Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107; 1999, № 5, maddə 284; 2000, № 6, maddə 380, № 12, maddələr 832, 834; 2003, № 2, maddə 77; 2004, № 5, maddə 314; 2006, № 1, maddə 3, № 5, maddə 396,  № 12, maddə 1005; 2007, № 8, maddə 755, № 11, maddələr 1049, 1081; 2009,  № 6, maddə 395; 2010, № 3, maddə 171; 2013, № 4, maddə 358) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddənin ikinci hissəsində “sədri” sözündən sonra “və onun müavinləri” sözləri əlavə edilsin.

2. 12-ci maddənin ikinci hissəsinə aşağıdakı məzmunda yeni ikinci cümlə əlavə edilsin:

Milli Məclisin iclasına sədrlik edən zərurət yarandıqda Milli Məclisin deputatlarına və Milli Məclisin iclasında iştirak edən digər şəxslərə növbədənkənar söz verə bilər.”.

3. 31-ci maddənin birinci hissəsinin onuncu abzası çıxarılsın.

4. 32-ci maddə üzrə:

4.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

Milli Məclis Sədrinin müavinlərinin səlahiyyətləri”;

4.2. birinci hissə çıxarılsın.

5. 33-cü maddə üzrə:

5.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

Milli Məclisin Sədri Milli Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir.”;

5.2. dördüncü hissənin birinci cümləsindəSəsvermə bülleteninəsözləriSəsverməyəsözü ilə, “daxil edilirsözləriburaxılırsözü ilə əvəz edilsin, üçüncü cümlədəSəsvermə bülleteninə daxil edilən namizədlərsözləriNamizədlərsözü ilə əvəz edilsin;

5.3. beşinci hissədəBülletenlər vasitəsilə gizlisözləriGizlisözü ilə əvəz edilsin.

6. 36-cı maddənin üçüncü hissəsinin üçüncü cümləsi dördüncü cümlə hesab edilsin hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

Bir deputat ən çoxu iki komitənin üzvü ola bilər.”.

7. 40-cı maddənin birinci hissəs

inin ikinci cümləsindənelektron sistemindən istifadə etmədənsözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2015-ci il

 

Azərbaycan. - 2016.- 16 yanvar.- S.3.