Nüvə
silahına və sınağına - YOX!!! - deyirik
Allah tozanağı yoğurdu-yapdı,
Kainat qoynunda cənnət yaratdı,
Bizi də cənnətin qoynuna atdı.
Sonra nə eylədik, biz eylədik, biz!
Göz açdıq,
nə gördük, söz eylədik biz.
Zəmzəm suyumuzu buz eylədik
biz.
Yorduq torpaqları duz eylədik biz,
Bu xaos dünyada meydan sulasa,
Cənnəti yenidən toz eylərik biz!
Fikrət QOCA,
xalq şairi
Azərbaycan. - 2016.- 8 yanvar.- S.1.