Yeni Azərbaycan Partiyasının ümumrespublika müşavirəsi keçirilib

 

Yanvarın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov 2016-cı ilin ölkəmiz, xalqımız və partiyamız üçün uğurlu olmasını arzulayıb. O, əmin olduğunu bildirib ki, bu il də partiyamızın yerli strukturları səmərəli fəaliyyət göstərərək ümumi inkişafa öz töhfələrini verəcəklər.

2015-ci ilin ölkəmiz üçün uğurlu olduğunu deyən YAP sədrinin müavini qeyd edib ki, il ərzində görülən işlər, əldə olunan nəticələr Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş müzakirə edilib: “Belə ki, ötən il ərzində iqtisadiyyatda inkişaf meyilləri müşahidə olunub, ən başlıcası əhalinin sosial təminatı ilə əlaqədar hökumətin müəyyənləşdirdiyi layihələr ardıcıl sürətdə həyata keçirilibbu sahədə hər hansı layihələr təxirə salınmayıb. Bu, 2015-ci ilin bütövlükdə dəyərləndirilməsi ilə əlaqədar istinad edəcəyimiz ən güclü arqumentlərdən biridir. Prezidentimizin siyasətində sosial məsələlər mühüm əhəmiyyət kəsb edirbu baxımdan da 2015-ci ildə nəzərdə tutulan proqramlar ardıcıl surətdə yerinə yetirilib. 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ilielan olunmuşdubu il də kənd təsərrüfatının inkişafı üçün mühüm tədbirlər həyata keçirilib. Bunun nəticəsində il ərzində bu sahədə də inkişaf baş verib. Şübhəsiz, bundan sonra da aqrar sahənin inkişafı istiqamətində ciddi tədbirlər həyata keçiriləcək”.

Əli Əhmədov qeyd edib ki, ötən il ərzində Azərbaycanın modernləşməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi istiqamətində uğurlu siyasət həyata keçirilib. Ötən il birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də ölkəmizin böyük uğurlarından biridir. “2015-ci ilin mühüm hadisələrindən biriparlament seçkiləri oldu. Bu seçkilərdə xalqımız bir daha Prezident İlham Əliyevin siyasətinə səs verdi. Yeni Azərbaycan Partiyası mütəşəkkil qaydada seçki kampaniyası həyata keçirdi və qələbə qazandı. Seçki kampaniyasının uğurlu olmasında təbii ki, partiyanın rayon və şəhər təşkilatlarının fəaliyyətinin də böyük rolu var. Seçki kampaniyasında yerli strukturlarımız səmərəli fəaliyyət göstərdilər, partiyamızın qələbəsi üçün fədakarlıqla çalışdılar. İnanırıq ki, yerli strukturlarımız bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacaqlar”, - deyə YAP sədrinin müavini vurğulayıb.

Əli Əhmədov qarşıda duran vəzifələrlə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarının rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.

Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 17 yanvar.- S.3.