Azərbaycan Prezidenti İlham Əliyev
BMT-nin baş katibinin müavinini qəbul
edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da BMT-nin baş katibinin müavini, BMT İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Büronun direktoru Cihan Sultanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev BMT baş katibinin müavini Cihan Sultanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının və BMT-nin baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı BMT-nin baş katibinə salamlarını çatdırmağı xahiş etdi. BMT kimi nüfuzlu qurumun Azərbaycan dövlətinin fəaliyyətini yüksək qiymətləndirməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin bütün sahələrdə bundan sonra da inkişafını təmin etmək üçün səylər davam etdiriləcək.
Forumda iştirak etməkdən şərəf duyduğunu deyən BMT baş katibinin müavini Cihan Sultanoğlu Bakı Forumunun çox vacib bir tədbir olduğunu bildirdi. O, Forumun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.
Görüşdə V Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti
qeyd olundu. Bu Forumda müzakirə edilən məsələlərin,
irəli sürülən təşəbbüslərin və
multikulturalizm ideyalarının indiki dövrdə bütün
dünya üçün
vacib olduğu diqqətə
çatdırıldı. Azərbaycanın BMT ilə
humanıtar sahədə uğurlu əməkdaşlıq
etdiyi vurğulandı. Söhbət
zamanı müəyyən təhdidlərin aradan
qaldırılması üçün
dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın
möhkəmləndirilməsinin önəmi qeyd
edildi. Görüşdə
BMT-nin Azərbaycan ilə əməkdaşlığa
önəm verdiyi bildirildi,
birgə həyata keçirilən proqramlar,
o cümlədən BMT İnkişaf
Proqramı çərçivəsində
reallaşdırılan layihələrdən söhbət
açıldı. Bu proqramların bundan sonra da
həyata keçirilməsi imkanları müzakirə olundu.
Azərbaycan.-2016.- 30 sentyabr.- S.4.