Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Heydər Əliyev Fondu Zaur Rəşidovun əməliyyat xərcini ödəyəcək
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Almaniyada təcili əməliyyata ehtiyacı olan Zaur Rəşidovun müalicəsi ilə bağlı bütün xərcləri öz üzərinə götürüb. Bu barədə AZƏRTAC-a Fonddan bildiriblər.
Bununla bağlı Zaurun bacısı Dinarə Zəki ilə əlaqə saxladıq. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya xeyirxah təşəbbüsünə görə təşəkkürünü bildirən D.Zəki Zaurun vəziyyətinin hazırda kritik olduğunu dedi. O, qardaşının müalicəsi, tam sağalması üçün təcili və çətin əməliyyata ehtiyac olduğunu bildirdi.
Otuz yaşlı Zaura “osteoblastoma” diaqnozu qoyulub. O, 2006-cı
ildən bəri 5 əməliyyat keçirib,
lakin xəstəlikdən xilas
ola bilməyib. Sosial
şəbəkələrdə onun
müalicə xərclərinin ödənilməsi üçün vəsait toplanması məqsədilə
qrup da
yaradılmışdı.
AZƏRTAC
Azərbaycan. - 2016.- 19 yanvar.-S. 3.