Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
¹ 360
¹ 360
Bakı şəhəri, 22 sentyabr 2016-cı il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli “Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
fəaliyyətinin təmin edilməsi haqqında” 724 nömrəli
və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin
fəaliyyətinin təmin edilməsi haqqında” 725 nömrəli
fərmanlarının 5.2-ci bəndlərinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan
Respublikası müdafiə, daxili işlər, ədliyyə,
fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin,
gömrük orqanlarının, Azərbaycan Respublikası
Dövlət Sərhəd Xidmətinin, Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı birləşmələrin
hərbi qulluqçularını, sıravi və rəis heyətinə
mənsub şəxslərini ərzaq payı və pul vəsaiti
ilə təmin etmək haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarında
aşağıdakı dəyişiklilər edilsin:
1.1. adından “, milli təhlükəsizlik”
sözləri çıxarılsın, “gömrük
orqanlarının,” sözlərindən sonra “Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin,
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin,”
sözləri əlavə edilsin;
1.2.
6-cı hissədən “, milli təhlükəsizlik” sözləri
çıxarılsın və həmin hissəyə “nazirləri,”
sözündən sonra “Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisləri,”
sözləri əlavə edilsin.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 sentyabr tarixli 496
nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası statistik vahidlərin Dövlət Registri
haqqında Əsasnamə”nin 3-cü bəndinin “q)” yarımbəndində
“milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi
və xarici kəşfiyyat” sözləri ilə əvəz
edilsin.
3. “Zabit
heyətinə mənsub şəxslərə, gizirlərə,
miçmanlara, müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə,
gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə
hallar orqanlarının rəis və sıravi heyətinə
mənsub şəxslərə və onların ailələrinə
pensiya təyin edilib verilməsi üçün uzun müddət
xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631
nömrəli qərarında aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 1-ci
hissənin üçüncü abzasında “Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyində”
sözləri “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidmətində,” sözləri ilə əvəz edilsin;
3.2. 1-ci
hissənin onuncu abzasından “Milli Təhlükəsizlik
Nazirliyi,” sözləri çıxarılsın və həmin
abzasa “Ədliyyə Nazirliyi,” sözlərindən sonra
“Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat
Xidməti,” sözləri əlavə edilsin;
3.3. 2-ci
hissənin “b” bəndinin üçüncü abzasından
“milli təhlükəsizlik,” sözləri
çıxarılsın və həmin abzasa “nazirliklərinin”
sözündən sonra “, dövlət təhlükəsizliyi
xidmətinin, xarici kəşfiyyat xidmətinin” sözləri əlavə
edilsin.
4. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1994-cü il
15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq
edilmiş “Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlərin
tətbiqi qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
4.1.
1.2.6-cı yarımbənddə “milli təhlükəsizlik”
sözləri “dövlət təhlükəsizliyi və
xarici kəşfiyyat” sözləri ilə əvəz edilsin;
4.2. 4.1-ci
bəndin üçüncü və dördüncü
abzaslarında ismin müvafiq hallarında “Milli Təhlükəsizlik
Nazirliyi,” sözləri ismin müvafiq hallarında “Dövlət
Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,”
sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan
Respublikası hərbi qulluqçularının və hərbi
vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1994-cü il 17 fevral tarixli 67 nömrəli qərarının
2-ci hissəsindən “Milli Təhlükəsizlik,” sözləri
çıxarılsın və həmin hissəyə
“Nazirlikləri,” sözündən sonra “Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti,
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti”
sözləri əlavə edilsin.
6. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, N 5, maddə 351; 1999, N 9, maddə 558;
2001, N 2, maddə 116; 2002, N 10, maddə 635; 2003, N 6, maddə
342; 2004, N 10, maddə 871; 2006, N 7, maddə 641, N 11, maddə
993; 2007, N 5, maddə 544; 2008, N 6, maddə 584; 2009, N 7, maddə
610) ilə təsdiq edilmiş Əlavə 1 - “Müharibə
veteranı, silahlı qüvvələr veteranı və əmək
veteranı adlarının verilməsi qaydası və şərtləri
haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər
edilsin:
6.1. 1-ci
bölmə üzrə:
6.1.1 onuncu və on birinci abzaslarında “milli təhlükəsizlik”
sözləri “dövlət təhlükəsizliyi” sözləri
ilə əvəz edilsin;
6.1.2. on
ikinci və on dördüncü abzaslarında ismin müvafiq
hallarında “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri
ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi
Xidməti,” sözləri ilə əvəz edilsin;
6.2. 2-ci
bölmə üzrə:
6.2.1. üçüncü abzasda “Milli Təhlükəsizlik
Nazirliyi,” sözləri “Dövlət Təhlükəsizliyi
Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidməti,” sözləri ilə əvəz edilsin;
6.2.2.
beşinci abzasdan “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi,” sözləri çıxarılsın və həmin
abzasa “Fövqəladə Hallar Nazirliyi,” sözlərindən
sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidməti,” sözləri əlavə edilsin;
6.2.3.
yeddinci abzasdan “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyinin,” sözləri çıxarılsın və həmin
abzasa “Fövqəladə Hallar Nazirliyinin,” sözlərindən
sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidməti,” sözləri əlavə edilsin.
7. “Azərbaycan
Respublikasında əməyin ödənilməsi qaydası
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1996-cı il 26 may tarixli 60 nömrəli qərarının
6-cı və 7-ci bəndlərindən, həmin qərara 10
nömrəli əlavənin adından “milli Təhlükəsizlik,”
sözləri çıxarılsın və ismin müvafiq
hallarında “nazirliklərinin” sözündən sonra ismin
müvafiq hallarında “, Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat
xidmətlərinin” sözləri əlavə edilsin.
8. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1996-cı il 3 oktyabr tarixli
136 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Radiotezliklər üzrə Dövlət
Komissiyası haqqında Əsasnamə”nin 3-cü hissəsinin
dördüncü abzasından “, milli təhlükəsizlik”
sözləri çıxarılsın və həmin abzasa
“nazirliklərinin” sözündən sonra “, Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin”
sözləri əlavə edilsin.
9. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, N 5, maddə 360; 2001, N 10, maddə 663;
2003, N 6, maddə 342; 2005, N 6, maddə 541; 2006, N 5, maddə
463; 2010, N 3, maddə 264; 2012, N 12, maddə 1369; 2013, N 10, maddə
1199) ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi
hazırlıq Əsasnaməsi”nin VIII hissəsinin səkkizinci
abzasında “milli təhlükəsizlik” sözləri
“dövlət təhlükəsizliyi” sözləri ilə əvəz
edilsin.
10. “Hərbi
qulluqçuların dövlətə vurduqları ziyana
görə maddi məsuliyyət haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 aprel tarixli 66
nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999, N 4, maddə 273;
2003, N 6, maddə 342; 2006, N 10, maddə 903; 2010, N 12, maddə
1123; 2012, N 12, maddə 1366) üçüncü hissəsində
“Milli Təhlükəsizlik Nazirliyi,” sözləri “Dövlət
Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,”
sözləri ilə əvəz edilsin.
11. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, N 3, (II kitab), maddə 221; 2003, N 6, maddə
342; 2004, N 4, maddə 287; 2005, N 1, maddə 49, N 2, maddə 122;
2006, N 2, maddə 185, N 10, maddə 903; 2010, N 3, maddə 263, N
12, maddə 1123; 2015, N 10, maddə 1223 ) ilə təsdiq
edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi,
mühafizəsi və ondan istifadə Qaydaları haqqında
Əsasnamə”nin 2.11-ci bəndində “milli təhlükəsizlik,”
sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat
xidməti,” sözləri ilə əvəz edilsin.
12. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, N 6, maddə 475; 2002, N 11, maddə 675;
2003, N 8, maddə 460; 2005, N 10, maddə 973; 2006, N 6, maddə
584; 2007, N 10, maddə 1021; 2008, N 2, maddə 116; 2009, N 2, maddə
144, N 9, maddə 736; 2013, N 8, maddə 1023; 2015, N 5, maddə
607) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin
təhlükəsiz hərəkətinin təmin edilməsinə
nəzarət Qaydaları”nın 2.3.2-ci yarımbəndinin
üçüncü abzasında “milli təhlükəsizlik”
sözləri “dövlət təhlükəsizliyi və
xarici kəşfiyyat” sözləri ilə əvəz edilsin.
13. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, N 9, maddə 682; 2002, N 3, maddə 145;
2003, N 6, maddə 342; 2005, N 8, maddə 782; 2006, N 10, maddə
903; 2008, N 2, maddə 106; 2010, N 3, maddə 264, N 12, maddə
1123; 2014, N 10, maddə 1315) ilə təsdiq edilmiş
“Borcların icra qeydləri əsasında mübahisəsiz
qaydada alınmasına əsas olan sənədlərin
Siyahısı”nın 34-cü və 35-ci hissələrinin
ikinci abzaslarından “Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin hərbi hissəsinin, idarəsinin, təhsil müəssisəsinin,
müəssisə və təşkilatının,” sözləri
çıxarılsın və həmin abzaslara “Fövqəladə
Hallar Nazirliyinin hərbi hissəsinin, idarəsinin, təhsil
müəssisəsinin, müəssisə və təşkilatının,”
sözlərindən sonra “Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsinin,
idarəsinin, təhsil müəssisəsinin, müəssisə
və təşkilatının, habelə Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi
hissəsinin, idarəsinin, təhsil müəssisəsinin,
müəssisə və təşkilatının,” sözləri
əlavə edilsin.
14. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, N 11, maddə 828; 2002, N 11, maddə 675;
2003, N 6, maddə 342; 2006, N 9, maddə 822; 2009, N 8, maddə
675, N 9, maddə 736) ilə təsdiq edilmiş “Təhlükəli
yüklərin dəmir yolu nəqliyyatı ilə
daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
14.1.
4.3.1-ci yarımbəndin ikinci abzasında “Milli Təhlükəsizlik
Nazirliyinin (MTN)” sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətinin (DTX)” sözləri ilə əvəz edilsin;
14.2.
4.3.2-ci yarımbəndin ikinci abzasında, 4.7.8-ci yarımbəndin
birinci abzasında, 4.8.6-cı yarımbənddə hər iki
halda və 4.9.1-ci yarımbəndin birinci abzasında “MTN-nin”
sözü “DTX-nin” sözü ilə əvəz edilsin;
14.3.
4.4.9-cu yarımbəndin beşinci abzasında “Milli Təhlükəsizlik
Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi
Xidməti” sözləri ilə əvəz edilsin;
14.4.
4.5.2-ci yarımbəndin birinci abzasından və 4.5.4-cü
yarımbəndin üçüncü abzasından “Milli Təhlükəsizlik
Nazirliyinə və” sözləri çıxarılsın və
həmin abzasa “Daxili İşlər Nazirliyinə” sözlərindən
sonra “və “Dövlət Təhlükəsizliyi Xidmətinə”
sözləri əlavə edilsin;
14.5.
4.5.10-cu yarımbəndin ikinci abzasında və 4.5.11-ci
yarımbəndin ikinci abzasında “Milli Təhlükəsizlik
Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətinin” sözləri ilə əvəz edilsin;
14.6.
4.6.1-ci yarımbəndin altıncı abzasında və
4.6.3-cü yarımbəndin ikinci abzasında “Milli Təhlükəsizlik
Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətinin” sözləri ilə əvəz edilsin;
14.7.
4.7.1-ci yarımbənddə, 4.9.2-ci yarımbəndin birinci
abzasında birinci halda və üçüncü
abzasında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri
“Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri
ilə əvəz edilsin;
14.8.
4.9.2-ci yarımbəndin birinci abzasından ikinci halda “və
Milli Təhlükəsizlik” sözləri
çıxarılsın və həmin abzasa “Nazirliklərinin”
sözündən sonra “Dövlət Təhlükəsizliyi
Xidməti,” sözləri əlavə edilsin;
14.9.
4.11.1-ci yarımbəndin birinci abzasında “Milli Təhlükəsizlik
Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətinə” sözləri ilə əvəz edilsin;
14.10.
Qaydaların “Qısaldılmış ifadələr və
adlar” hissəsində “MTN - Milli Təhlükəsizlik
Nazirliyi” sözləri “DTX - Dövlət Təhlükəsizliyi
Xidməti” sözləri ilə əvəz edilsin;
14.11.
Qaydalara 12 nömrəli əlavə - “Stansiyaların
xüsusi ayrılmış yerlərində partlayıcı
maddələrlə yükləmə-boşaltma əməliyyatlarına
ümumi tələblər”in 5-ci bəndinin
dördüncü abzasında və Qaydalara 16 nömrəli əlavə
“Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin,
Milli Təhlükəsizlik Nazirliyinin və Dövlət Sərhəd
Xidmətinin PM ilə yük əməliyyatları
aparılması üçün xüsusi ayrılmış
yerləri olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar
Cəmiyyəti stansiyalarının Siyahısı”nın
adında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri
“Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri
ilə əvəz edilsin.
15. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, N 1, maddə 53; 2002, N 10, maddə 635;
2003, N 6, maddə 342; 2008, N 8, maddə 787; 2010, N 3, maddə
264, N 6, maddə 569; 2013, N 10, maddə 1200) ilə təsdiq
edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən
fiziki şəxslərin vergi güzəştləri
hüququnun müəyyənləşdirilməsi
üçün sənədlərin Siyahısı”nın
1.5-ci, 1.7-ci, 1.8-ci, 1.10-cu, 1.11-ci və 1.12-ci bəndlərindən
“Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri
çıxarılsın və həmin bəndlərə
“Dövlət Sərhəd Xidmətinin” sözlərindən
sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat
Xidmətinin” sözləri əlavə edilsin.
16. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 3 may tarixli 87
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, N 5, maddə 337; 2003, N 6, maddə 342;
2004, N 10, maddə 871) ilə təsdiq edilmiş “Epidemik
göstərişlərə görə profilaktik peyvəndlərin
aparılma müddəti və Qaydası”nın 1-ci hissəsindən
“Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri
çıxarılsın və həmin hissəyə “Ədliyyə
Nazirliyinin,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi
Xidmətinin,” sözləri əlavə edilsin.
17.
“Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası İşçi qrupunun ştat
sayı və aylıq vəzifə maaşlarının təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 156 nömrəli qərarında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 9,
maddə 636; 2005, N 1, maddə 52; 2007, N 7, maddə 739)
aşağıdakı dəyişikliklər edilsin:
17.1. 2-ci
hissədə hər iki halda “Milli Təhlükəsizlik
Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətinin” sözləri ilə və “nazirlik” sözü
“xidmət” sözü ilə əvəz edilsin;
17.2. həmin
qərarla təsdiq edilmiş “Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası İşçi
qrupunun ştat sayı”nın “Qeyd” hissəsində “Milli Təhlükəsizlik
Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətinin” sözləri ilə əvəz edilsin.
18. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, N 12, maddə 809; 2002, N 10, maddə 641;
2003, N 6, maddələr 342, 348; 2004, N 10, maddə 871; 2005, N 6,
maddə 541, N 10, maddə 978; 2006, N 4, maddə 373, N 9, maddə
822, N 10, maddə 903; 2008, N 2, maddə 130; 2009, N 2, maddə
144, N 7, maddə 607, N 9, maddələr 736, 757, N 12, maddə
1065; 2012, N 12, maddə 1390; 2013, N 7, maddə 879; 2014, N 1, maddə
57, N 6, maddə 745; 2015, N 6, maddə 792) ilə təsdiq
edilmiş “Elektrik enerjisindən istifadəyə görə
birinci dərəcəli istehlakçıların (elektrik
enerjisi təchizatının dayandırılmasına icazə
verilməyən təşkilatların) Siyahısı”nın
“Büdcədən maliyyələşdirilən
istehlakçılar” bölməsində
aşağıdakı dəyişikliklər edilsin:
18.1. beşinci abzasda “Milli Təhlükəsizlik
Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətinin” sözləri ilə əvəz edilsin;
18.2. on
beşinci abzasın sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda on yeddinci abzas əlavə
edilsin:
“Azərbaycan
Respublikası Xarici Kəşfiyyat Xidmətinin inzibati
binası.”.
19. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, N 4, II kitab, maddə 211; 2003, N 6, maddə
342; 2004, N 4, maddə 286; 2005, N 11, maddə 1076; 2006, N 5, maddə
463; 2009, N 4, maddə 282, N 10, maddə 846; 2010, N 11, maddə
1040) ilə təsdiq edilmiş “Müsadirə edilmiş,
sahibsiz qalmış, vərəsəlik hüququ əsasında
dövlət mülkiyyətinə keçən əmlakın
və dəfinələrin uçotu, qiymətləndirilməsi,
saxlanılması, istifadəsi və satışı barədə
Əsasnamə”nin 2.1-ci bəndinin beşinci abzasından “Milli
Təhlükəsizlik Nazirliyi,” sözləri
çıxarılsın və həmin abzasa “Vergilər
Nazirliyi,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi
Xidməti,” sözləri əlavə edilsin.
20. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, N 8, maddə 539; 2003, N 6, maddə 342;
2006, N 10, maddə 903; 2007, N 2, maddə 199; 2008, N 2, maddə
130; 2010, N 10, maddə 903; 2012, N 12, maddə 1357; 2013, N 6, maddə
756) ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və
onların ailə üzvlərinin (müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularının ailələrindən
başqa) sanatoriyalarda və istirahət evlərində
sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist
bazalarında istirahət üçün putyovkalarla
(yollayışlarla) təmin olunması Qaydası”nın 2-ci
hissəsində “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri
çıxarılsın, “Ədliyyə Nazirliyi,” sözlərindən
sonra “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat
Xidməti,” sözləri əlavə edilsin.
21. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli 156
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, N 10, maddə 639; 2003, N 9, maddə 533;
2014, N 7, maddə 928) ilə təsdiq edilmiş “Geodeziya və
kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti
haqqında Əsasnamə”nin 10.24-cü bəndində “Milli Təhlükəsizlik
Nazirliyini” sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətini” sözləri ilə əvəz edilsin.
22. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 160
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, N 10, maddə 643; 2005, N 2, maddə 122;
2006, N 9, maddə 827; 2007, N 1, maddə 47) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının dövlət
hakimiyyəti orqanlarının, müəssisə, idarə və
təşkilatlarının dövlət sirrinin mühafizəsi
üzrə struktur bölmələri haqqında Nümunəvi
Əsasnamə”nin 4-cü hissəsinin birinci abzasında “Milli
Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət
Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz
edilsin.
23. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, N 10, maddə 645; 2005, N 2, maddə 122, N
3, maddə 250; 2007, N 1, maddə 47; 2008, N 4, maddə 316; 2010, N
3, maddələr 255, 264; 2012, N 9, maddə 938, N 12, maddə
1362; 2015, N 7, maddə 898, N 10, maddə 1245) ilə təsdiq
edilmiş “Vəzifəli şəxslərin və vətəndaşların
dövlət sirri təşkil edən məlumatlarla işləməyə
buraxılması Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
23.1. 1-ci
hissənin üçüncü abzasında “Milli Təhlükəsizlik
Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətinin” sözləri ilə əvəz edilsin və
“Xüsusi Dövlət Mühafizə Xidməti” sözlərindən
sonra “və xarici kəşfiyyat orqanında Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri
əlavə edilsin;
23.2.
4-cü hissənin səkkizinci abzasa “Dövlət Sərhəd
Xidmətində” sözlərindən sonra “, Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidmətində”
sözləri əlavə edilsin.
24. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, N 10, maddə 651; 2010, N 12, maddə
1123) ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə
iş stajına görə əlavə haqqın verilməsi
Qaydası”nın 2.2.3-cü yarımbəndindən “Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,”
sözləri çıxarılsın və həmin
yarımbəndə “Fövqəladə Hallar Nazirliyi,”
sözlərindən sonra “Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri
əlavə edilsin.
25. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, N 11, maddə 676; 2004, N 2, maddə 115;
2005, N 9, maddə 860, N 12, maddə 1234; 2006, N 2, maddələr
204, 205, N 9, maddə 822, N 12, maddə 1159; 2007, N 8, maddələr
849, 857, N 10, maddə 1025; 2008, N 1, maddə 37, N 10, maddə
928, N 12, maddələr 1110, 1114; 2009, N 1, maddələr 22, 32,
N 2, maddə 156, N 4, maddə 279, N 8, maddə 670, N 9, maddələr
739, 754, N 12, maddə 1078; 2010, N 3, maddə 264; 2011, N 1, maddə
63; 2012, N 9, maddə 931; 2013, N 2, maddə 203, N 6, maddə 735;
2014, N 10, maddə 1290; 2015, N 4, maddə 608; 2016, N 1, maddə
179) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin
xüsusiyyətindən asılı olaraq xüsusi
razılıq (lisenziya) verilməsi üçün tələb
olunan əlavə şərtlər”də
aşağıdakı dəyişikliklər edilsin:
25.1.
11.2-ci, 49.2-ci və 49.3-cü bəndlərdə “Milli Təhlükəsizlik
Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi
Xidməti” sözləri ilə əvəz edilsin;
25.2.
48.4-cü bənddən “Milli Təhlükəsizlik Nazirliyinin
və” sözləri çıxarılsın və həmin
bəndə “Səhiyyə Nazirliyinin” sözlərindən
sonra “və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinin” sözləri əlavə edilsin.
26. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli
26 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003, N 2, maddə 141;
2005, N 6, maddə 558; 2006, N 4, maddə 370, N 7, maddə 647;
2014, N 1, maddə 69, N 2, maddə 201; 2015, N 11, maddə 1418) ilə
təsdiq edilmiş “Ətraf mühitə dair alınması məhdudlaşdırılan
informasiya üzrə müraciət və ya sorğunun
göndərildiyi dövlət hakimiyyəti orqanlarının
Təsnifatı”nın 2-ci hissəsində “Milli Təhlükəsizlik
Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi
Xidməti” sözləri ilə əvəz edilsin.
27. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli
145 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003, N 10, maddə 627;
2005, N 7, maddə 678; 2006, N 2, maddə 185, N 4, maddə 378, N 5,
maddə 470, N 9, maddə 819, N 10, maddə 902; 2007, N 5, maddə
546, N 10, maddə 1026; 2008, N 2, maddə 114; 2010, N 7, maddə
700; 2011, N 7, maddə 737; 2012, N 2, maddə 178, N 11, maddələr
1203, 1212, N 12, maddə 1359; 2013, N 3, maddə 348, N 5, maddə
580; 2014, N 5, maddə 554, N 8, maddə 1005; 2015, N 5, maddə
669; 2016, N 2, II kitab, maddə 389) ilə təsdiq edilmiş “Vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı
Qaydası”nın 9.15-ci bəndində “milli təhlükəsizlik”
sözləri “Dövlət təhlükəsizliyi və
xarici kəşfiyyat” sözləri ilə əvəz edilsin.
28. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 dekabr tarixli
165 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003, N 12, II kitab, maddə 753) ilə təsdiq
edilmiş “Feldyeger rabitəsi orqanının şəxsi heyətinə
daxil olan əməkdaşlara xidmət illəri
üçün əlavə ödənişin verilməsi
Qaydası”nın 3-cü hissəsinin beşinci abzasında
“milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi”
sözləri ilə əvəz edilsin.
29. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 sentyabr tarixli
120 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, N 9, maddə 738) ilə
təsdiq edilmiş “Fövqəladə vəziyyət rejiminin
təmin olunmasında iştirak etmiş şəxslərin
qeydiyyata alınması qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
29.1. 2-ci
hissədən “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri
çıxarılsın və həmin hissəyə
“Müdafiə Nazirliyinin,” sözlərindən sonra “Dövlət
Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin,”
sözləri əlavə edilsin.
29.2. 9-cu
hissədən “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri
çıxarılsın və həmin hissəyə
“Müdafiə Nazirliyi” sözlərindən sonra “, Dövlət
Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti”
sözləri əlavə edilsin.
30. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli
182 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, N 11, maddə 967)
ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə
qəbul edilən və ya bu subyektlərdə xidmət
keçən şəxslərin
sağlamlığının yoxlanılması
Qaydası”nın 1-ci hissəsindən “Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri
çıxarılsın və həmin hissəyə
“Müdafiə Nazirliyinin,” sözlərindən sonra “Dövlət
Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin”
sözləri əlavə edilsin.
31. “Kəşfiyyat
və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının
və onun ailə üzvlərinin yeni xidmət yerinə
köçməsi və əmlakının
daşınması Qaydası”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 9 dekabr tarixli 192 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, N 4, maddə 447)
aşağıdakı dəyişikliklər edilsin:
31.1. 2-ci
hissədən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyinə,” sözləri çıxarılsın və həmin
hissəyə “Müdafiə Nazirliyinə,” sözlərindən
sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidmətinə,” sözləri əlavə edilsin;
31.2. həmin
qərarla təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti subyektinin əməkdaşının və
onun ailə üzvlərinin yeni xidmət yerinə
köçməsi və əmlakının
daşınması Qaydası”nın 1-ci hissəsindən
“Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri
çıxarılsın və həmin hissəyə
“Müdafiə Nazirliyinin,” sözlərindən sonra “Dövlət
Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin,”
sözləri əlavə edilsin.
32.
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ
hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40
nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, N 3, maddə 254;
2006, N 3, maddə 300; 2007, N 2, maddə 185; 2009, N 10, maddə
857) aşağıdakı dəyişikliklər edilsin:
32.1. həmin
qərarla təsdiq edilmiş “Dövlət sirri təşkil
edən məlumatlardan istifadə ilə bağlı işlərin
görülməsi prosesində məlumatların mühafizəsinin
təmin edilməsi Qaydası”nın 1-ci hissəsinin ikinci
abzasında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri
“Dövlət Təhlükəsizliyi Xidməti” sözləri
ilə əvəz edilsin;
32.2. həmin
qərarla təsdiq edilmiş “Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin dövlət sirri ilə işləməyə
buraxılması Qaydası”nın 3-cü hissəsində
“Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət
Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz
edilsin;
32.3. həmin qərarla təsdiq edilmiş “Dövlət
sirri təşkil edən məlumatlardan istifadə edilməsi,
informasiyanı mühafizə vasitələrinin
yaradılması, habelə dövlət sirrinin mühafizəsi
üzrə tədbirlər görülməsi və (və
ya) xidmətlər göstərilməsi ilə bağlı
işlərin icrasına müəssisə, idarə və təşkilatların
buraxılması üçün icazənin alınması
Qaydası”nın 2-ci hissəsi üzrə:
32.3.1. birinci abzasda “Milli Təhlükəsizlik
Nazirliyidir” sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətidir” sözləri ilə əvəz edilsin;
32.3.2. ikinci abzasda “Dövlət Sərhəd Xidmətinin”
sözlərindən sonra
“, Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidmətinin” sözləri
əlavə edilsin;
32.3.3. aşağıdakı məzmunda
dördüncü abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının xaricdəki diplomatik və
digər nümayəndəliklərində dövlət
sirrinin mühafizəsi üzrə tədbirlər
görülməsi və (və ya) xidmətlər göstərilməsi
ilə bağlı işlərin icrasına
buraxılmasına icazənin verilməsi üzrə səlahiyyətli
orqan Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətidir.”.
32.4. həmin
qərarla təsdiq edilmiş “Dövlət sirri təşkil
edən məlumatın qeyri-qanuni yayılması üzrə
ekspert rəyinin hazırlanması və təsdiq edilməsi
Qaydası”nın 4 cü hissəsində “Milli Təhlükəsizlik
Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətinə” sözləri ilə əvəz edilsin;
32.5. həmin
qərarla təsdiq edilmiş “Dövlət sirrinin
yayılmasının qarşısının alınması
Qaydası”nın 10-cu hissəsinin dördüncü
abzasında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri
“Dövlət Təhlükəsizliyi Xidməti” sözləri
ilə əvəz edilsin;
32.6. həmin
qərarla təsdiq edilmiş “Dövlət hakimiyyəti və
yerli özünüidarə orqanlarında, müəssisə,
idarə və təşkilatlarda dövlət sirrinin
mühafizəsinin təmin olunmasına idarələrarası
nəzarətin həyata keçirilməsi Qaydaları”nın
3-cü hissəsinin birinci abzasında “Milli Təhlükəsizlik
Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi
Xidməti” sözləri ilə əvəz edilsin.
33.
“Yüksək ixtisaslı mütəxəssislər
sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul
olunmuş hərbi qulluqçuların hərbi xidmətə
qəbul olunana qədərki əmək stajının pensiya
təyin edilməsi və xidmət illərinə görə əlavə
faizin ödənilməsi üçün onların xidmət
illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 1 iyul tarixli 124 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, N 7, maddə 658)
2-ci hissəsindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyinə” sözləri çıxarılsın və həmin
hissəyə “Müdafiə Nazirliyinə,” sözlərindən
sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidmətinə” sözləri əlavə edilsin.
34. “Rabitə
müəssisələri (operatorlar), həmçinin
onların diler və distribüterləri tərəfindən
rabitə vasitələrinin satışı və istifadəsi
zamanı tələb olunan şərtlərin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 7 iyul tarixli 131 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, N 7, maddə 665, N
12, maddə 1226; 2014,
N 6, maddə 747; 2015, N 6, maddə 776) 4-cü hissəsində
“Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət
Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz
edilsin.
35. “Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə
edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının məhv edilməsi
Qaydası”nın, “Narkotik vasitələrin, psixotrop maddələrin
dövriyyəsinə və onların prekursorlarının
idxalına, ixracına, tranzit nəql edilməsinə və
istehsalına, habelə narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsində iştirak edən,
o cümlədən narkomanlıq xəstəliyinə
düçar olan şəxslərə dair ümummilli məlumat
bankına məlumatların göndərilməsi və oradan
məlumatların alınması Qaydası”nın və
“Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin
dərman preparatları şəklində olduğuna və
tibbi məqsədlərlə istifadə oluna biləcəyinə
görə məhv edilməsi məqsədəuyğun olmayan
narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə
istifadə edilməsi üçün təhvil verilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181
nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, N10, maddə 975;
2007, N12, maddə 1336; 2009, N 3, maddə 204; 2014, N 2, maddə
201; 2015, N 4, maddə 441) aşağıdakı dəyişikliklər
edilsin:
35.1. həmin
qərarla təsdiq edilmiş “Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə
edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının məhv edilməsi
Qaydası”nın 4-cü hissəsinin birinci abzasından “Milli
Təhlükəsizlik Nazirliyinin,” sözləri
çıxarılsın və həmin abzasa “Səhiyyə
Nazirliyinin,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi
Xidmətinin,” sözləri əlavə edilsin;
35.2. həmin
qərarla təsdiq edilmiş “Narkotik vasitələrin,
psixotrop maddələrin dövriyyəsinə və onların
prekursorlarının idxalına, ixracına, tranzit nəql
edilməsinə və istehsalına, habelə narkotik vasitələrin
və psixotrop maddələrin qanunsuz dövriyyəsində
iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə
düçar olan şəxslərə dair ümummilli məlumat
bankına məlumatların göndərilməsi və oradan
məlumatların alınması Qaydası” üzrə:
35.2.1.
3.3-cü bənddən “Milli Təhlükəsizlik Nazirliyi,”
sözləri çıxarılsın və həmin bəndə
“Baş Prokurorluğu,” sözlərindən sonra “Dövlət
Təhlükəsizliyi Xidməti,” sözləri əlavə
edilsin;
35.2.2.
5-ci hissənin birinci abzasından “Milli Təhlükəsizlik
Nazirliyinin,” sözləri çıxarılsın və həmin
abzasa “Baş Prokurorluğunun,” sözlərindən sonra
“Dövlət Təhlükəsizliyi Xidmətinin,” sözləri
əlavə edilsin;
35.2.3.
6-cı hissədən “Milli Təhlükəsizlik Nazirliyində,”
sözləri çıxarılsın və həmin hissəyə
“Baş Prokurorluğunda,” sözlərindən sonra “Dövlət
Təhlükəsizliyi Xidmətində,” sözləri əlavə
edilsin.
36. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, N 11, maddə 1063; 2006, N 5, maddə 476;
2013, N 8, maddə 995; 2015, N 7, maddə 878) ilə təsdiq
edilmiş “İnsan alveri qurbanları üçün
xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi,
fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət
Qaydaları”nın 3.7-ci bəndində “Milli Təhlükəsizlik
Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti”
sözləri ilə əvəz edilsin.
37. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, N 11, maddə 1073; 2007, N 12, maddə
1344; 2008, N 8, maddə 787; 2011, N 5, maddə 449) ilə təsdiq
edilmiş “Kvota şamil edilməyən müəssisələrin
Siyahısı”nın 5-ci hissəsində “milli təhlükəsizlik”
sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat”
sözləri ilə əvəz edilsin.
38. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, N 12, maddə 1230; 2006, N 9, maddə 822,
N 11, maddə 1000; 2007, N 4, maddə 387, N 10, maddə 1021, N 12,
maddə 1337; 2009, N 2, maddə 144; 2010, N 6, maddə 558; 2012, N
9, maddə 925; 2014, N 1, maddə 69, N 6, maddə 747; 2015, N 5,
maddə 660 ) ilə təsdiq edilmiş “İxrac nəzarətinə
düşən malların nomenklaturuna uyğun, habelə
işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin
qanunvericiliklə müəyyən edilmiş siyahısındakı
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) kateqoriyaları və bölmələri
üzrə xüsusi icazə verən, ixrac nəzarətini,
xüsusi icazə verilməsindən əvvəl və sonra
yoxlamaları, ikili təyinatlı malların sifariş
edilmiş məqsədlər üçün istifadə
olunmasına nəzarəti həyata keçirən icra
hakimiyyəti orqanlarının Siyahısı”nın 3-cü və
4-cü sütunlarında “Milli Təhlükəsizlik Nazirliyi”
sözləri “Dövlət Təhlükəsizliyi Xidməti”
sözləri ilə əvəz edilsin.
39. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 dekabr tarixli 235
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, N 12, maddə 1234; 2007, N 6, maddə 698;
2008, N 4, maddə 309; 2009, N 1, maddə 32; 2014, N 2, maddə 201,
N 7, maddə 932) ilə təsdiq edilmış “Alkoqollu
içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının
istehsalı, idxalı və satışı, insanların həyatının
və sağlamlığının qorunması
üçün yalnız mənşəyi bəlli olan
xammaldan istifadənin təmin edilməsi, daxili bazarın
haqsız rəqabətdən müdafiəsi və sağlam rəqabət
prinsiplərinə riayət edilməsi, qeyri-qanuni
istehsalın, habelə keyfiyyətsiz məhsulların
istehsalının və idxalının,
qaçaqmalçılıq hallarının
qarşısının alınması məqsədi ilə
görüləcək Tədbirlər”in 1-ci və 2-ci hissələrinin
“İcraçı təşkilatlar” sütununda “Milli Təhlükəsizlik
Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi
Xidməti” sözləri ilə əvəz edilsin.
40. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 yanvar tarixli 3
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006, N 1, maddə 36, N 5, maddə 472; 2014, N
6, maddə 747 ) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının sərhədyanı ərazilərində,
o cümlədən sərhəd çaylarında, Xəzər
dənizinin (gölünün) Azərbaycan hissəsində
telekommunikasiya vasitələrinin və qurğularının
tikintisi, istismarı və qəza-bərpa işlərinin
aparılması Qaydaları”nın 1.7-ci bəndində “Milli Təhlükəsizlik
Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi
Xidməti” sözləri ilə əvəz edilsin.
41. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 31 mart tarixli 91
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006, N 3, maddə 310; 2013, N 2, maddə 190;
2014, N 6, maddə 747 ) ilə təsdiq edilmiş “GOV.AZ domeninin
inzibatlaşdırılması Qaydaları”nın 2.3-cü bəndində
“Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət
Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz
edilsin.
42. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 aprel tarixli 98
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006, N 4, maddə 368) ilə təsdiq
edilmiş “Dövlət hakimiyyəti orqanlarının
xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin
qurulması, istismarı, təhlükəsizliyinin təmin
edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın
1.2-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi,” sözləri çıxarılsın və həmin
bəndə “Müdafiə Nazirliyi,” sözlərindən sonra
“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidməti,” sözləri əlavə edilsin.
43. “Hərbi
qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı
təhsil müəssisələrinin ailəli kursantlarına)
müvəqqəti mənzilin kirayəsi üçün pul
kompensasiyası məbləğinin müəyyən edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 13 iyul tarixli 171 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, N 7, maddə 638, N
10, maddə 902; 2010, N 3, maddə 264; 2011, N 8, maddə 777; 2012,
N 12, maddə 1350; 2013, N 10, maddə 1203)
aşağıdakı dəyişikliklər edilsin:
43.1. 2-ci
hissədən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi,” sözləri çıxarılsın və həmin
hissəyə “Fövqəladə Hallar Nazirliyi,” sözlərindən
sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidməti” sözləri əlavə edilsin;
43.2.
3-cü hissədən (birinci halda) “, milli təhlükəsizlik”
sözləri çıxarılsın və həmin hissəyə
“nazirliklərinin,” sözündən sonra “Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin,
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin,”
sözləri əlavə edilsin.
44. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, N 2, maddə 182; 2009, N 2, maddə 144;
2014, N 2, maddə 216, N 6, maddə 747) ilə təsdiq
edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı,
istifadəsi və ödənişlərin təyin
olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
44.1.
1.4-cü, 2.9-cu, 2.29-cu və 2.31-ci bəndlərdə ismin
müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi”
sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi
Xidməti” sözləri ilə əvəz edilsin;
44.2.
1.6-cı və 2.30-cu bəndlərdən “Milli Təhlükəsizlik
Nazirliyi,” sözləri çıxarılsın və həmin
bəndlərə “Daxili İşlər Nazirliyi,” sözlərindən
sonra “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat
Xidməti,” sözləri əlavə edilsin.
45. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyun tarixli 96
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, N 6, maddə 701) ilə təsdiq
edilmiş “Milli nişanların və qeydiyyat
nişanlarının hava gəmisində təsviri
Qaydası”nın 1.2-ci bəndinin ikinci abzasından “Milli Təhlükəsizlik
Nazirliyinə” sözləri çıxarılsın və həmin
abzasa “Fövqəladə Hallar Nazirliyinə,” sözlərindən
sonra “Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici
Kəşfiyyat Xidmətinə,” sözləri əlavə
edilsin.
46.
“Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar bəzi normativ hüquqi aktların təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 13 avqust tarixli 127 nömrəli qərarında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 8,
maddə 853; 2008, N 9, maddə 853) aşağıdakı dəyişikliklər
edilsin:
46.1. həmin
qərarla təsdiq edilmiş “Özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin mühafizə
bölməsi tərəfindən xüsusi vasitənin əldə
olunması, saxlanılması və ondan təyinatı üzrə
istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin
verilməsi Qaydası”nın 2.1.2-ci yarımbəndində
“Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət
Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz
edilsin;
46.2. həmin qərarla təsdiq edilmiş
“Xüsusi vasitənin özəl mühafizə müəssisəsi
və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən
əldə olunması, saxlanılması və ondan təyinatı
üzrə istifadə edilməsi üçün mühafizəçilərə
verilməsi Qaydaları”nın 9-cu hissəsində “Milli Təhlükəsizlik
Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətinə” sözləri ilə əvəz edilsin.
47. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 20 avqust tarixli 129
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, N 8, maddə 855) ilə təsdiq
edilmiş “Tərkibində dövlət sirri təşkil edən
məlumatlar olan elektron sənədlərin tərtibi,
emalı və mübadiləsi üçün istifadə
olunan informasiya sistemlərinin ekspertizasının keçirilməsi
Qaydası”nın 2.1-ci bəndinin birinci abzasında “Milli Təhlükəsizlik
Nazirliyidir” sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətidir” sözləri ilə əvəz edilsin.
48. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, N 8, maddə 860; 2012, N 12, maddə 1351)
ilə təsdiq edilmiş “Təminat xərcliyinin
hesablanması, hərbi xidmət müddəti və təminat
xərcliyi barədə məlumatların təqdim olunması
Qaydaları”nın 1-ci hissəsindən “Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyində,”
sözləri çıxarılsın və həmin hissəyə
“Prokurorluğunda,” sözlərindən sonra “Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində,
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində,”
sözləri əlavə edilsin.
49. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, N 8, maddə 861, N 9, maddə 923, N 10,
maddə 1021, N 12, maddə 1331; 2009, N 1, maddələr 22, 32, N
2, maddə 150, N 4, maddələr 282, 293, N 8, maddələr
674, 675, 680, N 10, maddələr 846, 852, 856; 2010, N 2, maddələr
146, 161, N 11, maddə 1040; 2011, N 1, maddə 54, N 5, maddə 447,
N 9, maddə 855; 2012, N 5, maddə 475, N 8, maddə 817, N 10, maddə
1028, N 11, maddə 1204, N 12, maddələr 1363, 1388; 2013, N 1,
maddə 73, N 8, maddələr 1015, 1038, N 10, maddə 1219; 2014,
N 1, maddə 69, N 3, maddə 312, N 6, maddə 736, N 7, maddə
918, N 10, maddə 1308; 2015, N 2, maddə 227, N 5, maddə 612, N
6, maddə 799, N 11, maddə 1413; 2016, N 2, II kitab, maddə 381;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4
mart tarixli 110 nömrəli və 29 aprel tarixli 177 nömrəli
qərarları) ilə təsdiq edilmiş “İnzibati
orqanların Təsnifatı”nın 2-ci hissəsinin 3-cü bəndində
hər iki halda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri
“Dövlət Təhlükəsizliyi Xidməti,” sözləri
ilə əvəz edilsin və aşağıdakı məzmunda
3-1-ci hissə əlavə edilsin:
“3-1. Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidməti,
Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat
Xidməti”.
50. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, N 2, maddə 134; 2010, N 1, maddə 59;
2012, N 12, maddə 1371; 2013, N 10, maddə 1204, N 12, maddə
1627; 2015, N 5, maddə 659) ilə təsdiq edilmiş “Hərbi-həkim
ekspertizası haqqında Əsasnamə”nin 1.2-ci bəndindən
“Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi,” sözləri çıxarılsın və həmin
bəndə “Fövqəladə Hallar Nazirliyi,” sözlərindən
sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidməti” sözləri əlavə edilsin.
51. “Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət
Mərkəzinin nəzdində orta musiqi məktəbinin fəaliyyətinin
tənzimlənməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 iyul tarixli 155
nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008, N 7 , maddə 677)
adında, preambulasında hər iki halda, 1-ci hissəsində,
2-ci və 4-cü hissələrində hər iki halda ismin
müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi”
sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi
Xidməti” sözləri ilə əvəz edilsin.
52. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 219
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, N 9, maddə 866) ilə təsdiq
edilmiş “Aviasiya qəzası və ya insidenti barədə məlumatın
verilməsi Qaydası”nın 2.1-ci bəndinin ikinci
abzasından “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyinə,” sözləri çıxarılsın və həmin
abzasa “Daxili İşlər Nazirliyinə,” sözlərindən
sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinə,” sözləri əlavə edilsin.
53. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 sentyabr tarixli 234
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, N 9, maddə 880) ilə təsdiq
edilmiş “Ətrafında 200 metr radius çərçivəsində
yığıncaqların, mitinqlərin, nümayişlərin
və küçə yürüşlərinin keçirilməsi
qadağan edilə bilən mərkəzi, rayon və şəhər
icra hakimiyyəti orqanlarının yerləşdiyi
binaların siyahısı”nın 1-ci hissəsinin səkkizinci
abzasında “Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin” sözləri “Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri
ilə əvəz edilsin və həmin hissəyə
aşağıdakı məzmunda on beşinci abzas əlavə
edilsin:
“Azərbaycan
Respublikası Xarici Kəşfiyyat Xidmətinin inzibati
binası.”.
54. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, N 12, maddə 1115; 2009, N 2, maddə 153,
N 4, maddə 282, N 7, maddə 605, N 8, maddələr 674, 680, N
10, maddələr 846, 852, 856; 2010, N 1, maddə 60, N 2, maddələr
146, 161, N 10, maddələr 906, 912, N 11, maddə 1040; 2011, N 1,
maddə 66, N 5, maddə 446, N 9, maddələr 856, 862; 2012, N
5, maddə 479, N 8, maddə 818, N 10, maddə 1027, N 11, maddə
1205; 2013, N 1, maddə 74, N 8, maddələr 1014, 1037; 2014, N 1,
maddə 69, N 3, maddə 313, N 6, maddə 736, N 7, maddə 919, N
10, maddə 1308; 2015, N 2, maddə 227, N 5, maddə 611, N 6, maddə
800, N 11, maddə 1414; 2016, N 1, maddə 171, N 2, II kitab, maddə
382, N 3, maddə 608; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 4 mart tarixli 111 nömrəli və 29
aprel tarixli 177 nömrəli qərarları) ilə təsdiq
edilmiş “Dövlət orqanlarının aparatının (və
ya onların fəaliyyətini təmin edən qurumların) və
onun bölmələrinin adları”nda aşağıdakı
dəyişikliklər edilsin:
54.1. “Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Aparatı”
sözləri çıxarılsın və “Azərbaycan
Respublikasının Baş Prokurorluğu” sözlərindən
sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinin Aparatı” və “Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidmətinin
Aparatı” sözləri əlavə edilsin;
54.2.
“Naxçıvan Muxtar Respublikası üzrə:” hissəsindən
“Milli Təhlükəsizlik Nazirliyinin Aparatı” sözləri
çıxarılsın və “Səhiyyə Nazirliyinin
Aparatı” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi
Xidmətinin Aparatı” və “Xarici Kəşfiyyat Xidmətinin
Aparatı” sözləri əlavə edilsin;
54.3. “Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində
olan orqanlar, rayon, şəhər şöbələri”
sözləri “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinin ərazi orqanları” sözləri ilə əvəz
edilsin.
55. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 may tarixli 78
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, N 5, maddə 386; 2016, N 2, II kitab, maddə
375) ilə təsdiq edilmiş “Terror əleyhinə əməliyyatları
idarəetmə üzrə Əməliyyat Qərargahının
fəaliyyətini təmin etmək məqsədi ilə
yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə
dair Nümunəvi Təlimat”ın 3.7-ci bəndinin
dördüncü və beşinci abzaslarından “Milli Təhlükəsizlik
Nazirliyinin və” sözləri çıxarılsın və
həmin abzaslara “Daxili İşlər Nazirliyinin” sözlərindən
sonra “və Dövlət Təhlükəsizliyi Xidmətinin”
sözləri əlavə edilsin.
56. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 118
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, N 8, maddə 671) ilə təsdiq
edilmiş “Aviasiya qəzalarını və insidentlərini
araşdıran komissiyanın fəaliyyət göstərməsi
Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
56.1. 6
nömrəli əlavədə “Sorğu protokolu”nda “MTN”
akronimi “DTX” akronimi ilə əvəz edilsin;
56.2. 17
nömrəli əlavədə “Zədələnmiş
baqajın, əl yükünün, poçtun və
yükün açılması və yoxlanması haqqında
Akt”da “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri
“Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri
ilə əvəz edilsin;
56.3.
“Akronimlər” hissəsində “MTN-Milli Təhlükəsizlik
Nazirliyi” sözləri “DTX-Dövlət Təhlükəsizliyi
Xidməti” sözləri ilə əvəz edilsin.
57. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli 123
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, N 8, maddə 676; 2015, N 7, maddə 880)
ilə təsdiq edilmiş “İnsan alveri qurbanları ilə
bağlı Milli İstiqamətləndirmə Mexanizmi
Qaydaları”nın 2.2-ci bəndindən “Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri
çıxarılsın və həmin bəndə “Baş
Prokurorluğunun,” sözlərindən sonra “Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin,”
sözləri əlavə edilsin.
58. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, N 9, maddə 735; 2013, N 7, maddə 887 )
ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının
müəyyən edilməsi Qaydaları
(indikatorları)”nın 1.4-cü bəndində “milli təhlükəsizlik”
sözləri “dövlət təhlükəsizliyi” sözləri
ilə əvəz edilsin.
59. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, N 12, maddə 1073; 2010, N 4, maddə 354;
2014, N 9, maddə 1137 ) ilə təsdiq edilmiş “Hərbi-tətbiqi
və xidməti-tətbiqi idman növlərinin
Siyahısı”nda “İdman növlərinin inkişafına rəhbərlik
edən mərkəzi icra hakimiyyəti orqanı (aidiyyəti
üzrə)” sütunundan “Milli Təhlükəsizlik
Nazirliyi,” sözləri çıxarılsın və həmin
sütunda “Ədliyyə Nazirliyi,” sözlərindən sonra
“Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat
Xidməti,” sözləri əlavə edilsin.
60. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124
nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010, N 6, maddə 568) ilə təsdiq edilmiş
“Terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə çərçivəsində Azərbaycan
Respublikasının qanunvericiliyinə və tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə,
habelə Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə
əsasən barələrində sanksiyalar tətbiq edilməli
olan fiziki və ya hüquqi şəxslərin Ümumi
Siyahısının təsdiq olunması Qaydası”nın
6-cı hissəsində hər iki halda, 8-ci, 9-cu, 10-cu, 11-ci,
14-cü, 20-ci və 21-ci hissələrində ismin müvafiq
hallarında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri
ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi
Xidməti, Xarici Kəşfiyyat Xidməti” sözləri ilə
əvəz edilsin.
61. “Fərdi
məlumatların mühafizəsinə dair Tələblər”in
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 9,
maddə 827; 2014, N 6, maddə 747) 2-ci hissəsindən “Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,”
sözləri çıxarılsın və həmin hissəyə
“Ədliyyə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti,
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti”
sözləri əlavə edilsin.
62. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 noyabr tarixli 214
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, N 11, maddə 1042) ilə təsdiq
edilmiş “Aviasiya ilə əlaqədar axtarış və
xilasetmə bölmələrinin yaradılması və
işlərinin aparılması Qaydaları”nın 1.6-cı bəndindən
“Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi,” sözləri çıxarılsın və həmin
bəndə “Fövqəladə Hallar Nazirliyi,” sözlərindən
sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti,” sözləri əlavə edilsin.
63. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 220
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, N 11, maddə 1047; 2012, N 10, maddə
1014) ilə təsdiq edilmiş “Eksperimental aviasiyadan və
dövlət aviasiyasından kommersiya məqsədləri
üçün istifadə Qaydası”nın 2.1.5-ci yarımbəndindən
“Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi,” sözləri çıxarılsın və həmin
yarımbəndə “Daxili İşlər Nazirliyi,” sözlərindən
sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti,” sözləri əlavə edilsin.
64. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 27 aprel tarixli 62
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, N 4, maddə 375) təsdiq edilmiş
“İnsanın immunçatışmazlığı virusu ilə
yaşayan şəxslərin işləməsinə yol verilməyən
peşə növləri və vəzifələrin
Siyahısı”nın 2.4-cü bəndində “milli təhlükəsizlik,”
sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat,”
sözləri ilə əvəz edilsin.
65. “Azərbaycan
Respublikasında dövlət büdcəsindən maliyyələşən
idarə, müəssisə və təşkilatlarda nəqliyyat
vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011, N 7, maddə 747;
2012, N 8, maddələr 827, 830; 2013, N 3, maddə 347, N 7, maddə
886, N 8, maddə 1017, N 10, maddə 1218; 2014, N 1, maddələr
51, 69, N 2, maddə 201, N 4, maddə 441, N 5, maddələr 572,
594, N 6, maddə 747, N 8, maddə 1015, N 12, maddələr 1658,
1666; 2015, N 2, maddə 227, N 11, maddə 1417; 2016, N 3, maddə
609) aşağıdakı dəyişikliklər edilsin:
65.1. 1-ci
və 2-ci hissələrdə “milli təhlükəsizlik,”
sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat
xidməti,” sözləri ilə əvəz edilsin;
65.2. həmin qərarla təsdiq edilmiş 1 nömrəli
əlavənin adında, 1-ci və 3-cü hissələrində
“milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi,
xarici kəşfiyyat xidmətləri” sözləri ilə əvəz
edilsin;
65.3. həmin qərarla təsdiq edilmiş 2 nömrəli
əlavənin adında “milli təhlükəsizlik,” sözləri
“dövlət təhlükəsizliyi, xarici kəşfiyyat
xidmətləri,” sözləri ilə əvəz edilsin.
66.
“Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin istismarının təşkili Qaydaları”nın və
“Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi daxilində dövlət orqanlarının informasiya
resurslarından istifadəyə buraxılış dərəcəsi”nin
təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 1,
maddə 29; 2013, N 8, maddələr 999, 1033; 2014, N 5, maddə
561, N 6, maddə 747) aşağıdakı dəyişikliklər
edilsin:
66.1. həmin qərarla təsdiq edilmiş
“Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin istismarının təşkili Qaydaları” üzrə:
66.1.1.
3.3.3.2-ci yarımbənddə “Milli Təhlükəsizlik
Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti”
sözləri ilə əvəz edilsin;
66.1.2.
3.6.2-ci yarımbənddə “və Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyində”
sözləri “, Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidmətində və Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidmətində”
sözləri ilə əvəz edilsin;
66.1.3.
5.5.2-ci yarımbənddə “Milli Təhlükəsizlik
Nazirliyində,” sözləri çıxarılsın, “Rabitə
və Yüksək Texnologiyalar Nazirliyində,” sözlərindən
sonra “Dövlət Təhlükəsizliyi Xidmətində,”
sözləri əlavə edilsin;
66.1.4.
7.7.1-ci yarımbənddə “Milli Təhlükəsizlik
Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətinin, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidmətinin” sözləri ilə əvəz edilsin.
66.2. həmin
qərarla təsdiq edilmiş “Giriş-çıxış və
qeydiyyat” idaralərarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi daxilində dövlət
orqanlarının informasiya resurslarından istifadəyə
buraxılış dərəcəsi”nin 3-cü hissəsində
“Dövlət orqanı” sütununda “Milli Təhlükəsizlik
Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi
Xidməti” sözləri ilə əvəz edilsin və
aşağıdakı məzmunda 3-1-ci hissə əlavə
edilsin:
3-1.
Xarici Kəşfiyyat
Xidməti
“Sərhədkeç-məyə
məhdudiyyət siyahısı”
“Azərbaycan
Respublikasının vətəndaşları”,
“Əcnəbilər”,
“Sərhədkeçmə”,
“Audit
jurnalı”
“Sərhədkeç-məyə
məhdudiyyət siyahısı”
67. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 fevral tarixli 37
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, N 2, maddə 181; 2014, N 6, maddə 747)
ilə təsdiq edilmiş “Fövqəladə vəziyyət
şəraitində rabitədən istifadə
üçün xüsusi Qaydalar”ın 2.5-ci, 2.7-ci, 3.3-cü
və 3.6-cı bəndlərində “milli təhlükəsizlik,”
sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat,”
sözləri ilə əvəz edilsin.
68. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, N 9, maddə 939; 2015, N 5, maddə 655)
ilə təsdiq edilmiş
“Çağırışçıların və hərbi
vəzifəlilərin hərbi qeydiyyatının
aparılması Qaydası”nın 1.5-ci bəndindən “Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyində,”
sözləri çıxarılsın və həmin bəndə
“Fövqəladə Hallar Nazirliyində,” sözlərindən
sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidmətində,” sözləri əlavə edilsin.
69. “Təqvim
ilində, habelə həqiqi hərbi xidmətdə olduğu
dövrün digər təqvim illərində növbəti məzuniyyətdən
istənilən səbəbdən istifadə etməyən hərbi
qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularından başqa) həmin təqvim ili, habelə
həqiqi hərbi xidmətdə olduğu dövrün digər
təqvim illəri üçün istifadə edilməmiş
növbəti məzuniyyətə görə
kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin
müəyyən edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217
nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, N 9, maddə 943)
2-ci hissəsində “Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin,” sözləri “Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin, Azərbaycan
Respublikası Xarici Kəşfiyyat Xidmətinin,” sözləri
ilə əvəz edilsin.
70. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 3
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, N 6, maddə 747) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının hava məkanından
istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
70.1.
4.21-ci bənddən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi,” sözləri çıxarılsın və həmin
bəndə “Fövqəladə Hallar Nazirliyi,” sözlərindən
sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti,” sözləri əlavə edilsin;
70.2.
4.41-ci bənddə, 4.79-cu və 5.9-cu bəndlərdə hər
iki halda, 5.13-cü bənddə, 9.3.1.3-cü və 10.30.1-ci
yarımbəndlərdə ismin müvafiq hallarında “Milli Təhlükəsizlik
Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət
Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz
edilsin.
71. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 fevral tarixli
27 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, N 2, maddə 196) ilə
təsdiq edilmiş “Hökumət rabitəsindən istifadə
Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
71.1.
4-cü və 6-cı hissələrdə “Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin” sözləri
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin” sözləri ilə əvəz edilsin;
71.2. 8-ci
hissədə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri
“Dövlət Təhlükəsizliyi Xidməti” sözləri
ilə əvəz edilsin.
72. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 avqust tarixli
212 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, N 8, maddə 1011;
2014, N 12, maddə 1667) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının büdcədən maliyyələşdirilən
meliorasiya və su təsərrüfatı işçilərinin
əməyinin ödənilməsi sistemi, növləri və
məbləği”nin 3.1.6-cı yarımbəndində “milli təhlükəsizlik”
sözləri “dövlət təhlükəsizliyi” sözləri
ilə əvəz edilsin.
73. “Həbs
yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, N 8, maddə 1001, N
10, maddə 1295; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 28 yanvar tarixli 12 nömrəli qərarı)
aşağıdakı dəyişikliklər edilsin:
73.1. həmin qərarla təsdiq edilmiş
“İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
üzrə:
73.1.1. 1.7-ci
bənddə hər iki halda “milli təhlükəsizlik naziri”
sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin
rəisi” sözləri ilə əvəz edilsin;
73.1.2.
22.3-cü bənddə “Milli Təhlükəsizlik Nazirliyinin”
sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin”
sözləri ilə əvəz edilsin;
73.1.3.
26.8-ci bənddə “Milli Təhlükəsizlik Nazirliyi”
sözləri “Dövlət Təhlükəsizliyi Xidməti”
sözləri ilə əvəz edilsin;
73.2. həmin qərarla təsdiq edilmiş “Müvəqqəti
saxlama yerlərinin daxili intizam Qaydaları”nın 1.7-ci bəndində
“Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət
Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz
edilsin.
74. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 iyul tarixli 215
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, N 7, maddə 905) ilə təsdiq edilmiş
“Dövlətin müdafiəsi və təhlükəsizliyi
sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi
ilə ölçmələrin vəhdətinin təmin edilməsinin
xüsusiyyətləri”nin 1.1-ci bəndindən “Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə,”
sözləri çıxarılsın və həmin bəndə
“Fövqəladə Hallar Nazirliyinə,” sözlərindən
sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidmətinə,” sözləri əlavə edilsin.
75.
“1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi
hərbi xidmətdən ehtiyata və istefaya
buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçularından başqa) həmin
dövrün təqvim illərində istifadə edilməmiş
növbəti məzuniyyətə görə
kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin
müəyyən edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 dekabr tarixli
399 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, N 12, maddə 1675)
3-cü hissəsində “Milli Təhlükəsizlik Nazirliyinə,”
sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə,
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə,”
sözləri ilə əvəz edilsin.
76. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 2, maddə 211, N 5, maddə 658) ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.1-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə,” sözləri çıxarılsın və həmin bəndə “Fövqəladə Hallar Nazirliyinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə,” sözləri əlavə edilsin.
77. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 avqust tarixli 279 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 8, maddə 965) ilə təsdiq edilmiş “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın 3.4-cü bəndində “Milli Təhlükəsizlik Nazirliyindən” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətindən” sözləri ilə əvəz edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 30 sentyabr.-
S.10-11.