Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 411 Bakı şəhəri,
29 dekabr 2015-ci il
“Azərbaycan Respublikasında elektron imza və elektron
sənədlə bağlı
bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
“Dövlət hakimiyyəti
orqanlarında, idarə,
təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına
dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr
tarixli 935 nömrəli
fərmanında dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 14
iyul tarixli 569 nömrəli fərmanının
5.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il
28 yanvar tarixli 27 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 1, maddə 56; 2008, ¹ 1, maddə 39; 2014, ¹ 6, maddə
747, ¹ 9, maddə 1124) ilə
təsdiq edilmiş “Elektron sənədlərin
mübadiləsi Qaydası”nın
1.3-cü bəndində “Dövlət
hakimiyyəti orqanları,
idarə, təşkilat
və müəssisələri”
və “Dövlət hakimiyyəti orqanlarında,
idarə, təşkilat
və müəssisələrində”
sözləri müvafiq
olaraq “Dövlət orqanları, dövlət mülkiyyətində olan
və paylarının
(səhmlərinin) nəzarət
zərfi dövlətə
məxsus olan hüquqi şəxslər
və büdcə təşkilatları” və
“Dövlət orqanlarında,
dövlət mülkiyyətində
olan və paylarının (səhmlərinin)
nəzarət zərfi
dövlətə məxsus
olan hüquqi şəxslərdə və
büdcə təşkilatlarında”
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2016.- 7 yanvar.- S.2.