Azərbaycan Prezidenti İlham Əliyev
ABŞ-ın Milli Təhlükəsizlik
Şurasının Avropa üzrə baş direktorunu qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının
Avropa üzrə baş direktoru Çarlz Kapçanı qəbul
edib.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından danışıldı, ölkələrimiz arasında bir çox sahələrdə tərəfdaşlıq münasibətlərinin qurulmasından məmnunluq ifadə olundu. Zəngin tarixə malik olan enerji sahəsində əməkdaşlığın ABŞ-ın dəstəyi ilə daha da genişləndirilməsinin önəmi qeyd edildi. Beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinin əhəmiyyəti vurğulandı, ölkəmizdə gedən demokratik proseslər və bunun perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Söhbət zamanı, həmçinin regional vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edildi.
İkitərəfli münasibətlərin
hazırkı vəziyyətinin təhlil olunduğu
görüşdə əməkdaşlığımızın
bundan sonra daha da möhkəmləndirilməsinin
vacibliyi bildirildi.
AZƏRTAC
Azərbaycan. - 2016.- 14 yanvar.- S.1.