Myanma İttifaqı
Respublikasının Prezidenti Zati-aliləri
cənab Theyn Seynə
Hörmətli cənab Prezident,
Myanma İttifaqı Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 30 dekabr 2015-ci il.
Azərbaycan. - 2016.- 6 yanvar.- S.1.