Köhnə ilin yeni ünvanları

 

Bakı

 

Prezident İlham Əliyev martın 18-də Bakı Olimpiya Stadionunun açılış mərasimində iştirak edib. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınıb. Təxminən 50 hektar ərazidə tikilən obyektin hündürlüyü 62 metrdir 6 mərtəbədən ibarətdir. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib.

Həmin gün dövlət başçısı İlham Əliyev Böyükşor gölünün ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə tanış olub. Prezident İlham Əliyevə məlumat verilib ki, ilk Avropa Oyunlarına aid tədbirlərin böyük əksəriyyəti Böyükşor gölünün şərq sahilində yerləşən Bakı Olimpiya Stadionu Kompleksində keçiriləcək. Burada çoxsaylı qonaqların, idmançıların turistlərin qəbul edilməsi gözlənilir. Bu baxımdan gölün ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası Böyükşor bulvarının yaradılması xüsusi əhəmiyyət kəsb edir.

* * *

Prezident İlham Əliyev martın 30-da “Bakı şəhərbulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub. Bu layihə dövlət başçısının tapşırığı ilə əvvəllər paytaxtınQara şəhərkimi tanındığı bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazidə həyata keçirilir.

2013-cü ilin mayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan yeni bulvar dünyanın ən iri müasir layihələrindən biri olacaq. Bakı şəhərlayihəsini tamamlamaqla paytaxtımızın siması daha da gözəlləşəcək.

Paytaxt sakinləri şəhərimizin qonaqlarının istirahət üçün şəhərbulvarında infrastruktur ən müasir tələblər səviyyəsində olacaq, müasir iaşə xidmət obyektləri yaradılacaq. Burada dənizkənarı piyada yolları çəkiləcək, xüsusi yaşıllıq zonaları yaradılacaq, sahilbərkitmə işləri həyata keçiriləcək.

* * *

Ölkə rəhbəri aprelin 16-da paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub. Bakı Metropoliteni” QSC-nin FransanınAlstomşirkəti ilə imzalanan memoranduma uyğun olaraq 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub. Artıq 2 qatar paytaxta gətirilib. Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, indi bu rəqəm 170 kilovat təşkil edir. Yeni nəsil vaqonların banı paslanmayan metaldandır bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonundahərəkətli sətirsistemi təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kamerası qoyulub.

* * *

Dövlət başçısı aprelin 20-də Bakı Su İdman Sarayının açılış mərasimində iştirak edib. Altı hektar ərazisi olan bu idman qurğusu yüksək keyfiyyətlə inşa edilib. Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən ümumi sahəsi 72 min kvadratmetr olan Su İdman Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.

Yarışların keçiriləcəyi əsas hovuzun uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metr olan hovuz su idmanının müxtəlif növləri üzrə yerli beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub.

* * *

Prezident İlham Əliyev aprelin 20-də Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bakı İdman Sarayı əsas idman zalı texniki binadan ibarətdir. Burada ümumilikdə 32 min kvadratmetr sahədə əsaslı təmir işləri aparılıb. Üçmərtəbəli binada təmir işləri ən yüksək səviyyədə, beynəlxalq tələblər nəzərə alınaraq görülüb.

Təmirdən əvvəl tamaşaçı oturacaqlarının sayı 1100 idisə, indi bu rəqəm 1736-ya çatdırılıb. Tamaşaçı oturacağı yerlərin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tamaşaçı tribunası inşa edilib. Binada həmçinin həkimlər, mətbuat nümayəndələri VİP qonaqlar üçün xüsusi otaqlar yaradılıb. Baqminton stolüstü tennis yarışlarının keçirildiyi yerlərlə bağlı beynəlxalq federasiyaların tələbləri nəzərə alınaraq burada xüsusi ağıllı idarəetmə sistemi, hava axınını horizontal istiqamətdə bərabər şəkildə paylanan havalandırma sistemi qurulub.

* * *

Ölkə rəhbəri aprelin 22-də Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Əsaslı təmir işləri aparılarkən kompleksin mötəbər yarışların təşkilinə, o cümlədən I Avropa Oyunları zamanı beynəlxalq idman federasiyalarının tələblərinə cavab verməsi funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb. İdman Sarayının məşq zalı ən müasir səviyyədə qurulub. Burada həmçinin püşkatma, dopinq yoxlama, tibb, həkimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları kafe, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx digər köməkçi otaqlar var. Kompleksdə 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe, 40 nəfərlik konfrans otağı, könüllülər üçün 350 nəfərlik zal kafe yaradılıb.

* * *

Prezident İlham Əliyev aprelin 29-da Bakı Konqres Mərkəzinin açılış mərasimində iştirak edib. Mərkəzin ümumi sahəsi 6,2 hektar, tikinti sahəsi isə 46,6 min kvadratmetrdir. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Bina bütün zəruri infrastrukturla təmin olunub. Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq monitor quraşdırılıb, 17 konfrans zalı yaradılıb. Onların ümumi tutumu 2500 nəfərdən çoxdur. Konfrans zallarının tamaşaçı tutumunu təşkilatçıların istəyinə uyğun olaraq 50 nəfərdən 250 nəfərədək dəyişmək mümkündür.

 

Astara

 

Prezident İlham Əliyev aprelin 11-də Astara Lənkəran rayonlarına səfər edib. Dövlət başçısı Astarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonraAstaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub.

Çay fabriki Koreya Respublikası şirkətinin layihəsi əsasında inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq mümkündür. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq.

* * *

Dövlət başçısı Astaranın dənizkənarı park-bulvar kompleksinin yenidən qurulması ilə də tanış olub. Şəhərin mərkəzində yerləşən bu mədəniyyət və istirahət kompleksində yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub. Park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Burada fəvvarə kompleksi, su şəlalələri, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilib. İstirahət mərkəzində həmçinin uşaq əyləncə attraksionları quraşdırılıb.

* * *

Prezident həmçinin səfər zamanı Deqədi-Pərikəş avtomobil yolunun açılış tədbirində də iştirak edib. Bu yolun inşasına 4,7 milyon manat vəsait yönəldilib. Uzunluğu 21 kilometr olan bu yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir.

 

Lənkəran

 

Prezident İlham Əliyev aprelin 11-də Lənkərana səfər edərək ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı yenidən qurulması ilə tanış olub. Xan evi kimi tanınan bu nadir bina Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilmişdir. Bina fransız memarları tərəfindən layihələndirilib və tikinti işləri onların rəhbərliyi ilə aparılıb. Xan evinin tikintisində Şərq və Qərb memarlıq üslubundan istifadə edilib, kərpic və daş materiallarına üstünlük verilib. Bu tarixi abidənin bərpası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən yüksək səviyyədə həyata keçirilib.

* * *

Dövlət başçısı həmin gün Lənkəran Mədəniyyət Mərkəzində yaradılan şəraitlə də tanış olub. Üçmərtəbəli bina ən yüksək səviyyədə, müasir üslubda təmir edilib. 550 yerlik akt zalında Lənkəranın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin respublikarayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hərtərəfli şərait var. Mədəniyyət mərkəzinin zəngin kitab fondu, oxu zalı və 50 yerlik konfrans zalı var. Buradakı rəqs zalı, ingilis dili, kompüter kursu və digər dərnəklər gənclərin asudə vaxtını səmərəli keçirmələri üçün mühüm əhəmiyyət kəsb edir.

* * *

Prezident Lənkəranda yeniGilan aqro-sitrus” təsərrüfatının fəaliyyəti ilə də tanış olub. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə “Gilan aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən 20 min ədəd “Hallabonqsitrus meyvəsinin ağacları əkilib. Yeni salınmış sitrus təsərrüfatında 140 nəfərin daimi işləməsi nəzərdə tutulub.

* * *

Dövlət başçısı Lənkəranda yeni körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib. Ərazisi 0,7 hektar olan bağça 3 binadan ibarətdir. Burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 110 uşaq 11 qrupda təlim-tərbiyə alacaq. Qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülür. Binada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bağçada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır.

* * *

Prezident səfər zamanı Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun açılışında iştirak edib. Yolun inşası zamanı ən müasir texnoloji üsullardan istifadə edilib, işin keyfiyyətlə və qısa müddətdə göstərilməsinə xüsusi diqqət yetirilib. 10 min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun ümumi uzunluğu 18,8 kilometr, eni 6 metrdir. Üçüncü texniki dərəcəli yolun yenidən qurulması zamanı ətrafındakı bataqlıq qurudulub, əraziyə torpaq tökülərək 1000-dən çox həmişəyaşıl küknar əkilib.

 

Azərbaycan. - 2016.- 10 yanvar.- S.2.