N.A.Qurbanovanın
Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında
fövqəladə və səlahiyyətli səfiri təyin
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar 2016-cı il
Azərbaycan. - 2016.- 13 yanvar.- S.1.