Multikulturalizm ili”ndə görüləcək işlər müzakirə edilib

 

Yanvarın 14-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 2016-cı ilin planının təsdiqi ilə bağlı iclas keçirilib.

İclası BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev açaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ilielan edildiyinibununla bağlı müxtəlif dövlət qurumlarının qarşısına ciddi vəzifələr qoyulduğunu vurğulayıb. O deyib: “Cənab PrezidentinMultikulturalizm ili” ilə bağlı məsul qurumlar sırasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də adını çəkməsi və Mərkəzin gördüyü işi təqdir etməsi son dərəcə qürurdoğurucu bir hissdir. Bu, bizi yeniciddi addımlara ruhlandırır. Bizim layihələrimiz təbii ki, davam edir. Bu layihələrdə biz əvvəlcədən nəzərdə tutduğumuz kimi, müəyyən ideoloji, siyasi, mədəni hədəflər qoyub həmişə olduğu kimi, o hədəflərə doğru gedəcəyik”.

Tədbirdə fevralın 8-15-də keçiriləcək “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş!” mövzusunda Beynəlxalq Qış Məktəbinin təşkili ilə bağlı məlumat verilib. Bildirilib ki, 2015-ci ilin yaz semestrindən başlayaraq Rusiya, İtaliya, Bolqarıstan, Belarus, Litva, Çexiya və Gürcüstanın tanınmış universitetlərində və ölkəmizin 7 ali məktəbində “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlanıb və uğurla başa çatıb. Bu layihə növbəti semestr İsveçrə, Portuqaliya, Ukrayna və Türkiyədə davam etdirilib. Bu dəfə isə xüsusi fərqlənən tələbələr üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universiteti tərəfindən Beynəlxalq Qış Məktəbi təşkil olunacaq.

Qeyd edilib ki, xarici universitetlərin tələbələri semestr boyu Azərbaycan haqqında əldə etdikləri nəzəri bilikləri artıq ölkəmizi əyani şəkildə görməklə tamamlayacaqlar. Onları xoş istirahət, maraqlı mühazirələr və intellektual görüşlər, yeni dostlar gözləyir. Qış məktəbinin mühazirəçiləri arasında Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər var. Onlarla təmas tələbələrin dünyagörüşünə yeni çalarlar qatacaq. Bakı və ölkəmizin səfalı guşələrindən olan Quba, QusarXaçmaz şəhərlərində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Qış Məktəbində 50-yə yaxın yerlixarici tələbənin iştirakı planlaşdırılıb.

Keçiriləcək qış məktəbi ilə bağlı tövsiyə və tapşırıqlarını verən Dövlət müşaviri xarici tələbələrin Azərbaycana marağının məhəbbətə çevriləcəyinə ümidvar olduğunu bildirib.

İclasda, həmçinin il ərzində BBMM-in qarşısında duran vəzifələr və görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 15 yanvar.- S.5.