Dövlət
büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat
müəssisə, idarə və təşkilatlarında
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 yanvar
2016-cı il.
Azərbaycan. - 2016.- 19 yanvar.- S.3.