Patrik Hikki:
“Bakı-2015” Avropa Olimpiya
Komitəsi üçün mühüm hadisədir
Ötən ilin iyununda Bakıda
keçirilən birinci
Avropa Oyunları Avropa Olimpiya Komitəsi (AOK) üçün
mühüm hadisədir.
AZƏRTAC xəbər verir ki, bu fikir Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin Yeni il münasibətilə təbrikində qeyd olunub.
O qeyd edib ki, ötən il Avropa Bakıda birinci Avropa Oyunlarını keçirməklə dünyadakı qitə oyunlarına beşinci halqanı əlavə edə bilib. Bu 17 gün Avropa Olimpiya Komitəsinin işinə əvvəlki təşəbbüslərlə və proqramlarla müqayisədə daha böyük maraq oyadıb.
P.Hikki diqqətə
çatdırıb ki, bu
möhtəşəm idman hadisəsi Avropa Olimpiya Komitəsinin
və Azərbaycan Milli Olimpiya
Komitəsinin fəaliyyətində mühüm
mərhələdir.
Azərbaycan. - 2016.- 6 yanvar.- S.8.