Multikulturalizm dövlət siyasətinin ən yaxşı modellərindəndir

 

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq, 2016-cı ilin respublikadaMultikulturalizm ilielan edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır: “Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu günsadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətlərin real ifadəsidir”.

Multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar hətta Avropabir sıra Qərb dövlətləri ondan imtina edib. Bəzi xalqların nümayəndələri buya digərlərinin milli mədəniyyətinə nə assimilyasiya, nə də inteqrasiya olmağı arzu etmirlər. Bununla belə, Qərbdə o da inkar edilmir ki, Azərbaycan multikulturalizmi ənənəvi siyasətin yaxşı modelidir.

Bir ölkədə yaşayıb müxtəlif xalqları təmsil edənlərin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşüona uyğun olan siyasət kimi anlaşılan multikulturalizm bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması və inkişafı deməkdir. Bu proses hazırda azsaylı xalqların birgə yaşadıqları dövlətlərin milli mədəniyyətinə inteqrasiya mərhələsindədir. Onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, zənginləşmə, dostluq və əməkdaşlıq istənilən səviyyədə mümkün deyil.

Azərbaycançılıq məfkurəsinə uyğun olaraq mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə dövlətimizi dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədi ilə ötən il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması da ölkəmizin ictimai-siyasi həyatında mühüm mədəniyyət hadisəsi sayıldı. Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural dəyərlərin tədqiqi və təşviqi ilə əlaqədar layihələrin gerçəkləşdirilməsi 2015-ci il ərzində prioritet sahələr kimi qəbul edildi. Xarici ölkə universitetlərində “Azərbaycan Multikulturalizmi” fənninin tədrisi layihəsinin həyata keçirilməsi məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Avropanın və regionun bir sıra qabaqcıl ali məktəbləri ilə ikitərəfli danışıqlar apardı, qarşılıqlı əməkdaşlıq protokolları imzalandı. Bunun nəticəsində ötən ilin birinci yarısında 7 nüfuzlu ali məktəbdə, o cümlədən İtaliyanın Sapienza, Bolqarıstanın Müqəddəs Kliment Orxidski adına Sofiya, Rusiyanın I Prezidenti Boris Yeltsın adına Ural Federal, Çexiyanın Praqa Karlov, Litvanın Litva Pedaqojı, ilin ikinci yarısında bu layihənin daha da genişləndirilməsi üçün İsveçrənin Frayburq, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət, Türkiyənin Erciyes və Portuqaliyanın Lusofona HumanitarTexnologiya universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlandı. Azərbaycan universitetlərində isə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisinin həyata keçirilmə layihəsi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Təhsil Nazirliyimüvafiq ali məktəblərlə əməkdaşlıq müqavilələri imzalayaraq 2015-ci ilin birinci yarısında respublikamızın 7 ali məktəbində Multikulturalizm kafedrası açıldı. Ötən ilin payız semestri ərzində daha 12 universitetdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin bakalavrmagistr səviyyəsində tədrisinə nail olundu. Beləliklə, qeyd edilə bilər ki, “Azərbaycan multikulturalizmi” fənni dünyanın 11, Azərbaycanın isə 19 nüfuzlu ali məktəbində keçirilir.

İstər xarici, istərsə də ölkədaxili universitetlərdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris edəcək pedaqoji kadrların hazırlanmasına xüsusi önəm verilir, onların zəruri material və məlumatlarla təmin edilməsi diqqətdə saxlanılır. Xarici ölkə universitetlərində təşkil olunan monitorinqlərdə iştirakı mərkəz tərəfindən müəyyənləşdirilən şəxslər orada həm də birdəfəlik mühazirələr təşkil ediblər. Onu da deyək ki, xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin intellektual infrastrukturunun formalaşdırılması layihəsinin davamı olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə 21 iyul-1 avqust tarixlərində keçirilənMultikulturalizm Azərbaycanın həyat tərzi kimi: oyrən, araşdır, paylaş” Beynəlxalq Yay məktəbi təşkil edilib. Millətlərarası, multikulturalizmdini məsələlər üzrə bu layihənin başlıca məqsədi “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu tələbələrə Azərbaycanı əyani şəkildə göstərmək, onların nəzəri biliklərini real həyatda möhkəmləndirmək, Vətənimizin əsl dostlarına çevirməkdir.

Yeri gəlmişkən, adları çəkilən təşkilatların birgə təşkilatçılığı ilə bu il fevralın 8-dən 17-dək keçirilməsi nəzərdə tutulanMultikulturalizm Azərbaycanın həyat tərzi kimi: “öyrən, araşdır, paylaş” Beynəlxalq Qış məktəbinə ciddi hazırlıq gedir.

Multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan qerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq vəzifəsini reallaşdırmaq istiqamətində müxtəlif vaxtlardaHolokost və Xocalı müasirlərin gözü ilə” və “Ermənilərin Qarabağa köçürülməsi, Marağa -150: tarixfaktlarmövzusunda “dəyirmi masalar təşkil edilib. Tarixçi alimlərin, müxtəlif dini qurumicma rəhbərlərinin, ictimai xadimlərin iştirakı ilə keçən bu tip tədbirlərdə elmi həqiqətlərin aşkarlanmasına xidmət edən araşdırma nəticələri, müzakirələr, fikir mübadilələri xüsusi maraqla qarşılanıb, yeni mövzulara yol açıb.

Azərbaycanın multikultural nailiyyətlərinin beynəlxalq müstəviyə çıxarılmasını təmin etmək, mütəxəssislərin fəaliyyətini bu istiqamətə yönəltmək üçün bir sıra mühüm layihələr həyata keçirilib. 2015-ci ilin aprelində İtaliyada Romanın Pontifika Selisiani Universitetində keçirilənQafqaz Albaniyası” Beynəlxalq konfransda Azərbaycan tərəfinin təqdim etdiyi məruzələr böyük marağa səbəb olub. Həmin il martın 30-da Almaniyanın Brandenburq Elmlər Akademiyasında “Azərbaycanda multikulturalizm və dinlərarası dialoq: tarixi təcrübə və gələcəyin cəmiyyət modelimövzusunda keçirilən beynəlxalq elmi konfransı da bura əlavə edərək deyə bilərik ki, məhz orada müxtəlif ölkələrin 50-dən çox aliminin iştirakı ilə, dini konfessiya rəhbərlərinin Azərbaycan multikulturalizminin tarixi qaynaqları və müasir mərhələdə onun dövlət siyasəti səviyyəsinə qaldırılması mövzusunda ciddi diskussiyalar aparılıb.

2015-ci il mayın 27-də İsveçrənin Frayburq Universitetinin Federalizm İnstitutunda “Azərbaycanda və İsveçrədə multikulturalizmin və dünyəviliyin ortaq dəyərləri” mövzusunda seminar, Almaniyanın Drezden şəhərində “Kitabi-Dədə Qorqud” dastanında tolerantlıq Azərbaycan multikulturalizminin bədii qaynaqlarından biri kimimövzusunda keçirilən “dəyirmi masa”nın yüksək qiymətləndirilməsini də unutmaq olmaz.

Ölkəmizin multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək məqsədi ilə ötən il 6 beynəlxalq “Virtual dəyirmi masakeçirilib. Toplanan materiallar rus ingilis dillərinə tərcümə olunub kitabçalar formasında nəşr edilib. Respublikada mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib reallaşdırmaq, Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətinin təbliği mexanizmini hazırlamaq vəzifələrinin yerinə yetirilməsi məqsədiləAzərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarıkitabı çap olunub. Ötən il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdə fəaliyyət göstərən dini qurumların konfessiyaların, icmaların rəhbərləri ilə bütünlükdə 21 görüş müşavirə, 11 “dəyirmi masa”, 8 seminar, xarici ölkələrdə isə 6 beynəlxalq konfrans, 14 seminar görüş keçirib. Həmin tədbirlərdə Azərbaycan multikulturalizminin xüsusiyyətləri, ölkə rəhbərinin bu sahəyə olan diqqət qayğısı barədə geniş diskussiyalar aparılıb.

Bütün qeyd olunanlar bir daha göstərir ki, Azərbaycan müxtəlif xalqların etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çeviriblər.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2016.- 15 yanvar.- S.5.