BDU-da beynəlxalq elmi konfrans keçirilib
Bu ali təhsil
ocağının yaradılmasının
100 illik yubileyinə hazırlıq tədbirinə
180-dən artıq əcnəbi
və yerli alim qatılıb
Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunda “Fizikanın
Müasir Problemləri”
silsiləsindən IX elmi
konfrans keçirilib. ABŞ, Rusiya,
Yaponiya, İsveçrə,
Almaniya, Polşa,
Balkan ölkələri, Türkiyə,
Pakistan və Gürcüstanın
aparıcı universitet
və institutlarının
mütəxəssislərinin də iştirak etdiyi tədbirə 180-dən
çox alim qatılıb.
Təşkilat komitəsinin sədri,
BDU-nun rektoru Abel Məhərrəmov
tədbir iştirakçılarına
Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun
tarixi, həmçinin
10 il ərzində
qazanılan nailiyyətlər
barədə məlumat
verib. O bildirib ki, Fizika Problemləri
İnstitutunun və
BDU-nun Fizika fakültəsinin
əməkdaşlarının bir sıra xarici
ölkə alimləri
ilə birgə bu konfransda müzakirə
etdikləri problemlər
olduqca aktualdır.
Rusiyanın Kurçatov İnstitutu
Tədqiqat Mərkəzinin
Yüksək Enerjilər
Fizikası İnstitutunun
Nəzəri Fizika divizionunun direktoru, professor
V.A.Petrov, Almaniyanın
Maks Plank İnstitutunun
direktoru, professor Georgiy
Dvali tərəfindən
konfransın ünvanına
təbrik məktublarının
daxil olması tədbirin mühüm əhəmiyyət daşıdığını
bir daha təsdiqləyir.
Konfransın əsas təşkilatçılarından
olan professor Rauf Cəfərov çıxışında
bildirib ki, BDU-da keçirilən beynəlxalq konfransın iclasları həm ənənəvi auditoriya
şəraitində, həm
də onlayn rejimdə təşkil edilmişdi: “...İnstitutda,
tərkibində 30-dan artıq
fəlsəfə və
elmlər doktoru olmaqla, 58 əməkdaş
çalışır ki,
onların da əksəriyyəti BDU-nun tədris
prosesində fəal iştirak edirlər. BDU-nun rəhbərliyinin təşəbbüsü ilə
keçirilən tədbirlər
və elmi innovasiyalar nəticəsində
son illər institutun əməkdaşları 2 minə
qədər beynəlxalq
və respublika səviyyəli jurnallarda elmi məqalə (o cümlədən, Tomson-Reyters
Agentliyi tərəfindən
indekslənən jurnallarda
130-dan artıq məqalə)
çap etdirib.
Bu tip konfranslarda mindən
yuxarı (o cümlədən,
beynəlxalq səviyyəli
konfranslarda 500-dən çox)
məruzə dinlənilib.
Qısa müddət ərzində
5 fəlsəfə, 5 elmlər
doktoru dissertasiyaları
müdafiə olunub.
Ümumi
dəyəri 1 milyon manatdan artıq beynəlxalq və respublika səviyyəli, o
cümlədən universitetdaxili
25-dən çox qrant
layihədən gəlir
əldə edilib.
İnstitutun əməkdaşları
BDU-da və digər ali
təhsil müəssisələrinin
pedaqoji işində fəallıq göstərməklə
yanaşı, dünyanın
bütün qabaqcıl
ölkələrinin elmi
mərkəzləri ilə
əlaqələrini genişləndiriblər”.
BDU-nun 100 illik yubileyinə
start tədbirləri silsiləsindən
olan IX beynəlxalq konfrans bir də
ona görə əlamətdardır ki, burada tələbələrlə
elm xadimləri birgə
həm təşkilatçı
olublar, həm də iştirakçı. BDU-nun tələbə
həmkarlar ittifaqının
təşkiatçılığı, “Bakı Dövlət Universiteti üçün
oxu” adlı yaradıcı hərəkat
çərçivəsində Cabir Novruzun “Tələbəlik illəri”
şeirinə bəstələnmiş
mahnının müşayiəti
ilə başlayan aksiyasının estafeti gənc fiziklərə verilib. Onlar üçün fəxrdir ki, Fizika Problemləri İnstitutunun 10 illik yubileyinə həsr olunmuş “Fizikada Müasir Düşüncələr”
Beynəlxalq Konfransının
işində iştirak
ediblər.
Konfransda nano-texnoloji tədqiqatlar da daxil olmaqla
materiyanın fundamentini
təşkil edən elementar zərrəciklərin
kütlə spektrindən
tutmuş, böyük
partlayış nəzəriyyəsindən
irəli gələn kvark-glüon plazması, Kainatda materiyanın generasiyası, gizli kütlə, kosmoloji problemlər, inflyasiya, kosmologiya və yüksək enerjilər fizikasının bir sıra məsələləri
və digər mövzular müzakirəyə
çıxarılıb. Müasir dövrün
tələblərinə və
milli mənafelərə
uyğun olaraq Abşeronun və digər bölgələrin
radioekoloji monitorinqi də işıqlandırılaraq
ekoloji problemlərə
toxunulub.
Konfransda
Rusiya, Türkiyə,
ABŞ, Yaponiya, Almaniya,
İsveçrə, Pakistan, Monteneqro, Makedoniya və Polşanın aparıcı elmi müəssisələri mütəxəssislərindən
20-dək məqalə daxil
olub. İnstitutun veb saytında
konfrans haqqında Azərbaycan, rus və ingilis dillərində materiallar yerləşdirilib. Bundan başqa
tədbirdə xarici ölkələrin mütəxəssislərinin
də onlayn iştirakı üçün
lazımi şərait
yaradılıb.
Yaponiyanın Hirasimo Universitetinin
qrup rəhbəri,
professor Tomohiro İnaqaki, Londonun
Şahzadə Meri Universitetinin gənc tədqiqatçısı Osman
Ersoy, Pakistanın İslamabaddakı COMSAT Texnologiya
İnstitutunun aparıcı
mütəxəssisi, professor Mayis Süleymanov, Gürcüstandan professor Pavle
Asatiani, Rusiyanın Dubna şəhərindəki
BNTİ-nin elmi işçisi, doktor Nazim Hüseynov, professor
Marina Frontasyeva, Türkiyənin
Ankara Universitetindən professor doktor İman Əsgərzadə, AMEA-nın
müxbir üzvü,
professor Vəli Hüseynov,
BDU-nun Fizika Problemləri
İnstitutunun baş elmi işçisi,
professor Rauf Cəfərov
və digərləri
tədbirdə onlayn rejimdə elmi tədqiqatlarını müzakirə
ediblər.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan. - 2016.- 12 yanvar.- S. 7.