“Azərbaycan
Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 565; 2000, ¹ 12, maddə 833; 2005, ¹ 10, maddə 876; 2007, ¹ 5, maddə 437; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 4, maddə 276; 2011, ¹ 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:
1. 7-ci
maddənin birinci hissəsi aşağıdakı redaksiyada
verilsin:
“Azərbaycan
Respublikasının Milli Məclisi aşağıdakı
komitələri yaradır:
Hüquq
siyasəti və dövlət quruculuğu komitəsi;
Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə
komitəsi;
İnsan
hüquqları komitəsi;
Təbii
ehtiyatlar, energetika və ekologiya komitəsi;
İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsi;
Aqrar siyasət
komitəsi;
Əmək
və sosial siyasət komitəsi;
Səhiyyə
komitəsi;
Ailə,
qadın və uşaq məsələləri komitəsi;
Gənclər
və idman komitəsi;
İctimai
birliklər və dini qurumlar komitəsi;
Regional məsələlər
komitəsi;
Elm və
təhsil komitəsi;
Mədəniyyət
komitəsi;
Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsi.”.
2. 8-ci
maddənin ikinci hissəsinin ikinci abzasından “, müdafiə,
təhlükəsizlik” sözləri
çıxarılsın, “sahələri üzrə” sözləri
“ilə bağlı” sözləri ilə əvəz edilsin və
hissəyə aşağıdakı məzmunda
üçüncü və dördüncü abzaslar əlavə
edilsin:
“Azərbaycan
Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi
ilə birlikdə insan alverinə qarşı mübarizəyə
dair qanun layihələrini hazırlayır və ya təqdim
olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan
Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi
ilə birlikdə İnsan alverinə qarşı mübarizə
üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan
alverinə qarşı mübarizəyə dair illik məlumatına
baxır və rəy verir;”.
3. 9-cu
maddə üzrə:
3.1. maddənin adı aşağıdakı
redaksiyada verilsin:
“Maddə 9. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsi”;
3.2.
birinci hissədə “Təhlükəsizlik və müdafiə
komitəsi dövlətin təhlükəsizlik və
müdafiə məsələlərinə dair” sözləri
“Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsi ölkənin müdafiəsi və
dövlət təhlükəsizliyi, habelə korrupsiya ilə
mübarizə sahəsində” sözləri ilə əvəz
edilsin;
3.3. ikinci hissənin birinci və ikinci abzasları
aşağıdakı redaksiyada verilsin:
“Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə
komitəsi:
fövqəladə
vəziyyət rejimi, hərbi vəziyyət rejimi, müdafiə,
səfərbərlik, hərbi vəzifə, hərbi xidmətkeçmə,
hərbi qulluqçuların statusu və digər məsələlər,
dövlət təhlükəsizliyinin əsasları, onun təmin
edilməsi üsulları və vasitələri, dövlət
sərhəd rejimi, korrupsiyaya qarşı mübarizə ilə
bağlı qanun layihələrini hazırlayır və ya təqdim
olunmuş qanun layihələrinə dair rəy verir;”;
3.4. dördüncü hissədə “təhlükəsizlik
və müdafiə məsələləri” sözləri
“ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi,
habelə korrupsiya ilə mübarizə” sözləri ilə əvəz
edilsin.
4. 10-18-ci
maddələr aşağıdakı redaksiyada verilsin:
“Maddə 10. İnsan hüquqları komitəsi
İnsan hüquqları komitəsi insan hüquqları və
azadlıqlarının təmin olunması və qorunması
sahəsində dövlət siyasətinin
formalaşdırılması və həyata keçirilməsinə
dair qanun və qərar layihələri üzrə
aparıcı komitədir.
İnsan
hüquqları komitəsi:
insan
hüquqları və azadlıqlarının təmin
olunması və qorunmasına, milli və dini azlıqların
statusunun müəyyən edilməsi və
hüquqlarının təmin olunmasına,
qaçqınların və məcburi köçkünlərin,
miqrantların statusunun müəyyən edilməsi və
hüquqlarının qorunmasına dair qanun layihələrini
hazırlayır, Milli Məclisin müzakirəsinə
tövsiyə olunan və insan hüquqları və
azadlıqlarına toxunan bütün qanun layihələrinə
dair rəy verir;
Azərbaycan
Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsi ilə birlikdə insan alverinə
qarşı mübarizəyə dair qanun layihələrini
hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə
dair rəy verir;
Azərbaycan
Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi
ilə birlikdə kütləvi informasiya vasitələri ilə
bağlı qanun layihələrini hazırlayır və ya təqdim
olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan
Respublikası Milli Məclisinin və ya Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin
tapşırığı ilə qanun və qərar layihələrinə
insan hüquqları və azadlıqlarının təmin
edilməsi baxımından rəy verir;
Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) seçilmək üçün Azərbaycan
Respublikası Prezidentinin təqdim etdiyi şəxslərin
namizədliklərinə baxır və onlar barəsində rəy
verir, habelə Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın) səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi barədə məsələyə
baxır və rəy verir;
Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin (ombudsmanın) illik məruzəsinə
baxır və rəy verir;
Azərbaycan
Respublikası Milli Məclisinin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsi ilə birlikdə
İnsan alverinə qarşı mübarizə üzrə
Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə
qarşı mübarizəyə dair illik məlumatına
baxır və rəy verir;
Azərbaycan
Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan
Respublikası məhkəmələri hakimlərinin vəzifədən
kənarlaşdırılması barədə məsələlərə
baxır və rəy verir;
Azərbaycan Respublikası Hesablama Palatasının sədri,
sədr müavini və auditorlarının, Azərbaycan
Respublikası Auditorlar Palatasının sədri və sədr
müavininin vəzifədən azad edilməsi barədə məsələyə
baxır və bu barədə rəy verir.
Maddə 11. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi təbiətin
mühafizəsi, təbii ehtiyatlar və energetika sahələrində
dövlət siyasətinin formalaşdırılması və
həyata keçirilməsinə dair qanun və qərar layihələri
üzrə aparıcı komitədir.
Təbii
ehtiyatlar, energetika və ekologiya komitəsi:
ətraf
mühitin mühafizəsi, təbii ehtiyatlardan və enerji
resurslarından istifadə, neft, qaz, energetika, su, meşə təsərrüfatı,
ovçuluq və balıqçılıq məsələləri
üzrə qanun layihələrini hazırlayır və ya təqdim
olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin
tapşırığı ilə qanun və qərar layihələrinə
ekoloji təhlükəsizlik baxımından rəy verir.
Maddə 12. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
dövlətin iqtisadi siyasətinin, sənaye və
sahibkarlıq fəaliyyəti sahəsində siyasətinin
formalaşdırılması və həyata keçirilməsi,
dövlət büdcəsinin təsdiq edilməsi və
icrası ilə bağlı qanun və qərar layihələri
üzrə aparıcı komitədir.
İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsi:
iqtisadiyyatın
dövlət tənzimlənməsi, sənaye, investisiya fəaliyyəti,
sahibkarlıq fəaliyyətinin, o cümlədən
kiçik və orta sahibkarlığın inkişafı,
dövlət-özəl tərəfdaşlığı,
iqtisadi təhlükəsizlik, xüsusi iqtisadi zonalar, innovativ
inkişaf, o cümlədən innovativ mərkəzlərin,
texnoparkların, sənaye parklarının təşkili və
fəaliyyəti ilə bağlı qanun layihələrini
hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə
dair rəy verir;
dövlət
büdcəsi, büdcə prosesi və quruluşu, pul-kredit,
vergi, qiymət siyasətinin əsasları, bank fəaliyyəti,
maliyyə, mühasibat, sığorta, valyuta, gömrük tənzimlənməsi,
xarici iqtisadi fəaliyyət, mülkiyyət, əmlak
münasibətləri, təsərrüfat fəaliyyəti, sənaye,
nəqliyyat, rabitə, ticarət, qiymətli kağızlar
bazarı, antiinhisar siyasəti, statistika, metrologiya və
standartlar, istehlakçıların hüquqlarının
qorunması ilə bağlı qanun layihələrini
hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə
dair rəy verir;
Azərbaycan
Respublikası Milli Məclisinin Regional məsələlər
komitəsi ilə birlikdə yerli vergilərə və ödənişlərə,
yerli büdcələrə aid qanun layihələrini
hazırlayır və ya təqdim olunmuş layihələrə
dair rəy verir;
Azərbaycan
Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan
Respublikası Mərkəzi Bankı İdarə Heyətinin
üzvləri vəzifəyə təyin və vəzifədən
azad edilərkən təklif olunan namizədliklərə
baxır və onlar barəsində rəy verir;
Azərbaycan
Respublikası Hesablama Palatasının sədri, sədr
müavini və auditorlar, Azərbaycan Respublikası Auditorlar
Palatasının sədri və sədr müavini vəzifəyə
təyin edildikdə və ya vəzifədən azad edildikdə
təklif olunmuş şəxslərin namizədliklərinə
baxır və onlar barəsində rəy verir;
dövlət büdcəsinə nəzarətlə bağlı məsələlərə
baxır və Azərbaycan Respublikasının Milli Məclisinə
təkliflər verir;
dövlət büdcəsinin layihəsinə dair Milli Məclisin digər
komitələrinin təkliflərinə baxır və onlar
barəsində rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin
tapşırığı ilə dövlət büdcəsindən
əlavə xərc tələb edən qanun və qərar
layihələrinə dair, habelə qanun və qərar layihələrinə
iqtisadi əsaslandırma və iqtisadi məqsədəuyğunluq
baxımından rəy verir.
Maddə 13. Aqrar siyasət komitəsi
Aqrar siyasət komitəsi dövlətin aqrar siyasətinin
formalaşdırılması və həyata keçirilməsinə
dair qanun və qərar layihələri üzrə
aparıcı komitədir.
Aqrar siyasət
komitəsi:
aqrar sahədə
mülkiyyət və sahibkarlıq münasibətlərinin
dövlət tənzimləməsi, kəndin təbii
potensialı olan torpaq, su, meşə resurslarının, habelə
mövcud genofondun mühafizəsi və onun səmərəli
istifadəsi, kənddə əhalinin layiqli həyatı və
fəaliyyəti üçün müvafiq mühitin
yaradılması, aqrar bazarın tənzimlənməsi, aqrar
sektorun maliyyələşdirilməsi və bu sahəyə
xarici investisiyaların cəlb edilməsi, aqrar sahədə
kredit siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi,
istehsal və sosial infrastrukturun inkişafı, yerli, sahə,
sahələrarası və regional kənd təsərrüfatı
kooperasiyasının formalaşması və inkişafı,
aqrar elminin və təhsilin inkişafına dair qanun layihələri
hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə
dair rəy verir;
torpaq
mülkiyyəti və torpaq münasibətləri ilə
bağlı qanun layihələrini hazırlayır və ya təqdim
olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin
tapşırığı ilə qanun və qərar layihələrində
aqrar məsələlərə dair rəy verir.
Maddə 14. Əmək və sosial siyasət komitəsi
Əmək və sosial siyasət komitəsi dövlətin
əmək və sosial siyasətinin
formalaşdırılması və həyata keçirilməsinə
dair qanun və qərar layihələri üzrə
aparıcı komitədir.
Əmək
və sosial siyasət komitəsi:
sosial
inkişaf, əmək, məşğulluq, insanların, o
cümlədən sosial müdafiəyə ehtiyacı olan
şəxslərin (qaçqın və məcburi
köçkünlərin, əlillərin, valideyn himayəsindən
məhrum olmuş uşaqların
və
s.) sosial problemləri, sosial təminat,
sosial sığorta sahələri üzrə qanun layihələrini
hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə
dair rəy verir;
Azərbaycan
Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi
ilə birlikdə turizm sahəsi üzrə qanun layihələrini
hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə
dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin
tapşırığı ilə qanun və qərar layihələrində
əmək və sosial müdafiə məsələlərinə
dair rəy verir.
Maddə 15. Səhiyyə komitəsi
Səhiyyə komitəsi səhiyyə sahəsində
dövlət siyasətinin formalaşdırılması və
həyata keçirilməsinə dair qanun və qərar layihələri
üzrə aparıcı komitədir.
Səhiyyə
komitəsi:
sağlamlığın mühafizəsi, əhalinin
sanitariya-epidemioloji salamatlığı, dərman vasitələri,
əczaçılıq, ictimai təhlükəli xəstəliklərlə
mübarizə, tibbi sığorta, tibb fəaliyyəti üzrə
qanun layihələrini hazırlayır və ya təqdim
olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin
tapşırığı ilə qanun və qərar layihələrində
səhiyyə ilə bağlı məsələlərə
dair rəy verir.
Maddə 16. Ailə, qadın və uşaq məsələləri
komitəsi
Ailə, qadın və uşaq məsələləri
komitəsi ailə, qadın və uşaq məsələləri
üzrə dövlət siyasətinin
formalaşdırılması və həyata keçirilməsinə
dair qanun və qərar layihələri üzrə
aparıcı komitədir.
Ailə,
qadın və uşaq məsələləri komitəsi:
ailə
münasibətləri, o cümlədən himayəçilik
və qəyyumluq, qadın və uşaq
hüquqlarının müdafiəsi və həyata
keçirilməsi, gender (kişi və qadınların) bərabərliyinin
təmin edilməsi, məişət zorakılığı
ilə bağlı qanun layihələrini hazırlayır və
ya təqdim olunmuş qanun layihələrinə dair rəy
verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin
tapşırığı ilə qanun və qərar layihələrində
ailə, qadın və uşaq məsələlərinə
dair rəy verir.
Maddə 17. Gənclər və idman komitəsi
Gənclər və idman komitəsi gənclər və
idman sahəsində dövlət siyasətinin
formalaşdırılması və həyata keçirilməsinə
dair qanun və qərar layihələri üzrə
aparıcı komitədir.
Gənclər
və idman komitəsi:
gənclərin
vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi,
gənclərin təhsil, sosial və məişət problemləri,
gənclər evləri və mərkəzləri, gənclərin
asudə vaxtının təşkili, gənclər və
idman təşkilatları, idmanın təşviqi və təbliği,
bədən tərbiyəsi, milli idman növlərinın təşviqi
və mühafizəsi, idman kompleksləri və
qurğuları, idman klubları, idman mərc oyunları,
idmanda dopinqə qarşı mübarizə ilə
bağlı qanun layihələrini hazırlayır və ya təqdim
olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin
tapşırığı ilə qanun və qərar layihələrində
gənclər və idman məsələlərinə dair rəy
verir.
Maddə 18. İctimai birliklər və dini qurumlar komitəsi
İctimai birliklər və dini qurumlar komitəsi ictimai
birliklər və dini qurumlarla bağlı dövlət siyasətinin
formalaşdırılması və həyata keçirilməsinə
dair qanun və qərar layihələri üzrə
aparıcı komitədir.
İctimai
birliklər və dini qurumlar komitəsi:
qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və
fondların), siyasi partiyaların, həmkarlar
ittifaqlarının, dini qurumların, o cümlədən dini
mərkəz və idarələrin, dini təhsil müəssisələrinin
və dini icmaların statusu, təşkili və fəaliyyətinə
dair qanun layihələrini hazırlayır və ya təqdim
olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan
Respublikası Milli Məclisinin və ya Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin
tapşırığı ilə qanun və qərar layihələrində
ictimai birliklərlə və dini qurumlarla bağlı məsələlərə
dair rəy verir.”.
5.
Aşağıdakı məzmunda 18-1, 18-2, 18-3 və
18-4-cü maddələr əlavə edilsin:
“Maddə 18-1. Regional məsələlər komitəsi
Regional məsələlər komitəsi yerli
özünüidarə ilə bağlı dövlət siyasətinin
formalaşdırılması və həyata keçirilməsinə
dair qanun və qərar layihələri üzrə
aparıcı komitədir.
Regional məsələlər
komitəsi:
ərazi
quruluşu və inzibati ərazi bölgüsü, ərazi
vahidlərinin qeydə alınması və qeydiyyatdan
çıxarılması, statusunun və sərhədlərinin
müəyyən edilməsi və dəyişdirilməsi,
onlara ad verilməsi və adlarının dəyişdirilməsi,
ərazi vahidlərinin Dövlət reyestrinin aparılması
ilə bağlı qanun layihələrini hazırlayır və
ya təqdim olunmuş qanun layihələrinə dair rəy
verir, habelə Azərbaycan Respublikasının Milli Məclisi
yanında Toponimiya komissiyasının fəaliyyətinə
dair qərar layihələrini hazırlayır;
bələdiyyələrə seçkilər, bələdiyyələrin
statusu, onların birləşməsi, ayrılması və ləğv
edilməsi, bələdiyyələrin fəaliyyətinin təşkili,
bələdiyyələrin maliyyəsinin əsasları, bələdiyyə
qulluğu, bələdiyyələrin Dövlət reyestrinin
aparılması məsələlərinə dair qanun layihələrini
hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə
dair rəy verir;
Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim olunmuş bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqanın öz fəaliyyəti haqqında
illik məruzəsinə, bələdiyyələrin öz fəaliyyətləri
barəsində hesabatlarına, bələdiyyələrin
vaxtından əvvəl buraxılması ilə bağlı
müvafiq icra hakimiyyəti orqanının müraciətlərinə
baxır və rəy verir;
bələdiyyə mülkiyyəti, yerli vergilər və ödənişlər,
yerli büdcə, yerli sosial müdafiə və sosial
inkişaf, yerli iqtisadi inkişaf, yerli ekoloji proqramları ilə
bağlı qanun layihələrini Azərbaycan Respublikası
Milli Məclisinin müvafiq komitələri ilə birlikdə
hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə
dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin
tapşırığı ilə qanun və qərar layihələrində
yerli özünüidarə məsələlərinə dair
rəy verir.
Maddə 18-2. Elm və təhsil komitəsi
Elm və təhsil komitəsi elm və təhsil sahələrində
dövlət siyasətinin formalaşdırılması və
həyata keçirilməsinə dair qanun və qərar layihələri
üzrə aparıcı komitədir.
Elm və
təhsil komitəsi:
elm,
texnika, təhsil, peşə hazırlığı,
ixtiraçılıq və patent hüququ, informatika və
informasiyanın mühafizəsi sahələrinə aid qanun
layihələrini hazırlayır və ya təqdim olunmuş
qanun layihələrinə dair rəy verir;
Azərbaycan
Respublikası Milli Məclisinin və ya Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin
tapşırığı ilə qanun və qərar layihələrində
elm və təhsil sahələrinə aid məsələlərə
dair rəy verir.
Maddə 18-3. Mədəniyyət komitəsi
Mədəniyyət komitəsi mədəniyyət və
mədəni sərvətlərin mühafizəsi sahələrində
dövlət siyasətinin formalaşdırılması və
həyata keçirilməsinə dair qanun və qərar layihələri
üzrə aparıcı komitədir.
Mədəniyyət
komitəsi:
mədəniyyət, o cümlədən dil, ədəbiyyat,
incəsənət, muzey, teatr, kino, dizayn, memarlıq, şəhərsalma,
kitabxanaçılıq, arxiv işi, habelə mədəni sərvətlərin
mühafizəsi sahələrinə dair qanun layihələrini
hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə
dair rəy verir;
Azərbaycan
Respublikası Milli Məclisinin Əmək və sosial siyasət
komitəsi ilə birlikdə turizmlə bağlı, İnsan
hüquqları komitəsi ilə birlikdə kütləvi
informasiya vasitələri ilə bağlı qanun layihələrini
hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə
dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin
tapşırığı ilə qanun və qərar layihələrində
mədəniyyət məsələlərinə dair rəy
verir.
Maddə 18-4. Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsi
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsi Azərbaycan Respublikasının
xarici siyasətinin formalaşdırılması və həyata
keçirilməsinə dair qanun və qərar layihələri
üzrə aparıcı komitədir.
Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsi:
xarici
siyasətə, beynəlxalq müqavilələrin təsdiqi,
icrası və ləğv edilməsinin qaydalarına,
repatriasiyaya, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin statusuna aid qanun layihələrini
hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə
dair rəy verir;
Azərbaycan
Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan
Respublikasının xarici dövlətlərdə və beynəlxalq
təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis
edilməsi, habelə dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə
tutan hökumətlərarası müqavilələrin təsdiq
və ləğv edilməsi məsələlərinə
baxır və bu barədə rəy verir;
Azərbaycan
Respublikası Milli Məclisinin və ya Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin
tapşırığı ilə qanun və qərar layihələrinin
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq sənədlərə
uyğunluğu barədə rəy verir;
Azərbaycan
Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələrinin
daha da inkişaf etdirilməsi barədə Azərbaycan
Respublikasının Milli Məclisinə təkliflər verir;
xaricdə yaşayan azərbaycanlılarla və onların təşkilatları
ilə əlaqələr saxlayır və bu əlaqələri
inkişaf etdirir;
Azərbaycan
Respublikası Milli Məclisinin xarici dövlətlərin
parlamentləri ilə əlaqələr üzrə
işçi qruplarına, habelə Azərbaycan Respublikası
Milli Məclisinin beynəlxalq parlament təşkilatlarında
nümayəndələrinə metodik yardım göstərir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 dekabr
2015-ci il
Azərbaycan. - 2016.- 16 yanvar.- S.2.