Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edilib

 

Yanvarın 8-də Rus Pravoslav Kilsəsinin Bakı Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, qəbulda çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O, Milad bayramının Azərbaycanda yüksək səviyyədə keçirildiyini, bu bayramda hazırda müasir dünyamız üçün mühüm aktuallıq kəsb edən sülhə çağırışın olduğunu vurğulayıb.

Azərbaycanın multikulturalizm tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu bildirən arxiyepiskop deyib ki, multikulturalizm ölkəmizdə dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlamasını yüksək qiymətləndirən Aleksandr ölkəmizdə tolerantlığın yaşayış tərzi olduğunu vurğulayıb. O, Azərbaycanda müxtəlif millətlərə dinlərə mənsub insanların sülh şəraitində yaşadıqlarını bir daha diqqətə çatdırıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunu oxuyub.

Təbrik məktubunda qeyd edilir ki, bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər əmin-amanlıq, qarşılıqlı hörmət etimad şəraitində fəaliyyət göstərib, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar etnik icmalar ümumi Vətən sevgisi, Azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik həmrəylik nümayiş etdiriblər. Azərbaycan cəmiyyətində etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, multikulturalizmin dəstəklənməsi təşviq edilməsi dövlət siyasətinin başlıca məqsədlərindəndir.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təbrik məktubu oxunub.

Tədbirdə Dədə Qorqud Fondunun rəhbəri, “Azərbaycan dünyasıbeynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov bildirib ki, Dədə Qorqud Fondu Rus Pravoslav Kilsəsinin Bakı Azərbaycan Yeparxiyasının arxiyepiskopunuVətən övladıordeni ilə təltif edib. O, ordeni arxiyepiskop Aleksandra təqdim edib.

Daha sonra Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov mərkəzlə əməkdaşlıqda göstərdiyi fəallığa görə Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevə Fəxri fərman təqdim edib.

Sonda Moskvabütün Rusiya Patriarxının qərarı əsasında “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanova Rus Pravoslav Kilsəsinin birinci dərəcəli “Şöhrət” və “Şərəf” medalı təqdim olunub.

 

Azərbaycan. - 2016.- 9 yanvar.- S.3.