İslam Təhsil, Elm
və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə
Azərbaycan Respublikasının Milli
Komissiyasının yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23-27 noyabr tarixlərində keçirilmiş iclasında Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilmişdir. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi təqdirəlayiqdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və ISESCO Baş Konfransına sədrliyin uğurla həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, ISESCO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə qərara alıram:
1. ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası aşağıdakı tərkibdə yaradılsın:
Komissiyanın sədri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Komissiyanın
üzvləri
Nadir Hüseynov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Firudin Qurbanov - Azərbaycan Respublikası
təhsil nazirinin müavini
İntiqam Babayev
- Azərbaycan Respublikası
gənclər və idman nazirinin müavini
Rauf Hacıyev
- Azərbaycan Respublikası
ekologiya və təbii sərvətlər
nazirinin müavini
İsa Həbibbəyli - Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti
Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Səyyad
Salahlı
- Azərbaycan
Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
Dağbəyi İsmayılov - Azərbaycan
Dövlət İnformasiya
Agentliyi (AZƏRTAC) baş
direktorunun müavini
Urxan Ələkbərov - Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
rektoru
Vasim Məmmədəliyev - Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi
üzvü.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar
2016-cı il
Azərbaycan. - 2016.- 15 yanvar.- S.2.