Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 409 Bakı şəhəri,
29 dekabr 2015-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı
ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin
edən qurumların) və onun bölmələrinin
adları”nda dəyişiklik
edilməsi haqqında
“Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin strukturuna daxil olan bəzi
qurumların əsasnamələrinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 23 iyul tarixli 571 nömrəli fərmanının 4.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008, ¹ 12, maddə 1115; 2009, ¹ 2, maddə 153, ¹ 4, maddə
282, ¹ 7, maddə 605, ¹ 8, maddələr
674, 680, ¹ 10, maddələr 846, 852, 856;
2010, ¹ 1, maddə 60, ¹ 2, maddələr
146, 161, ¹ 10, maddələr 906, 912, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə
66, ¹ 5, maddə 446, ¹ 9, maddələr
856, 862; 2012, ¹ 5, maddə 479, ¹ 8, maddə 818, ¹ 10, maddə
1027, ¹ 11, maddə 1205; 2013, ¹ 1, maddə 74, ¹ 8, maddələr
1014, 1037; 2014, ¹ 1, maddə 69, ¹ 3, maddə 313, ¹ 6, maddə
736, ¹ 7, maddə 919, ¹ 10, maddə
1308; 2015, ¹ 2, maddə 227, ¹ 5, maddə 611, ¹ 6, maddə
800; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 4 noyabr tarixli 350 nömrəli qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının
aparatının (və
ya onların fəaliyyətini təmin
edən qurumların) və onun bölmələrinin
adları”nın “Azərbaycan
Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
yanında:” bölməsinə
aşağıdakı məzmunda
beşinci abzas əlavə edilsin:
“Bitki Sortlarının
Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Aparatı”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2016.- 7 yanvar.- S.2.