Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 407 Bakı şəhəri,
29 dekabr 2015-ci il
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
və onun yanında yaradılmış
dövlət agentliyinin
və dövlət xidmətlərinin işçilərinin
say tərkibi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 4 iyul tarixli 126 nömrəli qərarının ləğv
edilməsi barədə
“Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin strukturuna daxil olan bəzi
qurumların əsasnamələrinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 23 iyul tarixli 571 nömrəli fərmanının 4.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin və onun yanında yaradılmış dövlət
agentliyinin və dövlət xidmətlərinin
işçilərinin say tərkibi
haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 4 iyul tarixli 126 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹7, maddə 660, ¹ 10, maddə
981; 2006, ¹ 4, maddələr 370, 379; 2007, ¹
5, maddə 558) ləğv
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2016.- 7 yanvar.- S.2.