Azərbaycan ilə
ABŞ arasında sülhməramlı missiyalarda
uğurlu əməkdaşlıq məsələləri
müzakirə olunub
Yanvarın
13-də Azərbaycanın müdafiə naziri, general-polkovnik
Zakir Həsənov ABŞ-ın Milli Təhlükəsizlik
Şurasının Avropa üzrə baş direktoru Çarlz
Kapçan ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti, hərbi təhsil, treninq və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı maraq kəsb edən sahələr üzrə müzakirələr aparılıb.
İkitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunan nazir Azərbaycanı narahat edən problemli məsələləri qonağın diqqətinə çatdırıb. Z.Həsənov Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini xüsusi vurğulayıb.
Görüşdə ABŞ-ın Azərbaycandakı
səfiri Robert Sekuta da iştirak edib.
Azərbaycan. - 2016.- 14 yanvar.- S.4.