdi. Kifayət qədər şəffaf mühitdə baş tutan səsverməni prosesi izləyən beynəlxalq müşahidəçilər də yüksək qiymətləndirdilər. Məlumat üçün qeyd edək ki, referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və digərləri daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi izləyib.
AŞPA nümayəndə heyəti:
Referendum milli qanunvericiliyə uyğun keçirilib
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda
keçirilmiş referendumla
bağlı qiymətləndirmə
missiyasının rəhbəri
Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən
deyib: “Biz Azərbaycan
xalqını sakit keçən səsvermə
günü ilə bağlı təbrik etmək istəyirik. AŞPA nümayəndə heyəti belə nəticəyə gəlib
ki, referendum milli qanunvericiliyə uyğun keçirilib. Azərbaycan Konstitusiyası
qanuni və legitim hesab olunur.
Səsvermə prosesi yaxşı
təşkil olunub, şəffaf, səmərəli
və sakit keçib. Səslərin sayılması zamanı
ciddi pozuntular qeydə alınmayıb.
Biz Azərbaycan xalqının iradəsinə
hörmətlə yanaşırıq.
Referendumun nəticələri Azərbaycan xalqının
iradəsini əks etdirir”.
Avropa Seçkilərin Müşahidəsi
Akademiyası:
Səsvermə prosesi peşəkarcasına
və mütəşəkkil
aparılıb
Avropa Seçkilərin
Müşahidəsi Akademiyası
(ASMA) müşahidə missiyası
Azərbaycanda Konstitusiyaya
əlavə və dəyişikliklərlə bağlı
referendumun beynəlxalq
standartlara uyğun keçirildiyini bildirib.
Müşahidə missiyasının rəhbəri,
Malta parlamentinin spikeri
Ancelo Farruca deyib ki, bu
referendum səsvermənin ədalətli
və azad keçirilməsini təmin
edən Azərbaycan qanunvericiliyinə əsasən
keçirilib: “Beynəlxalq
müşahidəçilər səsvermə bülletenində
təklif edilən 29 düzəlişin hər
biri barədə ayrı-ayrılıqda seçicilərin
fikrinin soruşulmasını
müsbət qarşılayırlar.
ASMA müşahidəçiləri
referendum günü Bakıda
və onun ətrafında təxminən
20 dairə üzrə
müşahidə aparıblar.
Referendum dinc keçib,
səsvermə məntəqələrinə
sərbəst və maneəsiz giriş olub. Yerli orqanların və
polisin seçki prosesinə müdaxiləsi
müşahidə edilməyib.
Seçicilərin qeydiyyatı ilə
bağlı problemlər
olmayıb. Səsvermə gizli keçirilib və bununla bağlı problem müşahidə
edilməyib. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada aparılıb”.
Ancelo Farruca qeyd edib
ki, ümumilikdə, səsvermə prosesi beynəlxalq standartlara müvafiq olaraq, təyinatlı heyət tərəfindən peşəkarcasına
və mütəşəkkil
aparılıb: “Səsvermə
məntəqələrinin əksəriyyətində xeyli
sayda yerli müşahidəçi iştirak
edirdi ki, bu da vətəndaş
cəmiyyətinin həqiqi
öhdəliyinin göstəricisi
idi. Səsvermə məntəqəsində səslərin sayılması
açıq və şəffaf keçib.
Müşahidəçilər səslərin sayılmasını
tam izləyib və heç bir problem qeydə alınmayıb.
Biz nəticələrlə
bağlı rəsmi protokolların surətinin
müşahidəçilərə paylanması faktını
təqdirəlayiq hesab
edirik. Hər seçki məntəqəsinin
nəticəsi təyinatlı
qutuda möhürlənərək
dairə səviyyəsində
mərkəzi qərargaha
göndərildi”.
“Opinion
Way” Tədqiqatlar İnstitutu:
Səsvermə çox yüksək
səviyyədə təşkil
olunmuşdu
Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun
rəsmisi Bruno Janbart qeyd edib ki,
səsvermə çox
yüksək səviyyədə
təşkil olunmuşdu. O bildirib
ki, referendumda Konstitusiyaya təklif olunan 29 əlavə və dəyişiklik 4 blok üzrə
“exit-poll”a çıxarılmışdı:
“Birinci blokda təhlükəsizlik və
müdafiə məsələləri
ilə bağlı təkliflər var idi. Bu blok üzrə
vətəndaşların 89,3 faizi “bəli”,
10,7 faizi “xeyr” cavabı verib. İkinci blokda icra hakimiyyətinin
strukturu və səlahiyyətlərinə aid təkliflər var idi. Tədqiqatın nəticələrinə görə,
bu təkliflərə
seçicilərin 88,9
faizi “bəli”, 11,1 faizi “xeyr” deyib.
Üçüncü blokda insan hüquq və azadlıqlarının təminatı
ilə bağlı təkliflər yer alıb. Bu blok üzrə seçicilərin
90,1 faizi “bəli”, 9,9 faizi “xeyr” deyib.
Seçkili və təyinatlı vəzifələr üçün
yaş məhdudiyyətlərinin
ləğv edilməsi
ilə bağlı təkliflər dördüncü
qrupda idi. “Exit-poll”un
nəticələrinə görə,
bu blok üzrə
təklif olunan dəyişiklik və əlavələrə seçicilərin
88,8 faizi “bəli”, 11,2 faizi “xeyr” cavabı verib”. Bu rəqəmlər
Mərkəzi Seçki
Komissiyasının açıqladığı
məlumatlara çox
yaxındır.
MDB İcraiyyə Komitəsi:
Referendumun nəticələri Azərbaycan
xalqının iradəsini
əks etdirir
MDB İcraiyyə Komitəsinin
sədri Sergey Lebedev Rusiya mətbuatına verdiyi açıqlamasında
qeyd edib ki, Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə
bağlı keçirilən
referendumun nəticələri
bu ölkənin xalqının real iradəsini
əks etdirir: “Referendumun nəticələri
göstərir ki, Azərbaycan xalqı Konstitusiyaya dəyişiklikləri
dəstəkləyir. MDB müşahidə missiyası
referendumun qanuni, şəffaf, demokratik keçirildiyini bildirir”.
Avropa Xalq Partiyası:
Ümumxalq səsverməsi ən
mütərəqqi beynəlxalq
standartlara cavab verib
Avropa Xalq Partiyasının vitse-prezidenti
David Mario qeyd edir ki, Konstitusiyaya təklif edilən dəyişikliklər və
əlavələrlə bağlı
keçirilən ümumxalq
səsverməsi azad, sərbəst və ən mütərəqqi beynəlxalq standartlara cavab verib. Səsvermə Azərbaycan xalqının
iradəsini mütləq
şəkildə əks
etdirib. Onun sözlərinə görə, Avropa Xalq Partiyası ümumxalq səsverməsində
Mərkəzi Seçki
Komissiyasının dəvəti
əsasında müşahidəçi
qismində iştirak edib. Vitse-prezident deyib ki, səsvermədə
Azərbaycan vətəndaşları
təklif olunan 29 dəyişiklik və əlavəyə müstəqil
şəkildə münasibətlərini
bildiriblər: “Partiya üzvləri gün ərzində ölkə ərazisindəki müxtəlif
seçki məntəqələrində
səsvermənin gedişini
izləyiblər. Müşahidələr beynəlxalq standartlara tam uyğun aparılıb”.
Avropa İttifaqının Regional Komitəsi:
Referendum
tam şəffaf şəraitdə
keçib
Avropa İttifaqının (Aİ) Regional Komitəsinin müşahidə
qrupunun rəhbəri,
Finlandiyadan olan Paulina Haijanen bildirib ki, müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan Konstitusiya
dəyişikliklərinin məzmununu
araşdırıb, sentyabrın
26-da ümumxalq səsverməsi
günü 2 seçki
dairəsinin 10 seçki
məntəqəsində səsvermə
prosesinin müşahidəsini
aparıb. Qrup apardığı araşdırmalar və müşahidələr əsasında
referendumun keçirilməsinin
suveren Azərbaycan dövlətinin səlahiyyətlərinə
aid və bu barədə qərarın
verilməsinin milli qanunvericiliyə uyğun olduğu qənaətinə
gəlib. Həmçinin referenduma çıxarılan
məsələlər ölkədə
idarəetmə sisteminin
gücləndirilməsinə, insan hüquqlarının
müdafiəsinin rəsmiləşdirilməsinə
xidmət edir.
P.Haijanen
qeyd edib ki, qrupun üzvləri
olduqları məntəqələrdə
çoxsaylı müşahidəçilərin
səsvermə prosesinin
gedişini müşahidə
etdiklərinin şahidi
olublar: “Səsvermə
prosesi texniki və təşkilati baxımdan çox yaxşı təşkil edilmişdi. Məntəqələrdə seçici fəallığı
yüksək idi və səsvermə prosesi dinc şəraitdə
keçdi. Hər hansı
bir zərurət olmadan polisin və ya yerli
icra hakimiyyəti orqanının nümayəndələrinin
seçki məntəqələrinə
daxil olmalarını və səsvermə prosesinə müdaxilə
etmələrini görmədik.
Səs verənlər müstəqil
və heç bir kənar müdaxilə olmadan səsvermə prosesində
iştirak edərək
öz iradələrini
bildirdilər. Müşahidə qrupu belə bir qənaətə gəlib ki, sentyabrın 26-da Konstitusiyaya
dəyişikliklərlə bağlı referendum tam şəffaf
şəraitdə keçib.
Referendumun nəticələri Azərbaycan xalqının
öz iradəsini müstəqil və azad şəkildə ifadə etdiyini göstərir”.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik
Mərkəzi:
Ümumxalq səsverməsi Azərbaycanda
siyasi sabitliyin zəmanətidir
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin
(ASKTM) vitse-prezidenti Villyam
Rasimora ölkəmizdə
keçirilən ümumxalq
səsverməsini Azərbaycanda
siyasi sabitliyin zəmanəti kimi dəyərləndirib. Diqqətə çatdırıb ki, Konstitusiyaya ediləcək
əlavə və dəyişikliklər vətəndaş
azadlıqlarını gücləndirəcək
və demokratiyanı müdafiə edəcək.
Bu yeni mərhələdə
ölkədə fərqli
institutların sabitliyi
təmin ediləcək.
V.Rasimora vurğulayıb ki, Avropa İttifaqının
tərəfdaşı olan
bir ölkədə siyasi sabitliyin hökm sürməsi və vətəndaş azadlıqlarının qorunması
beynəlxalq əlaqələrin
inkişafının mühüm
elementidir. O deyib: “Müşahidə apardığımız
bütün məntəqələrdə
səsvermənin ədalətli
və düzgün keçirildiyinin şahidi
olduq. Səslərin hesablanması zamanı
heç bir qanun pozuntusuna rast gəlmədik. Hesab edirik ki, referendum Azərbaycan vətəndaşlarının
gözləntilərini doğruldub.
Digər
tərəfdən, referendum günü ölkədə
ümumi vəziyyətin
sakit olduğunu müşahidə etdik”.
“AJF
Associates & İNC” təşkilatı:
Xalq Konstitusiyaya dəyişikliklərin
tərəfdarı olduğunu
nümayiş etdirdi
ABŞ-ın “AJF Associates
& İNC” təşkilatının prezidenti
Corc Bornbaum bildirir ki, onlar
tərəfindən əvvəlcədən püşkatma
metodu ilə seçilmiş
100 seçki dairəsindəki 450 məntəqədə
“exit-poll” keçirilib.
Respondentlər sorğu prosesinə təsadüfi
seçmə metoduna əsasən cəlb
ediliblər. Dünya üzrə 20-dən
artıq ölkədə seçkiləri müşahidə
etdiklərini bildirən Corc Bornbaum Azərbaycanda keçirilən referendumun peşəkarlıqla təşkil olunduğunu və keçirildiyini
yüksək dəyərləndirərək vurğulayıb:
“Referendum günü
səs verən 32 min 400 nəfər
arasında “exit-poll” keçirdik.
“Exit poll” keçirdiyimiz məntəqələrdə
seçicilərin 88,9 faizi səsvermədə
fəal iştirak edib.
Onlar referendumda səsverməyə
çıxarılan məsələlərə “hə” deyərək,
dəyişikliklərin tərəfdarı olduqlarını
vurğulayıblar. Azərbaycan Respublikası ərazisində
təhlükəsizliyin və müdafiənin, insan haqlarının təmin olunması ilə
bağlı təkliflər müsbət qarşılanıb.
Sosial təminat ilə bağlı təkliflərə
isə seçicilərin 86,5 faizi müsbət
cavab verib. Konstitusiya ilə bağlı dəyişikliklərə
dəstək verənlərin sayı daha çox olub. “Exit poll”a cəlb olunan seçicilərin 90
faizi referenduma çıxarılan məsələlərə
“hə” deyib”.
Elçin CƏFƏROV,
Azərbaycan.-2016.- 29 sentyabr.- S.6.