2016-cı ilMultikulturalizm ili”dir

 

Azərbaycanda müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təqdir olunur

 

Qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurətini müasir dövrün aktual məsələlərindən birinə çevirmişdir. Bu meyillər bəzən sivil bəşər cəmiyyətinin minilliklər boyu mənimsədiyi fenomen dəyərə qarşı yönəlir. Söhbət milli-mənəvi, mədəni dəyərlərinyad təsirlərdən qorunmasıadı altında tolerantlıq prinsipinə qarşı yönəlmiş təhlükədən gedir.

Hər bir xalqı milli-mənəvi dini dəyərlər qədər birləşdirən ikinci qüvvə yoxdur. Azərbaycan xalqı sivil, demokratik dünyəvi dövlət prinsiplərinə sadiq qaldığını bəyan etsə , respublikamızda dinə dövlət qayğısı bu gün qabarıq hiss olunur. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm islam dinidir. Son illərdə dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Xalqın tarixi yaddaşının, dini milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə potensialın səfərbər olunması cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.

Azərbaycanda aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Hələ şəhər-dövlətlərin yarandığı ilkin dövrlərdən bu coğrafi məkanda müxtəlif etnoslar birgə yaşamış, uzun sürən mənasız qarşıdurma müharibələrdən, toqquşmalardan sonra dinc qarşılıqlı anlaşma şəraitində yaşamağın zəruriliyini dərk etmişlər. Eyni zamanda, Azərbaycan tarixən müxtəlif dövlətlərin işğalına, hücumlarına məruz qalmış, bu dağıdıcı proseslər nəticəsində fərqli mədəniyyətlərin təsiri istər-istəməz ictimai şüurda müəyyən izlər buraxmışdır. Yəni bu ərazidə yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş, yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir. Tədricən müxtəlif dinə, məzhəbə, dilə, mədəniyyətə malik insanların ümumi vətəninə çevrilən Azərbaycanda tolerantlıq düşüncəsi getdikcə inkişaf etmişdir.

Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Əhalisinin tərkibi etnik, dini məzhəb baxımdan zəngin olan Azərbaycanda indiyədək dini milli zəmində heç bir qarşıdurma baş verməmişdir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Prezident İlham Əliyev ölkədə insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamlaAzərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının müdafiəsi demokratikləşmə spontan şəkildə həyata keçirilə bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Milli Fəaliyyət Proqramınınİnsan hüquqları sahəsində tədris, elmi-analitik maarifləndirmə tədbirləri”ndən bəhs edən dördüncü fəslin 4.11-ci maddəsində insan hüquq azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır.

Ölkə başçısı milli mədəniyyətin dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti müasir dövrün reallıqları ilə şərtləndirir. Prezident İlham Əliyev bildirib: “Azərbaycan sivilizasiyaların dialoq işinə töhfə verməyə çalışır. Ölkəmiz müxtəlif dinlərin nümayəndələri arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edən çoxsaylı tədbirlər keçirir. Azərbaycan çoxmillətli çoxkonfessiyalı ölkədir, bütün millətlərin dinlərin nümayəndələri ölkəmizdə sülh, anlaşma şəraitində yaşayırlar”.

Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondu da yaxından iştirak edir. Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun ISESCO-nun dəstəyi ilə keçirilənMədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsimövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Bakıda ildə bir dəfə Beynəlxalq Humanitar Forumun keçirilməsi mühüm əhəmiyyətli məsələ kimi qeyd olunmalıdır. Forumda dünya birliyinin siyasi, elm mədəniyyət xadimləri, o cümlədən Nobel mükafatları lauretları, nüfuzlu beynəlxalq təşkilarların rəhbərləri dövlət xadimləri iştirak edirlər. Bakı Beynəlxalq Humanitar Forumunun məqsədi dünya birliyi üçün maraq kəsb edən məsələlərlə bağlı dialoq müzakirələrin təşkilidir. Ötən müddətdə keçirilən beynəlxalq humanitar forumlarda aktual humanitar əməkdaşlıq məsələləri müzakirə edilib. Mədəniyyətlər, sivilizasiyalar konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanda bu formatda tədbirlərin keçirilməsi çox mühüm hadisə kimi qeyd oluna bilər.

Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Bu müsbət meyillər hazırda da davam edir. Ölkəmizdə heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma baş verməyib. Multikulturalizmlə bağlı meyillərin gücləndirilməsi üçün ölkəmizdə bütün zəruri tədbirlər həyata keçirilir. Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təqdir olunmaqdadır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan. - 2016.- 12 yanvar.- S.7.