Prezident İlham
Əliyev Əlcəzairin Azərbaycanda yeni
təyin olunmuş səfirinin etimadnaməsini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də
Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Lahssan Boufaresin etimadnaməsini qəbul edib.
Səfir Lahssan Boufares fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Lahssan Boufares etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin yaxşı
səviyyədə olduğunu
vurğuladı. Dövlətimizin
başçısı bu
əlaqələrin müxtəlif
istiqamətlərdə, o cümlədən
siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün
yaxşı imkanların
olduğunu dedi. Azərbaycan Prezidenti qarşılıqlı
səfərlərin və
biznes nümayəndələrinin
birgə əməkdaşlığının
ikitərəfli əlaqələrin
inkişafında mühüm
rol oynayacağını
qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq
təşkilatlarda, o cümlədən
BMT çərçivəsində əməkdaşlığının önəmini vurğuladı.
Hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatında
uğurla əməkdaşlıq
etdiyini bildirən Prezident İlham Əliyev Azərbaycanın
islam həmrəyliyinin
gücləndirilməsi və
əməkdaşlığın daha da dərinləşdirilməsi
istiqamətində səylər
göstərdiyini dedi.
Dövlətimizin başçısı, həmçinin ölkələrimizin
təhlükəsizlik və
terrorizmə qarşı
mübarizə sahələrində
də əməkdaşlığının
önəmini qeyd etdi. Prezident İlham Əliyev
səfirin Azərbaycandakı
diplomatik fəaliyyəti
dövründə ölkələrimiz
arasında ikitərəfli
əlaqələrin uğurla
inkişaf edəcəyinə
əminliyini bildirdi.
Səfir Lahssan Boufares Əlcəzair Xalq Demokratik Respublikasının
Prezidenti Əbdüləziz
Buteflikanın salamlarını
və ölkələrimiz
arasında əlaqələrin
inkişaf etdirilməsi
ilə bağlı arzularını dövlətimizin
başçısına çatdırdı. O, Əlcəzairdə
səfirliyin açılması
ilə bağlı Azərbaycanın qəbul
etdiyi qərarın ölkəsi tərəfindən
yüksək qiymətləndirildiyini
dedi. Azərbaycan ilə Əlcəzair
arasında əməkdaşlığın
səviyyəsinin razılıq
doğurduğunu deyən
səfir bu əməkdaşlığın daha da genişləndirilməsi
istiqamətində səylərini
əsirgəməyəcəyini bildirdi.
Dövlətimizin başçısı Əlcəzair
Xalq Demokratik Respublikasının Prezidenti
Əbdüləziz Buteflikanın
salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını Əlcəzair dövlətinin
başçısına çatdırmağı
xahiş etdi.
AZƏRTAC
Azərbaycan. - 2016.- 13 yanvar.- S.1.