Birinci xanım Mehriban
Əliyeva UNESCO-nun baş
direktorunun müavini
ilə görüşüb
Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı Foruma dəvəti qəbul etdiyinə görə qonağa təşəkkürünü bildirib. Mehriban Əliyeva Forumun nəticələrinin həyata keçirilməsinin qarşıda duran mühüm məsələlərdən olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunu millətlərarası əməkdaşlıq üçün gözəl format adlandırıb.
Görüşdə Azərbaycan ilə UNESCO
arasında mövcud əlaqələr
müzakirə olunub.
Azərbaycan.-2016.- 30 sentyabr.- S.6.