İnvestisiya təşviqi sənədinin verilməsi QAYDASI

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il18 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Bu Qayda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara (bundan sonra – sahibkar) investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir.

2. İnvestisiya təşviqi sənədi bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

3. İnvestisiya təşviqi sənədinin verilməsi üçün meyarlar aşağıdakılardır:

3.1. investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi;

3.2. investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;

3.3. investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri.

4. Bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara uyğun investisiya fəaliyyətini həyata keçirmək istəyən sahibkar Nazirliyə ərizə ilə müraciət edir.

5. Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:

5.1. bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı);

5.2. bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd;

5.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti.

6. Sahibkar, bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faizi müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulmamışdan əvvəl, onun investisiya layihəsinin bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara uyğunluğunun müəyyən edilməsi üçün Nazirliyə müraciət etmək hüququna malikdir. Nazirlik bu cür müraciətə 5 günü müddətində baxaraq cavablandırır.

7. Nazirlik bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulmuş müraciətə 5 günü müddətindəİnzibati icraat haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır. İnvestisiya layihəsi bu Qaydanın 3-cü hissəsində göstərilmiş meyarlara tam cavab verdiyi təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadığı halda Nazirlik investisiya təşviqi sənədini sahibkara verir.

8. Nazirlik verdiyi investisiya təşviqi sənədi barədə məlumatı 3 gün ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə verir.

9. Nazirlik investisiya təşviqi sənədi verilmiş investisiya layihəsinin bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlar pozulmaqla həyata keçirildiyi haqqında əsaslı məlumat əldə etdikdə bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda, investisiya təşviqi sənədinin ləğvinə dair qərar qəbul edərək, bu barədə 3 gün ərzində sahibkara, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir.

10. İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ həyata keçiriləcəyi inzibati ərazi vahidləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

 

Azərbaycan. - 2016.- 19 yanvar.-S. 3.