Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 410 Bakı şəhəri,
29 dekabr 2015-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
13 avqust tarixli 273 nömrəli qərarı
ilə təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən
yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan
texnikaya, suvarma sistemləri dəstinə
və avadanlığına
güzəştlərin tətbiq
edilməsi Qaydaları”nda
dəyişiklik edilməsi
barədə
“Dövlət hakimiyyəti
orqanlarında, idarə,
təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına
dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr
tarixli 935 nömrəli
fərmanında dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 14
iyul tarixli 569 nömrəli fərmanının
5.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
13 avqust tarixli 273 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 8, maddə 1007; 2015, ¹ 8, maddə 959) ilə təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə
satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin
tətbiq edilməsi Qaydaları”nın 2.10-cu bəndində
“Dövlət hakimiyyəti
orqanlarında, idarə,
təşkilat və müəssisələrində” sözləri “Dövlət
orqanlarında, dövlət
mülkiyyətində olan
və paylarının
(səhmlərinin) nəzarət
zərfi dövlətə
məxsus olan hüquqi şəxslərdə
və büdcə təşkilatlarında” sözləri
ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2016.- 7 yanvar.- S.2.