Azərbaycan ümumdünya iqtisadi böhranının fəsadlarını minimuma endirmək üçün mühüm işlər görür

 

Bu, ölkəmizə qlobal böhrandan çıxmağa imkan verəcək

 

Dünya müstəvisində cərəyan edən siyasiiqtisadi proseslər ağır nəticələr verir, qlobal fəlakətlərə səbəb olur, bir sıra ölkələri tənəzzülün uçurumlarına yuvarlayaraq iqtisadiyyatlarını iflic vəziyyətinə salır. Hazırkı qlobal iqtisadi sarsıntılar isə bazar qanunlarından yox, beyin mərkəzlərinin və supergüclərin ambisiyalarından bəhrələnir və əsasən neft istehsal edən ölkələrin, o cümlədən Azərbaycanın maliyyə-iqtisadi sisteminə mənfi təsir edir. Enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi bu təsiri daha da gücləndirir. Qiymətlər isə maliyyə bazarının refleksiv nəzəriyyəsi əsasında Qərb KİV-nin güclü informasiya dəstəyi ilə aşağı endirilir.

Ötən əsrin sonundan başlayaraq dünyanın aparıcı dövlətləri arasında amansız informasiya müharibəsi gedir. Lakin savaşın adı informasiya ilə bağlı olsa da, nəticələri məğlublar üçün müharibədəki kimi ağır, qaliblər üçün isə təntənəli və gəlirli olur. Bu savaşın “generalları” dünyada demokratiyanın və sivil dəyərlərin qoruyucusu, müdafiəçisi kimi çıxış etsələr də, mahiyyət etibarı ilə maliyyə müstəvisində döyüşən hiyləgər nəzəriyyəçilər və amansız praktiklər, bütün zamanların və bütün xalqların “maliyyə terminatorları” kimi çıxış edirlər. Maliyyə bazarlarının refleksiv nəzəriyyəsinə görə, məhsulların və xidmətlərin təklif edildiyi maliyyə bazarı canlı orqanizm kimi qəbul olunur. Bütün əməliyyatların arxasında gəlirlərinə bağlı və itkilərinə həddən artıq həssas olan canlı insanlar durduğu üçün onlar informasiya vasitəsi ilə şoka salınır. Beləliklə, refleksiv nəzəriyyənin düşünülmüş tətbiqi sayəsində neftin qiyməti ucuzlaşdırılır, ölkələrin milli valyutaları zəiflədilir.

Lakin ölkəmiz uzun illər ərzində özünü bu təzyiqlərdən qoruyaözünü təhlükəli risklərdən vaxtında sığortalaya bilmişdir. Ümumdünya iqtisadi böhranının başlandığı 2008-ci ildən hazırkı dövrəcən Azərbaycan düşünülmüş siyasət həyata keçirmiş, zəruri vasitələrdən və təsir mexanizmlərindən istifadə edərək iqtisadi böhranın milli iqtisadiyyata mənfi təsirini minimallaşdırmağa müvəffəq olmuşdur.

Lakin son dövrlər neftin qiymətinin kəskin aşağı düşməsi ölkəmizə valyuta axınını xeyli dərəcədə azaltmaqla yanaşı, həm də əvvəlki vasitələrlə özünün maliyyə-iqtisadi sistemini qorumaq imkanlarını xeyli dərəcədə məhdudlaşdırmışdır. Nəticədə manatın devalvasiyası qaçılmaz prosesə çevrilmişdir. Buna baxmayaraq, Azərbaycan hökuməti siyasi, iqtisadisosial sahədə sabitliyi qoruyub saxlamağa, ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirini azaltmağa çalışır. Hətta bütün sosial layihələrin tam şəkildə icra edilməsinə, əhalinin rifah halının aşağı düşməməsinə, bunun üçün yeni müəssisələrin, yerlərinin açılması, sahibkarlığın inkişafının stimullaşdırılması və digər tədbirlərin davam etdirilməsinə qərar vermişdir.

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev nitqində dünyada və ölkədə baş verən bu proseslərə belə şərh vermişdir: “2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Bu da mümkün deyildi. Çünki qeyd etdiyim kimi, neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Eyni zamanda, bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramışdır. Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır”.

Azərbaycan Prezidenti islahatların aparılmasında israrlı olduğunu bir daha göstərdi, mərkəzi icra orqanlarını, bu sahəyə cavabdehlik daşıyan qurumlaryerli icra orqanlarını da islahatların aparılmasında fəallığa çağırdı. Bütün qurumlar daha da səmərəli işləməli, təşəbbüs göstərməli, mərkəzdən göstəriş gözləməməlidirlər. Dövlət başçısı dotasiya ilə yaşayan rayonlara münasibətini bildirdi, hər bir rayonun iqtisadi cəhətdən daha səmərəli işləməyinin günün tələbi olduğunu elan etdi. Dövlət başçısı proqram xarakterli nitqində ölkə iqtisadiyyatının inkişaf dinamikasının qorunub saxlanması və dünyada gedən proseslərin Azərbaycana mənfi təsirinin qarşısının alınması üçün zəruri vəzifələri müəyyənləşdirdi. Bu vəzifələri sahələr üzrə belə qruplaşdırmaq mümkündür.

 

İqtisadi sahədə

 

Ölkədə sənaye istehsalının gücləndirilməsi, texnoparkların, sənaye klasterlərinin, bütün regionlarda sənaye zonalarının yaradılması artıq zərurətə çevrilmişdir.

Azərbaycan investorlar üçün cəlbedici ölkə kimi yüksək imicini bu günqoruyub saxlayır. Xarici investorlar əsasən neft sektoruna üstünlük versələr də, ölkə üçün indi iqtisadiyyatın qeyri-neft sektoruna daha böyük həcmdə investisiyaların cəlb edilməsi, bunun hesabına əlavə müəssisələrin və yerlərinin yaradılması, ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın aradan qaldırılması xüsusi əhəmiyyət kəsb edir.

Son illərdə aqrar sektorda reallaşdırılan nəhəng tutumlu investisiya layihələri, həyata keçirilən geniş-miqyaslı islahatlar daha yeni məqsədlərə köklənməyə imkan verir. İqtisadiyyatın ixrac qabiliyyətinin artırılması, keyfiyyətli kənd təsərrüfatı məhsullarının ixracı sahəsində ənənəvi bazarlarda mövqeyin gücləndirilməsi, yeni bazarların müəyyənləşdirilməsi azalan neft gəlirlərinin bir qismini bərpa etməyə imkan verəcək. Yeni bazarların axtarışı, Qazaxıstanda tikintisi başa çatmaq üzrə olan loqistik mərkəzin bu yaxınlarda istifadəyə verilməsi ölkənin kənd təsərrüfatı məhsullarının xaricə çıxışını asanlaşdıracaq.

Biznes mühitinin yaxşılaşdırılması, bu sahədə bürokratik əngəllərin aradan qaldırılması bütünlükdə sahibkarlığın inkişafına yeni təkan rolunu oynamalıdır. Bununla yanaşı, sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdiriləcək, adamlarına güzəştli kreditlərin verilməsi diqqət mərkəzində olacaq.

İqtisadi sahədə yerli sahibkarların Azərbaycan iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatı, sənaye və xidmət sektoruna daha çox investisiya yatırmasının stimullaşdırılması, əlavə istehsal sahələrinin yaradılması diqqət mərkəzində saxlanılacaq. Vergi bazasının genişləndirilməsi, qeyri-formal iqtisadi fəaliyyətin leqal müstəviyə gətirilməsi istiqamətində ciddi tədbirlər görüləcək. Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaflaşdırılması, nağdsız ödəmələrin genişləndirilməsi, fiskal təşviq mexanizmlərinin tətbiqi, şirkətlərin nağdsız əməliyyatlar aparması stimullaşdırılacaq.

Bank sektorunda islahatlar, konsolidasiya aparılması, özəl bankların daha çox iqtisadiyyatın real sektoruna kreditlər ayırmasının stimullaşdırılması, kənd təsərrüfatı, emal sənayesi, tikinti materiallarının istehsalı və digər bu kimi sahələr prioritet təşkil edəcək.

İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində ciddi addımlar atılması, bu sektorun böyük potensialından səmərəli istifadə edilməsi önə çəkilir.

Azərbaycana böyük gəlirlər gətirəcək nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı ciddi tədbirlərin görülməsi, ölkənin regionun tranzit mərkəzi statusunun möhkəmləndirilməsi öz bəhrəsini verəcəkdir.

Son illərdə ölkəmiz, paytaxt və bölgələrdəki şəhərlər dünyanın ən müasir, dincsakit yaşayış məskənləri kimi turistləri cəlb edir. Azərbaycan turizm sektorunun inkişafı üçün sonsuz imkanlara malikdir. Müasir dünya turizminin təcrübəsindən ciddi faydalanmaq, yenilikləri tətbiq etmək, yerlixarici sərmayənin cəlb edilməsi ölkənin digər məqbul zonalarında da turizmin inkişafına təkan verəcək və bu, Azərbaycana xeyli gəlir gətirəcək.

 

Sosial sahədə

 

Bütün çətinliklərə baxmayaraq, dövlət sosial sahədə nəzərdə tutulan lazımi islahatların həyata keçirilməsində maraqlı olduğunu bildirir. Azərbaycan Prezidenti çıxışında qeyd etdi: “Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artmışdır. Sosial infrastruktur layihələri icra edilmişdir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, ancaq bu sahəyə biz vəsaiti təşkil edə bilmişik. Altmışa yaxın tibb müəssisəsi tikilib-təmir edilib, 20-dən çox məktəb təmir edilib-tikilib və hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir. Yəni, sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuşduronlar icra edildi, bu ilicra edilməlidir”.

Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulur. Əlbəttə, indiki şəraitdə bunu etmək nə qədər çətin olsa da, dövlət vətəndaşlarının qayğısına qalmağı vacib sayır, bilir ki, ölkənin çiçəklənməsinə təkan verən amillərdən biridüzgün, ədalətli, insanların maraq və ehtiyaclarına xidmət edən siyasətin aparılmasıdır. Ona görə pensiyaların və əməkhaqlarının qaldırılmasına dair təkliflərin hazırlanması barədə hökumətə tapşırıq verilmişdir. Bundan sonra da sosial təminat və investisiyayönümlü məsələlərin öz həllini tapması üçün real addımlar atılacaq.

 

Dövlət idarəçiliyinin təkmilləşdirilməsi və neqativ hallara qarşı mübarizə sahəsində

 

Qarşıya qoyulan məqsədlərin ciddiliyi tələb edir ki, dövlət idarəçiliyi də islahatlardan keçməlidir. İdarəetmə sistemində struktur islahatlarının aparılması, daha çevikoperativ idarəetmə mexanizminin işlənməsi və tətbiqi dövlətin qarşıya qoyduğu vacib məsələlərdəndir.

Dövlət şirkətlərinin idarəetmə prinsiplərinin təkmilləşdirilməsinə, korporativ idarəetmə prinsiplərinin tətbiqinə, onların fəaliyyətində şəffaflığın tam təmin edilməsinə xüsusi önəm veriləcək.

Korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ hallara qarşı mübarizənin gücləndirilməsi, “ASAN xidmət”in genişləndirilməsi, orada göstərilən xidmətlərin sayının artırılması daha geniş miqyasları əhatə edəcək.

Maliyyə nəzarətinin gücləndirilməsi, dövlət qurumlarının və şirkətlərinin xərclərinə ciddi nəzarətin həyata keçirilməsi, səmərəsiz xərclərin qarşısının alınması dönməz xarakter alacaq.

İctimai nəzarət mexanizmləri tətbiq ediləcək, istehlak qiymətlərinə nəzarət gücləndiriləcək, süni qiymət artımına can atan işbazlara qarşı ciddi tədbirlər görüləcək.

Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin sonuncu iclasındakı girişyekun nitqlərindən göründüyü kimi, 2016-cı ildə ölkəmizin inamla öz məqsədlərinə doğru getməsi üçün ölkə iqtisadiyyatının bütün sahələrində genişmiqyaslı islahatların aparılması nəzərdə tutulmuşdur. Bu, həm Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edəcək, həm də özündə əks-böhran tədbirlərini əks etdirməklə milli iqtisadiyyatı, sosial sferanı neqativ təsirlərdən sığortalayacaq. Dövlət başçısı iclasdakı çıxışında öz ənənəsinə sadiq qalaraq bir daha xalqla dövlətin qırılmaz birliyi mövzusuna toxundu: “Mən bu dəstəyə görə Azərbaycan vətəndaşlarına minnətdaram və bəyan etmək istəyirəm ki, bundan sonra da biz ölkəmizi inamla irəliyə aparacağıq. Bütün çətinliklərə, beynəlxalq iqtisadi böhranlara, siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedəcək. Azərbaycanda sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir. Azərbaycanda xalqla iqtidar arasında birlik möhkəmlənir və bu amillər bizim uğurlu inkişafımızı şərtləndirir”.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan. - 2016.- 14 yanvar.- S.3.