“Baku Corner” yeni kolleksiyasınıtəqdim edib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təsis olunan “Baku Corner” öz alıcılarına yeni kolleksiyasını təqdim edib.

IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə ilk dəfə xeyriyyə məqsədi ilə fəaliyyət göstərən ədalətli ticarət konsepsiyası - “Baku Corner”in yeni kolleksiyası Leyla Əliyevaya məxsus rəsm əsərlərinin əks olunduğu telefon üzlüklərindən ibarətdir. Məhz insan rifahının yaxşılaşdırılması işini dəstəkləmək üçün Leyla Əliyeva öz incəsənət əsərlərini bu layihəyə bəxş edir.

2015-ci il noyabrın 13-dən etibarən ictimaiyyətin istifadəsinə təqdim edilən “Baku Corner”in əsas məqsədi yerli xarici sənətkarlar tərəfindən hazırlanan əl işlərinin satışı üçün platforma yaratmaq onları geniş ictimaiyyətə çatdırmaqdır. Uşaq evləri internat məktəblərinin sakinləri olan azyaşlıların çəkdiyi gözəl rəsm əsərləri “Baku Corner” tərəfindən geniş ictimaiyyətə təqdim olunur. Bu da onların istedad bacarıqlarının aşkar olunması qiymətləndirilməsində xüsusi rola malikdir.

Baku Cornerin yüksək keyfiyyətə, təkrarolunmaz görünüşə malik olandaim alıcıların zövqünü oxşayan məhsulları ilə onun feysbuk, instaqram və rəsmi internet səhifəsindən (www.bakucorner.az, www.facebook.com/bakucorner, www.instagram.com/bakucorner) tanış ola bilərsiniz.

 

Azərbaycan. - - 2016.- 12 yanvar.- S.8