Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 412
Bakı şəhəri, 30 dekabr 2015-ci il
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin
220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş
verginin məqsədləri üçün Bakı şəhəri,
habelə onun qəsəbə və kəndləri üzrə
zonaların sərhədləri”nin təsdiq
edilməsi haqqında
“Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci
il 20 oktyabr tarixli 1384-IVQD nömrəli qanununun tətbiqi və
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq
edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli fərmanında
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli
fərmanının 2.3-cü yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin
220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş
verginin məqsədləri üçün Bakı şəhəri,
habelə onun qəsəbə və kəndləri üzrə
zonaların sərhədləri” təsdiq edilsin (əlavə
olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 30dekabr tarixli 412 nömrəli
qərarı ilə təsdiq edilmişdir
Bakı şəhəri, habelə
onun qəsəbə və kəndləri üzrə
zonaların sərhədləri
Zona 1.
Sərhədləri:
Əl
Oyunları Stadionundan başlayaraq, şimal-şərq istiqamətində
Mikayıl Hüseynov prospekti üzrə Azneft meydanına qədər,
Azneft meydanından Niyazi küçəsi üzrə
İstiqlaliyyət küçəsi ilə kəsişənədək,
İstiqlaliyyət küçəsi üzrə Hüsü
Hacıyev küçəsi ilə kəsişənədək,
Hüsü Hacıyev küçəsi üzrə Nizami
küçəsi ilə kəsişənədək, Nizami
küçəsi üzrə şərq istiqamətində
Rixard Zorge küçəsi ilə kəsişənədək,
Rixard Zorge küçəsi üzrə cənub istiqamətində
küçənin dənizin sahil xətti ilə kəsişməsinədək,
sahil xətti üzrə qərb istiqamətində Əl
Oyunları stadionunadək.
Zona 2.
Sərhədləri:
Hüsü
Hacıyev küçəsinin Nizami küçəsi ilə
kəsişməsindən başlayaraq, şimal istiqamətində
Hüsü Hacıyev küçəsi üzrə Füzuli
küçəsi ilə kəsişənədək,
Füzuli küçəsi üzrə Rəşid Behbudov
küçəsi ilə kəsişənədək, Rəşid
Behbudov küçəsi üzrə şimal istiqamətində
Süleyman Rəhimov küçəsi ilə kəsişənədək,
Süleyman Rəhimov küçəsi üzrə şərq
istiqamətində Xətai prospekti ilə kəsişənədək,
bu kəsişmə yerindən metronun “28 May” stansiyası və
Dəmir Yolu Vağzalı daxil olmaqla, Puşkin küçəsi
üzrə Nizami küçəsi ilə kəsişənədək,
Nizami küçəsi üzrə qərb istiqamətində
küçənin Hüsü Hacıyev küçəsi ilə
kəsişdiyi yerədək.
Zona 3.
Sərhədləri:
Şəhidlər
Xiyabanından başlayaraq, şimal istiqamətində Mehdi
Hüseyn küçəsi üzrə Nəriman Nərimanov
prospektinədək, Nəriman Nərimanov prospekti üzrə
İnşaatçılar prospekti ilə kəsişənədək,
İnşaatçılar prospekti üzrə İzmir
küçəsi ilə kəsişənədək,
İzmir küçəsi üzrə Tbilisi prospekti ilə kəsişənədək,
Tbilisi prospekti üzrə cənub istiqamətində
Bakıxanov küçəsi ilə kəsişənədək,
Bakıxanov küçəsi üzrə şərq istiqamətində
Azadlıq prospekti ilə kəsişənədək,
Azadlıq prospekti üzrə şimal istiqamətində
akademik Həsən Əliyev küçəsi ilə kəsişənədək,
akademik Həsən Əliyev küçəsi üzrə
şərq istiqamətində Aşıq Molla küçəsi
ilə kəsişənədək, Aşıq Molla
küçəsi üzrə cənub istiqamətində Fətəli
xan Xoyski prospekti ilə kəsişənədək, Fətəli
xan Xoyski prospekti üzrə şərq istiqamətində
Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək,
Əhməd Rəcəbli küçəsi üzrə
şimal istiqamətində Yusif Vəzir Çəmənzəminli
küçəsi ilə kəsişənədək, Yusif Vəzir
Çəmənzəminli küçəsi üzrə
Ağa Nemətulla küçəsi ilə kəsişənədək,
Ağa Nemətulla küçəsi üzrə cənub
istiqamətində Heydər Əliyev prospekti ilə kəsişənədək,
Heydər Əliyev prospekti üzrə qərb istiqamətində
Babək prospekti ilə kəsişənədək, Babək
prospekti üzrə şərq istiqamətində Nəcəfqulu
Rəfiyev küçəsi ilə kəsişənədək,
Nəcəfqulu Rəfiyev küçəsi üzrə cənub
istiqamətində Süleyman Vəzirov küçəsi ilə
kəsişənədək, Süleyman Vəzirov
küçəsi üzrə şərq istiqamətində
Xaqani Rüstəmov küçəsi ilə kəsişənədək,
Xaqani Rüstəmov küçəsi üzrə cənub
istiqamətində Dənizkənarı küçəni kəsərək
keçən düz xəttin dənizin sahil xətti ilə kəsişməsinədək,
dənizin sahil xətti üzrə qərb istiqamətində
Rixard Zorge küçəsi ilə kəsişənədək,
Rixard Zorge küçəsi üzrə şimal istiqamətində
Nizami küçəsi ilə kəsişənədək,
Nizami küçəsi üzrə qərb istiqamətində
Puşkin küçəsi ilə kəsişənədək,
Puşkin küçəsi üzrə şimal istiqamətində
Dəmir Yolu Vağzalının şərq tərəfindən
keçərək Süleyman Rəhimov küçəsi ilə
kəsişənədək, Süleyman Rəhimov
küçəsi üzrə qərb istiqamətində Rəşid
Behbudov küçəsi ilə kəsişənədək,
Rəşid Behbudov küçəsi üzrə cənub
istiqamətində Füzuli küçəsi ilə kəsişənədək,
Füzuli küçəsi üzrə qərb istiqamətində
Hüsü Hacıyev küçəsi ilə kəsişənədək,
Hüsü Hacıyev küçəsi üzrə cənub
istiqamətində İstiqlaliyyət küçəsi ilə
kəsişənədək, İstiqlaliyyət küçəsi
üzrə qərb istiqamətində Niyazi küçəsi
ilə kəsişənədək, Niyazi küçəsi
üzrə cənub istiqamətində Mikayıl Hüseynov
prospekti ilə kəsişənədək, Mikayıl
Hüseynov prospekti üzrə qərb istiqamətində
Əl Oyunları stadionunadək, Əl Oyunları stadionundan
Gülüstan sarayının yanından keçən xətlə
Şəhidlər Xiyabanınadək.
Zona 4.
Sərhədləri:
Şəhidlər
Xiyabanından başlayaraq, Azərbaycan Respublikasının
Milli Məclisi və hərbi hissənin stadionu daxil olmaqla,
şimal istiqamətində Yasamal rayonunun inzibati sərhədi
üzrə Mətbuat prospekti ilə kəsişənədək,
Mətbuat və Həsən bəy Zərdabi prospektləri
üzrə şimal istiqamətində Akim Abbasov küçəsi
ilə kəsişənədək, Akim Abbasov küçəsi
üzrə şərq istiqamətində Azad Mirzəyev
küçəsi ilə kəsişənədək, Azad
Mirzəyev küçəsi üzrə cənub istiqamətində
İnşaatçılar və Nəriman Nərimanov prospektləri
kəsişənədək, Nəriman Nərimanov prospekti
üzrə cənub istiqamətində Mehdi Hüseyn
küçəsi ilə kəsişənədək, Mehdi
Hüseyn küçəsi üzrə cənub istiqamətində
Şəhidlər Xiyabanınadək.
Zona 5.
Sərhədləri:
Metronun
“20 Yanvar” stansiyasından başlayaraq, cənub istiqamətində
Tbilisi prospekti üzrə İzmir küçəsi ilə kəsişənədək,
İzmir küçəsi üzrə cənub istiqamətində
İnşaatçılar prospekti ilə kəsişənədək,
İnşaatçılar prospekti üzrə cənub istiqamətində
Azad Mirzəyev küçəsi ilə kəsişənədək,
Azad Mirzəyev küçəsi üzrə şimal istiqamətində
Akim Abbasov küçəsi ilə kəsişənədək,
Akim Abbasov küçəsi üzrə qərb istiqamətində
Həsən bəy Zərdabi prospekti ilə kəsişənədək,
Həsən bəy Zərdabi və Mətbuat prospektləri
üzrə cənub istiqamətində Abbas mirzə Şərifzadə
küçəsi ilə kəsişənədək, Abbas
mirzə Şərifzadə küçəsi üzrə
şimal istiqamətində Müzəffər Həsənov
küçəsi ilə kəsişənədək, Müzəffər
Həsənov küçəsi üzrə qərb istiqamətində
Ülvi Bünyadzadə küçəsi ilə kəsişənədək,
Ülvi Bünyadzadə küçəsi üzrə
şimal-şərq istiqamətində Moskva prospekti ilə kəsişənədək,
Moskva prospekti üzrə cənub istiqamətində metronun “20
Yanvar” stansiyasınadək.
Zona 6.
Zona 6.1.
Sərhədləri:
İzmir
küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən
başlayaraq, Tbilisi prospekti üzrə cənub istiqamətində
Bakıxanov küçəsi ilə kəsişənədək,
Bakıxanov küçəsi üzrə şərq istiqamətində
Azadlıq prospekti ilə kəsişənədək,
Azadlıq prospekti üzrə şimal istiqamətində
akademik Həsən Əliyev küçəsi ilə kəsişənədək,
akademik Həsən Əliyev küçəsi üzrə
şərq istiqamətində Aşıq Molla küçəsi
ilə kəsişənədək, Aşıq Molla
küçəsi üzrə cənub istiqamətində Fətəli
xan Xoyski prospekti ilə kəsişənədək, Fətəli
xan Xoyski prospekti üzrə şərq istiqamətində
Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək,
Əhməd Rəcəbli küçəsi üzrə
şimal istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişənədək,
Ziya Bünyadov prospekti üzrə qərb istiqamətində Rəşid
Məmmədov küçəsi ilə kəsişənədək,
Rəşid Məmmədov küçəsi üzrə
şimal istiqamətində Hüseyn Seyidzadə küçəsi
ilə kəsişənədək, Hüseyn Seyidzadə
küçəsi üzrə şimal istiqamətində 20
Yanvar küçəsi ilə kəsişənədək,
20 Yanvar küçəsi üzrə qərb istiqamətində
Moskva prospekti ilə kəsişənədək.
Zona 6.2.
Sərhədləri:
2-ci
köndələn küçəsinin Heydər Əliyev
prospekti ilə kəsişməsindən başlayaraq, şərq
istiqamətində Nizami rayonunun inzibati sərhədi boyunca
metronun “Koroğlu” stansiyasınadək, metronun “Koroğlu”
stansiyasından başlayaraq, cənub istiqamətində Qara
Qarayev prospekti üzrə Bəhruz Nuriyev küçəsi ilə
kəsişənədək, Naxçıvanski küçəsi
ilə kəsişənədək, Naxçıvanski
küçəsi üzrə şərq istiqamətində
Elşən Süleymanov küçəsi ilə kəsişənədək,
Elşən Süleymanov küçəsi üzrə cənub
istiqamətində Babək prospekti ilə kəsişənədək,
Babək prospekti üzrə qərb istiqamətində Bəkir
Çobanzadə küçəsi ilə kəsişənədək,
Bəkir Çobanzadə küçəsi üzrə
şimal istiqamətində Rüstəm Rüstəmov
küçəsi ilə kəsişənədək,
Rüstəm Rüstəmov küçəsi üzrə qərb
istiqamətində Mikayıl Əliyev küçəsi ilə
kəsişənədək, Mikayıl Əliyev küçəsi
üzrə şimal istiqamətində dəmiryol xətti ilə
kəsişənədək, dəmiryol xətti üzrə qərb
istiqamətində 9-cu köndələn küçəsi ilə
kəsişənədək, 9-cu köndələn
küçəsi üzrə Pəhlivan Fərzəliyev
küçəsi ilə kəsişənədək, qərb
istiqamətində Pəhlivan Fərzəliyev küçəsi
üzrə 2-ci köndələn küçəsi ilə kəsişənədək,
2-ci köndələn küçəsi üzrə bu
küçənin Heydər Əliyev prospekti ilə kəsişdiyi
yerədək.
Zona 6.3.
Sərhədləri:
Əl
Oyunları stadionundan başlayaraq, şimal-şərq istiqamətində
3-cü zonanın sərhədi üzrə Gülüstan
sarayının yanından keçən xətlə Şəhidlər
Xiyabanınadək, Şəhidlər Xiyabanından şimal
istiqamətində 4-cü zonanın Azərbaycan
Respublikası Milli Məclisinin və hərbi hissənin
stadionunun yanından keçən sərhədi ilə Səbail
rayonunun inzibati sərhədinin Mətbuat prospekti və
Mikayıl Müşfiq küçəsi ilə kəsişənədək,
bu kəsişmə yerindən qərb istiqamətində Səbail
rayonunun inzibati sərhədi üzrə cənub-qərb
istiqamətində davam edir və bu rayonun digər zonalarla əhatə
olunmayan ərazisini əhatə edir.
Zona 6.4.
Sərhədləri:
Heydər Əliyev Beynəlxalq Aeroportunun və aeroport
yarmarkasının yerləşdiyi ərazi.
Zona 7.
Sərhədləri:
Metronun
“20 Yanvar” stansiyasından başlayaraq, şimal istiqamətində
Moskva prospekti üzrə 20 Yanvar küçəsi ilə kəsişənədək,
20 Yanvar küçəsi üzrə şərq istiqamətində
Hüseyn Seyidzadə küçəsi ilə kəsişənədək,
Hüseyn Seyidzadə küçəsi üzrə şərq
istiqamətində Rəşid Məmmədov küçəsi
ilə kəsişənədək, Rəşid Məmmədov
küçəsi üzrə cənub istiqamətində Ziya
Bünyadov prospekti ilə kəsişənədək, Ziya
Bünyadov prospekti üzrə şərq istiqamətində
Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək,
Əhməd Rəcəbli küçəsi üzrə cənub
istiqamətində Yusif Vəzir Çəmənzəminli
küçəsi ilə kəsişənədək, Yusif Vəzir
Çəmənzəminli küçəsi üzrə
şərq istiqamətində Ağa Nemətulla küçəsi
ilə kəsişənədək, Ağa Nemətulla
küçəsi üzrə cənub istiqamətində Heydər
Əliyev prospekti ilə kəsişənədək, Heydər
Əliyev prospekti üzrə qərb istiqamətində Babək
prospekti ilə kəsişənədək, Babək prospekti
üzrə şərq istiqamətində Bəkir
Çobanzadə küçəsi ilə kəsişənədək,
Bəkir Çobanzadə küçəsi üzrə
şimal istiqamətində Rüstəm Rüstəmov
küçəsi ilə kəsişənədək,
Rüstəm Rüstəmov küçəsi üzrə qərb
istiqamətində Mikayıl Əliyev küçəsi ilə
kəsişənədək, Mikayıl Əliyev küçəsi
üzrə şimal istiqamətində dəmiryol xətti ilə
kəsişənədək, dəmiryol xətti üzrə qərb
istiqamətində 9-cu köndələn küçəsi ilə
kəsişənədək, 9-cu köndələn
küçəsi üzrə Pəhlivan Fərzəliyev
küçəsi ilə kəsişənədək, qərb
istiqamətində Pəhlivan Fərzəliyev küçəsi
üzrə 2-ci köndələn küçəsi ilə kəsişənədək,
2-ci köndələn küçəsi üzrə şimal
istiqamətində Nərimanov rayonunun sərhədi ilə kəsişənədək,
Nərimanov rayonunun sərhədi üzrə şərq
istiqamətində Böyük Şor gölünün sahil xətti
ilə kəsişənədək, Böyük Şor
gölünün sahil xətti üzrə qərb istiqamətində
Nərimanov, Binəqədi rayonlarının sərhədləri
kəsişənədək davam edir və Binəqədi, Nəsimi
rayonlarının digər zonalarla əhatə olunmayan ərazilərini
əhatə edir.
Zona 8.
Sərhədləri:
Dənizin
sahil xəttindən başlayan və şimal istiqamətində
Xaqani Rüstəmov küçəsi boyunca keçən
düz xəttin Süleyman Vəzirov küçəsi ilə
kəsişməsinədək, Süleyman Vəzirov
küçəsi üzrə qərb istiqamətində Nəcəfqulu
Rəfiyev küçəsi ilə kəsişənədək,
Nəcəfqulu Rəfiyev küçəsi üzrə
şimal istiqamətində Babək prospekti ilə kəsişənədək,
Babək prospekti üzrə şərq istiqamətində
Elşən Süleymanov küçəsi ilə kəsişənədək,
Elşən Süleymanov küçəsi üzrə
şimal istiqamətində Naxçıvanski küçəsi
ilə kəsişənədək, Naxçıvanski
küçəsi üzrə qərb istiqamətində Qara
Qarayev prospekti ilə kəsişənədək, Qara Qarayev
prospekti üzrə şimal istiqamətində Böyük
Şor küçəsi ilə kəsişənədək,
Böyük Şor küçəsi üzrə şimal
istiqamətində Nərimanov rayonunun sərhədi ilə kəsişənədək,
Nərimanov rayonunun sərhədi üzrə şimal istiqamətində
Böyük Şor gölünün sahilinədək,
Böyük Şor gölünün sahili üzrə şərq
istiqamətində Böyük Şor şosesi ilə kəsişənədək,
Böyük Şor şosesi üzrə şimal istiqamətində
Sabunçu dairəsinədək, Sabunçu dairəsindən
şəhər şosesi üzrə şimal istiqamətində
Sabunçu qəsəbəsinin şimal sərhədi boyunca
şərqə doğru Suraxanı rayonunun sərhədi ilə
kəsişənədək, bu kəsişmə yerindən
Suraxanı rayonunun sərhədi üzrə cənub istiqamətində
sərhədin Məmmədhəsən Hacınski
küçəsi ilə kəsişməsinədək, Məmmədhəsən
Hacınski küçəsinin Nizami İsmayılov
küçəsi ilə kəsişənədək, Nizami
İsmayılov küçəsi üzrə qərb istiqamətində
Əhməd Möhbalıyev prospekti ilə kəsişənədək,
Əhməd Möhbalıyev prospekti üzrə cənub
istiqamətində Xətai rayonunun sərhədi ilə kəsişənədək,
bu kəsişmə yerindən Xətai rayonunun sərhədi
üzrə cənub istiqamətində davam edərək, bu
rayonun digər zonalarla əhatə olunmayan ərazisini əhatə
edir.
Zona 9.
Zona 9.1.
Sərhədləri:
Babək
prospektinin 3-cü dairəvi küçə ilə kəsişdiyi
yerdən başlayaraq, dəmiryol xətti üzrə cənub
istiqamətində Aşıq Ələsgər küçəsinədək,
Aşıq Ələsgər küçəsi üzrə
şərq istiqamətində Məhəmməd Hadi
küçəsi ilə kəsişənədək, Məhəmməd
Hadi küçəsi üzrə şimal istiqamətində
Babək prospekti ilə kəsişənədək, Babək
prospekti üzrə qərb istiqamətində prospektin 3-cü
dairəvi küçə ilə kəsişməsinədək.
Zona 9.2.
Sərhədləri:
Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri
və bu rayonun digər zonalarla əhatə olunmayan əraziləri.
Zona 10.
Zona 10.1.
Sərhədləri:
Yasamal rayonunun digər zonalarla əhatə olunmayan hissəsi.
Zona 10.2.
Sərhədləri:
Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Lökbatan, Hövsan, Binə, Maştağa, Nardaran qəsəbələri.
Zona 10.3.
Sərhədləri:
Binəqədi rayonunun Binəqədi qəsəbəsinin cənub sərhədi üzrə şərqdən qərbə doğru keçən xəttin şimalında yerləşən və digər zonalarda göstərilməyən ərazisi.
Zona 10.4.
Sərhədləri:
Pirallahı rayonunun ərazisi.
Zona 11.
Sərhədləri:
Zığ, Sahil, Ramana, Zabrat qəsəbələri.
Zona 12.
Sərhədləri:
Qaradağ, Xəzər və Sabunçu
rayonlarının digər zonalarla əhatə olunmayan əraziləri.
Azərbaycan. - 2016.- 8 yanvar.- S.1.