SSRİ Xalq Artisti Murad Kajlayevə
Hörmətli Murad Kajlayev!
Sizi – istedadlı
musiqiçi və pedaqoqu 85 illik yubileyiniz münasibətilə
təbrik edir, cansağlığı, firavanlıq
və yeni yaradıcılıq uğurları
arzulayıram.
Sizin bütün
ailəniz ölkəmizdə
elmin, təhsilin, səhiyyənin və mədəniyyətin inkişafına
layiqli töhfələr
vermiş Bakı ziyalıları nəslinə
mənsubdur. Siz Azərbaycan Dövlət
Konservatoriyasının məzunu
kimi Azərbaycan musiqiçiləri ilə
səmərəli əməkdaşlıq
etmisiniz. Sizin ən
müxtəlif janrlarda
və üslublarda yazdığınız əsərlər
sovet musiqi mədəniyyətinin ayrılmaz
tərkib hissəsinə
çevrilib. “Fərhad və Şirin”, “İmam Şamil” kimi parlaq simfonik musiqi nümunələri,
caz konsertləri, kinofilmlərə yazdığınız
musiqi və aktiv dirijorluq fəaliyyəti Sizə haqlı olaraq şöhrət qazandırıb.
Dağıstanın müasir musiqi mədəniyyətinin təşəkkülünə
yönəlmiş çoxşaxəli
fəaliyyətiniz öz
xalqınıza fədakarcasına
xidmət nümunəsidir. Mahaçqalada Sizin rəhbərlik etdiyiniz xüsusi istedadlı uşaqlar üçün incəsənət
məktəbi Qafqazın
musiqi irsi ənənələrinin qorunub
saxlanmasına yönəlmiş
nadir bir missiyanı reallaşdırır.
Ümidvaram ki, Sizin
yaradıcılığınız gələcəkdə də
Azərbaycan-Rusiya mədəni
əlaqələrinin daha
da inkişafına şərait yaradacaq.
Ən xoş arzularla,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 yanvar 2016-cı il.
Azərbaycan. - 2016.- 16 yanvar.- S. 1.