ABŞ qəzeti Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində təcrübəsindən yazır

 

Məlum olduğu kimi, ötən il mayın 18-19-da Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. 2011-ci ildən başlayaraq iki ildən bir Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə əsası qoyulmuş “Bakı prosesinin tərkib hissəsidir. Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən yüksək səviyyəli rəsmi şəxslər, bir sıra beynəlxalq təşkilatların rəhbərləri, nüfuzlu ictimai-siyasi xadimlər daxil olmaqla ümumilikdə 700-dən çox xarici nümayəndə iştirak edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə həmin Foruma ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət Simon Vizental Mərkəzinin beynəlxalq dinlərarası münasibətlər üzrə məsləhətçisi Annett Blüm də qatılmışdı. Bu yaxınlarda A.Blümün ABŞ-ın “The Huffington Post” qəzetində ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində təcrübəsindən bəhs edən “Bakı – dialoqunsülhün unikal vəhdəti” adlı məqaləsi dərc edilib. AZƏRTAC məqalənin xülasəsini təqdim edir.

Oskar Uaylda məxsus belə bir aforizm var: “Həyat incəsənəti daha çox təqlid edir, nəinki incəsənət həyatı”. Əslində, demək olar ki, müasir dövrümüzdə incəsənət xəyallarımızın mahiyyətini və ya yeni, olduqca yaradıcı olan anlayışların dərk edilməsini, formalaşdırılmasını müxtəlif şəkildə təcəssüm və təqdim edə bilir. Bu növ bədii prosesin ən bariz nümunəsi dialoqdur. Dialoq bəzən yaradıcılıq forması kimi özünü büruzə verən, lakin xarakter etibarilə bəlkə də ən geniş yayılmış və ən təsiredici ifadə vasitəsi olan paylaşma, ünsiyyət prosesidir. Dialoqun incəsənət və innovasiyadakı gücünün sübutu bədii və ictimai fəaliyyətin, o cümlədən sosial ədalətin kəsişməsində özünü göstərir. Bütün dünyada birlikdə fəaliyyət göstərən və bu əməkdaşlığın qavranılması məqsədilə dəyişikliyə təsir etmək üçün strateji alyanslar yaradan sektorlar əsas istiqamət təşkil edir.

Bütün dünyada sülhə dəstək olan bir mexanizm kimi dialoq aparmaq potensialında olan insanlar üçün bu işlərin qlobal səviyyədə dərk olunması əhəmiyyətli dəyişikliyə təsir etmək baxımından zəruridir. Bəs bu perspektivli istiqamətlərin reallaşdırılmasında bizə kömək etmək üçün dialoqun rolu nədən ibarətdir? Daha da təkmilləşmək, insan fəaliyyətinin və sülhü bərpa edən və qoruyan potensial sistemlərin daha yaxşı modellərini yaratmaq üçün biz hansı nümunələri araşdırmalı və onlardan nəticə çıxarmalıyıq? Dünya dinləri ilə əlaqəli təşkilat olan “Dinlər sülh üçün” təşkilatının daxil olduğu QHT-lər üçün bir aktivist, eyni zamanda, incəsənət sahələrində aktivizmin tərəfdaşı və dəstəkçisi kimi bu sual mənim üçün əhəmiyyət kəsb edir. Azərbaycana, Bakıya son səfərim zamanı baş verən proseslərdə bu xüsusiyyəti görmək imkanına malik oldum.

2015-ci ildə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun panelisti və iştirakçısı kimi mən dialoqun keyfiyyətlərinin və xüsusiyyətlərinin multikulturalizmsosial harmoniyanın standartlarına və xarakterinə necə kömək etdiyi barədə məlumat vermək məqsədilə həmkarlarından və liderlərdən ibarət böyük bir beynəlxalq qrupa qoşuldum. Mən Bakıdakı Forumda iştirakla bağlı dəvəti böyük məmnuniyyətlə qəbul etdim.

Hər şeydən əvvəl diqqətimi çəkən maraqlı məqam ondan ibarət idi ki, müsəlman dünyasında ilk dünyəvi demokratiya 1918-ci ildə məhz Azərbaycanda yaradılıb. Azərbaycan qadınlara səsvermə hüququnu 1919-cu ildə verib. Bu hadisə Birləşmiş Ştatların qadınlara cəmiyyətdə və rəhbərlikdə onların rolunun zəruriliyini göstərən həmin vacib hüquqların verilməsindən bir il əvvəl baş verib.

Nəhayət, Azərbaycana səfərlə bağlı dəvəti qəbul etməyimin üçüncü səbəbi Azərbaycanın İsrail ilə dostluq münasibətlərinin uzunmüddətli tarixə malik olmasıdır. Mən Bakıda olarkən Simon Vizental Mərkəzindəki həmkarım ravvin Kupper ilə birlikdə yəhudi icmasına və sinaqoqa baş çəkdim. Yəhudi icması müsəlmanların çoxluq təşkil etdiyi Bakıda dinc şəraitdə yaşayır. İsrail və Azərbaycan əsas dəyərləri paylaşmaqla yanaşı, həmçinin resursları da paylaşır. İsrailin idxal etdiyi neftin əksər hissəsi Azərbaycanın payına düşür, İsrail isə Azərbaycanı texnologiya ilə təmin edir.

Bakıdakı nümayəndə heyətimiz icma və hökumət rəhbərlərinin bizim yaxın gələcəyimizi formalaşdırmaqda dialoqun zəruri rol oynadığı bir dövrdə dünyada davamlı inkişafa nail olmaq və məlumatlandırma vasitəsilə strateji alyansların və məqsədlərin idarə olunması və optimallaşdırılmasında necə vacib rol oynaya bilməsi barədə müzakirələr apardı. Azərbaycan öz gücüonu ətraf regionu viran etmiş ekstremizm qüvvələrindən və ixtilaflarından qoruyan imkanları ilə geosiyasi cəhətdən unikal mövqeyə malikdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, hazırda Azərbaycanda dinc şəraitdə yaşayan ermənilərin sayı 30 mindən çoxdur.

Bütün bu amillər nəzərə alınmaqla qeyd olunmalıdır ki, Azərbaycan həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniya ilə bağlı öz vəzifə və nailiyyətini vurğulayan bu tədbir üçün münasibolduqca maraqlı bir məkandır. Multikulturalizmin dünyəvi və əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan bir ölkədə necə həyata keçirilməsini və Azərbaycanın tolerantlıq dəyərlərinin müasir cəmiyyətdə necə müdafiə olunduğunu görmək üçün Bakıya səfər edən həmkarlar və həmfikir rəhbərlərlə yenidən görüşmək ilhamverici məqam idi. Düşünürük ki, Azərbaycandakı müsbət halları paylaşmaqla digər dövlətlərin də əldə etmək niyyətində olduqları yeni perspektivi paylaşmağa kömək edə bilərik.

Biz bir qrup kimi dünyada dialoqun davam etdirilməsinə duyulan ehtiyac, onun təsiri və bu günə qədər həyata keçirilmiş işlərin həcmi haqqında danışdıq. Dinlərarası sülhün timsalında bu unikal cəmiyyət digər ölkələrə müxtəlif icmaların dinc şəraitdə və qarşılıqlı hörmət münasibətində birlikdə yaşaya bilmək modeli kimi güclü nümunə təklif edir. Azərbaycanın buna nail olması faktı onun prinsiplərinin gücündən və birliyindən xəbər verir.

Azərbaycanın uğuru onilliklər boyunca stabil qalmış hökuməti və cəmiyyətinin açıqlıq və tolerantlıq ənənələrinin geniş əhatə dairəsinə əsaslanır. Ekstremizmdözümsüzlük əleyhinə çıxış edən bu ölkədə qəti şəkildə kök salmış dəyərlər sayəsində ətraf ölkələrdən gələn təhlükələr üçün burada özünə yer tapmaqinkişaf etmək şansı yoxdur.

 

Azərbaycan.- 2016.- 14 yanvar.- S.4.