Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 405 Bakı
şəhəri, 29 dekabr
2015-ci il
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyətinin
tənzimlənməsi və
onun əsasnaməsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il
27 sentyabr tarixli 158 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
“Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin strukturuna daxil olan bəzi
qurumların əsasnamələrinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 23 iyul tarixli 571 nömrəli fərmanının 4.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin
fəaliyyətinin tənzimlənməsi
və onun əsasnaməsinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 27 sentyabr tarixli 158 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 9, maddə
566; 2001, ¹ 7, maddə 512; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 2, maddə
129; 2007, ¹ 10, maddə 1013; 2008, ¹ 2, maddə 125; 2009, ¹ 6, maddə
491) 2-4-cü hissələri ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2016.- 7 yanvar.- S.1.