Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 406 Bakı şəhəri,
29 dekabr 2015-ci il
“Kənd təsərrüfatı məhsulları
istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarında
dəyişikliklər edilməsi
haqqında
“Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin strukturuna daxil olan bəzi
qurumların əsasnamələrinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 23 iyul tarixli 571 nömrəli fərmanının 4.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Kənd təsərrüfatı
məhsulları istehsalçılarının
toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 9, maddə
872; 2013, ¹ 7, maddə 881; 2015, ¹ 2, maddə 227) aşağıdakı
dəyişikliklər edilsin:
1.Həmin
qərarla təsdiq edilmiş “Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına
dövlət vəsaiti
hesabına idxal olunan rayonlaşdırılmış
yüksək reproduksiyalı
buğda toxumunun güzəştli şərtlərlə
satılması Qaydaları”nın
2.1-ci bəndinin altıncı
abzasında “Azərbaycan
Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin
rayon dövlət toxum
müfəttişliyinin” sözləri
“Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumunun” sözləri ilə əvəz edilsin.
2.Həmin
qərarla təsdiq edilmiş “Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli
şərtlərlə buğda
istehsalçılarına satılması
Qaydaları”nın 2.1-ci bəndinin
yeddinci abzasında “Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin rayon dövlət
toxum müfəttişliyinin”
sözləri “Azərbaycan
Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
yanında Bitki Sortlarının Qeydiyyatı
və Toxum Nəzarəti üzrə
Dövlət Xidmətinin
yerli qurumunun” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2016.- 7 yanvar.- S.2.