“Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə “Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır.

Bu məqsədlə Dövlət müşaviri Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində dərsliyi hazırlayan müəlliflərlə birgə toplantı keçirib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda dərsliyin istiqamətləri müəyyənləşdirilib və müəlliflərlə yazacaqları bölmələrə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, dünyanın 11 aparıcı universitetindəAzərbaycan multikulturalizmifənni tədris edilir. Bu dərsliyə ehtiyac var ona olan ehtiyac təkcə Azərbaycan multikulturalizminin təbliği ilə deyil, eyni zamanda, dünyada, xüsusən Avropa ölkələrində olan multikultural ənənələrin müqayisəli şəkildə öyrənilməsi ilə bağlıdır.

Dərslik Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi çərçivəsində ölkəmizin dünyanın nüfuzlu universitetlərində Azərbaycan multikulturalizmi fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulur.

 

Azərbaycan. - 2016.- 14 yanvar.- S.4.