“Üzümçülük
və şərabçılıq haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
24-cü bəndini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 28 aprel tarixli 1267-IVQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 1, maddə 3; 2003, ¹ 1, maddə 15, ¹ 12 (I kitab), maddə 674; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 5, maddə 397, ¹ 10, maddə 938; 2008, ¹ 12, maddə 1044; 2013, ¹ 11, maddə 1291) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 10.5-ci maddə əlavə edilsin:
“10.5. Şərabçılıq məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.”.
2. 20.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunan şərabçılıq məhsullarının Azərbaycan Respublikasına idxalına yol verilmir.”.
3. 21.4.5-ci maddədə “uyğun gəlmədikdə” sözlərindən sonra “ və ya genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda” sözləri əlavə edilsin.
4. 22.2.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 22.2.9-cu maddə əlavə edilsin:
“22.2.9. tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edildikdə.”.
5. 22.3-cü maddəyə “digər hallarda” sözlərindən əvvəl “22.2.9-cu maddəsində göstərilən halda məhv edilir,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr
2015-ci il.
Azərbaycan. - 2016.- 16 yanvar.- S.3.