İ.Ə.Mustafayevin Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Dənizkənarı
Bulvar İdarəsinin rəisi təyin
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 yanvar
2016-cı il
Azərbaycan. - 2016.- 16 yanvar.-
S.1.