Prezident İlham Əliyev İsrailin ölkəmizdəki səfirliyində olub, keçmiş Prezident Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da İsrail Dövlətinin ölkəmizdəki səfirliyində olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev İsrail Dövlətinin keçmiş Prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Dövlətimizin başçısı İsrailin Azərbaycandakı səfiri Dan Stav ilə söhbət edibona başsağlığı verib.

Azərbaycan.-2016.- 30 sentyabr.- S.4.