“Huffington Post”: “Bakı
– dialoqun və sülhün unikal vəhdətidir”
Amerikanın “Huffington Post” xəbər portalında incəsənət
və ictimai fəaliyyət sahəsində
tanınmış şəxslərdən
olan Annett Blümün
“Bakı – dialoqun və sülhün unikal vəhdətidir” sərlövhəli məqaləsi
dərc edilib " (http://www.huffingtonpost.com/annette-blum/baku-a-unique-geopolitica_b_8936520.html).
Materialda
insanlar arasında ən nüfuzlu əlaqə vasitəsi və insanların qarşılıqlı fəaliyyətinin
ən yaxşı modellərindən biri olan mədəniyyətlərarası
dialoqun əhəmiyyətindən
bəhs edilir.
A.Blüm
2015-ci ildə Bakıda
keçirilmiş Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından söhbət
açaraq yazır ki, onun Bakıya
səfər etmək və Azərbaycanla daha yaxından tanış olmaq qərarı üç səbəblə bağlı
idi. Müəllif qeyd edir ki, əvvələn,
1918-ci ildə müstəqilliyini
elan etmiş Azərbaycanın bütün
müsəlman aləmində
ilk dünyəvi və
demokratik dövlət
olması faktı onun üçün maraqlı idi. İkincisi, həmin dövrdə regionda mühafizəkar və radikal ideologiyanın üstünlük
təşkil etməsinə
baxmayaraq Azərbaycan
1919-cu ildə qadınlara
seçki hüququ verib. Azərbaycan hökumətinin belə bir addımı Birləşmiş Ştatlarda
qadınlara seçki
hüququ verilməsindən
bir il
əvvəl atması
Azərbaycan cəmiyyətində
və ölkənin hakimiyyət orqanlarında
qadınların mühüm
rolunun göstəricisi
idi. Nəhayət, bu səfərin
üçüncü səbəbi
müəllifin Azərbaycan
ilə İsrail arasında çoxdan bəri yaranmış dostluq münasibətlərinə
marağından irəli
gəlirdi. Hər iki
dövlət dinlərin
və mədəniyyətlərin
müxtəlifliyi kimi
dəyərlərə sadiqdir.
A.Blüm yazır ki,
Azərbaycanda səfərdə
olarkən Simon Vizental
Mərkəzinin nümayəndəsi
ravvin Kuper ilə birlikdə sinaqoqa gedib, orada Azərbaycan Yəhudi İcmasından olan dostları ilə görüşüb.
Müəllif enerji sahəsində
İsrail ilə əməkdaşlıqda Azərbaycanın
mühüm rolunu, Azərbaycana texnologiyalar və xidmətlər sahəsində sərmayə
qoyulmasında İsrailin
rolunu da vurğulayır.
A.Blüm xalqlar arasında dialoqun və qarşılıqlı anlaşmanın
əhəmiyyətindən söhbət açaraq yazır ki, nadir geosiyasi mövqedə yerləşən Azərbaycan
bu regionda mövcud olan ekstremizmdən qoruna bilib. Müəllif qeyd edir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda münaqişənin
davam etməsinə baxmayaraq, respublikanın münaqişə zonasından
kənarda yerləşən
şəhərlərində 30 mindən çox erməni dinc yaşayır.
Müəllifin fikrincə, bütün bu amillər nəzərə alınmaqla
Azərbaycan Respublikası
həmin forumun keçirilməsi üçün
ən münasib yerdir. Forumda bu ölkənin
həm dövlətdaxili,
həm də beynəlxalq səviyyələrdə
mədəniyyətlərarası harmoniyaya sadiqliyi aşkar görünürdü.
A.Blüm vurğulayır ki, Azərbaycan cəmiyyətin
bütün təbəqələrində
tolerantlığa sadiq
olduğunu artıq sübut edib. Məsələn, Azərbaycan Ali Məhkəməsində
və ölkə parlamentində müsəlmanlarla
yanaşı yəhudilər
və xristianlar da işləyir. A.Blüm sonda qeyd edir
ki, Azərbaycanda dini və mədəni
mənsubiyyətindən asılı
olmayaraq bütün insanlar azad yaşayır
və uğur qazanmaq üçün bərabər imkanlara malikdirlər.
Xatırladaq ki, Annett Blüm senator Dayenn Faynstaynın və amerikalı milyarder, “Blum Capital” investisiya
şirkətinin prezidenti
Riçard Blümün
qızıdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan. - 2016.- 12 yanvar.- S.6.