“Müharibə
əlillərinə Azərbaycan Respublikası Prezidentinin
təqaüdü”nün artırılması və
“Müharibə əlillərinə Azərbaycan Respublikası
Prezidentinin təqaüdü”nün təsis
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müharibə əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.
2. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 9, maddə 795; 2011, ¹ 12, maddə 1140; 2013, ¹ 8, maddə 895; 2014, ¹ 3, maddə 249) 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilsin:
“1.1. I qrup əlillərə - 165 manat
1.2. II qrup əlillərə - 143 manat
1.3. III qrup əlillərə -
110 manat.”.
3. “Müharibə əlillərinə
Azərbaycan Respublikası
Prezidentinin təqaüdü”nün
artırılması və
“Müharibə əlillərinə
Azərbaycan Respublikası
Prezidentinin təqaüdü”nün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
17 mart tarixli 129 nömrəli
Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 3, maddə
249) 1-ci hissəsi ləğv
edilsin.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar
2016-cı il
Azərbaycan. - 2016.- 20 yanvar.-S. 1.