Azərbaycanın
və Birləşmiş Krallığın Müdafiə
nazirlikləri arasında hərbi əməkdaşlıq
planı imzalanıb
Londonda
Azərbaycan ilə Böyük Britaniya Müdafiə nazirlikləri
arasında qərargah danışıqları keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, danışıqlar zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri müzakirə olunub. Yekunda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2016-2017-ci maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı” imzalanıb.
İllik əməkdaşlıq Planı əsasən, təlim-təhsil
sahəsindəki ikitərəfli fəaliyyətləri, o cümlədən dil
hazırlığı, zabitlərin təkmilləşdirmə
kursları və sülhməramlı əməliyyatlara
hazırlıq üzrə treninqlər daxil
olmaqla Azərbaycanda və Böyük
Britaniyada təşkil olunacaq
17 müxtəlif tədbirin icrasını nəzərdə
tutur.
Azərbaycan. - 2016.- 13 yanvar.- S.4.