Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 2 Bakı şəhəri,
12 yanvar 2016-cı il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda
dəyişikliklər edilməsi
haqqında
“Azərbaycan Müəllimlər
İnstitutunun Azərbaycan
Dövlət Pedaqoji Universitetinə qoşulması
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 26 noyabr tarixli 1582 nömrəli Sərəncamının 3.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 7, maddə 745, ¹ 10, maddə
969, ¹ 12, maddələr 1241, 1245; 2012, ¹ 3, maddə 257, ¹ 4, maddə
399, ¹ 6, maddələr 633, 634, ¹ 12, maddə 1346; 2013, ¹ 6, maddə
775, ¹ 9, maddə 1130; 2014, ¹ 1, maddə 72, ¹ 2, maddə
214, ¹ 6, maddə 751, ¹ 7, maddə
907, ¹ 9, maddə 1120; 2015, ¹ 3, maddə 336, ¹ 6, maddə
807, ¹ 8, maddə 966, ¹ 10, maddələr
1226, 1229; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 2 dekabr tarixli 372 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın
“Ali təhsil müəssisələri”
bölməsində aşağıdakı
dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda
7-1 - 7-7-ci hissələr əlavə
edilsin:
7-1.Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Şəki filialı
7-2.Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı
7-3.Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Ağcabədi
filialı
7-4.Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Qazax filialı
7-5.Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı
7-6.Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Quba filialı
7-7.Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı
2.
22-33-cü hissələr ləğv
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2016.- 13 yanvar.- S.1.