“Gömrük
sahəsində nəzarətin həyata keçirilməsi ilə
əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 22 oktyabr tarixli 656 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1128) 1-ci hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 dekabr 2015-ci il
Azərbaycan. - 2016.- 14 yanvar.-S. 1.