2016-cı ilin Azərbaycan Respublikasında
“Multikulturalizm ili” elan edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Tarixi İpək
yolunda yerləşən
Azərbaycan müxtəlif
sivilizasiyaların qovuşduğu
məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik
mühitinin formalaşdığı,
ayrı-ayrı millətlərin
və konfessiyaların
nümayəndələrinin sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma
və dialoq şəraitində yaşadığı
diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
yaradılması müasir
dövrdə respublikamızda
gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.
Birləşmiş Millətlər Təşkilatının
Sivilizasiyalar Alyansının
7-ci Qlobal Forumunun
2016-cı ildə Bakı
şəhərində keçirilməsi
barədə qərar
qəbul edilməsi dünya ölkələrinin
Azərbaycandakı multikultural
mühitə olan münasibətinin real ifadəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycanda multikulturalizm
ənənələrinin qorunub
saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qərara alıram:
1.
2016-cı il Azərbaycan Respublikasında
“Multikulturalizm ili” elan edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Respublikasının
Təhsil Nazirliyi, Azərbaycan Respublikasının
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini
nəzərə alaraq,
2016-cı ilin Azərbaycan
Respublikasında “Multikulturalizm
ili” elan edilməsinə dair tədbirlər planını
bir ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 yanvar 2016-cı il.
Azərbaycan. - 2016.- 12 yanvar.- S.6.